Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dinəvəri
Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری‎, kürd. Dînewerî; 828 və ya 815, Dinəvər, Kirmanşah ostanı – 895 və ya 896) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi. == Həyatı == "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ​​ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi.
Dəstəvari qulançar
Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür.
Kənəfvari eupator
Kənafvari asırqalotu və ya Kənəfvari eupator (lat. Eupatorium cannabinum) - asırqalotu cinsinə aid bitki növü. == Yarımnövləri == Eupatorium cannabinum L. subsp. cannabinum Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir.Çoxillik bitkidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir.
Əd-Dinəvəri
Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری‎, kürd. Dînewerî; 828 və ya 815, Dinəvər, Kirmanşah ostanı – 895 və ya 896) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi. == Həyatı == "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ​​ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi.
Dinəvar (Xudafərin)
Dinəvar (fars. دينه ور‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (22 ailə).
Dendrari
Dendrari - yunan sözündən götürülüb "dendron" - "agac" deməkdir. Dendrari - bağ, park və ya elə bir ərazidirki, orada müxtəlif coğrafi zonalardan olan ağac və kolları açıq yerdə becərirlər. Dendraridə bitkiləri coğrafi, sistematik, ekoloji, dekorativ və başqa prinsiplər əsasında yerləşdirirlər. Dendrarilər böyük elmi, mədəni, marifləndirici əhəmiyyətə malikdirlər. Burada alimlər bitkilərin seleksiyası, akklimatizasiyası, introduksiyası - bitkilərin əvvəl rast gəlmədiyi sahələrdə yayılmasına aid təcrübələr aparırlar. Alimlər uzun və zəhmətli işin nəticəsində ağac və kolların yeni yaxşılaşdırılmış formalarını yaradır və sonra uzun illər ərzində onların xassələrini yoxlayırlar. Burada müxtəlif iqlimlərdən olan bitkilərin xüsusiyyətlərini öyrənir, calaq edməklə ağac və kolların xassələrini yaxşılaıdırırlar. İctimai istirahət ücün ayrılmış dendrari ərazisi - dendropark adlanır. Dendraridə hər kəs müxtəlif bitkilərlə, onların biologiyası ilə tanış ola bilər, şəkil çəkib, fenoloji müşahidələr apara bilər. Dendroloji bağ və parklar meşə seleksionerləri üçün real məktəbdir.
Kenesarı xan
Kenesarı xan (qaz. Кенесары Қасымұлы; 1801, Orta juz – 1847, Qırğızıstan) — Qazax xanlığının 20-ci hökmdarı. == Həyatı == 1802-ci ildə anadan olmuş Kenesarı Qasım Xan oğlunun adını və soyadını qaynaqlarda Kine Sarı Sultan, Kenesarı Qasımov kimi də yazırlar. O, məşhur Qazax xanı Abılay xanın nəslindəndir. Kazan xanlığını və Həştərxan xanlığını işğal edən Rusiya sərhədlərini cənuba və şərqə doğru genişləndirirdi. Lakin onun yeni əraziləri idarə edə biləcək nə məmurları vardı, nə də ordusu. Buna görə də Hindistandan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaq üçün qalalar tikərək kiçik hərbi birliklərini həmin qalalarda yerləşdirməklə həm karvan yollarını nəzarətdə saxlayır, həm də bölgənin dağınıq və kiçik yerli idarəçilərinə təsir göstərirdi. 1715-ci ildən etibarən xalqı ata-baba yurdundan, otlaqlarından didərgin salaraq qazax çöllərinə sahib olan və yollar üzərində mühafizə qurğuları yaradan Rusiya imperiyası 1731-ci ildə qazaxların Kiçik juzunun xanı Əbül Xeyrini Rusiya təbəəliyini qəbula məcbur etdi. 1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artırmaqla yanaşı, onların müdafiə qabiliyyətini də artırırdı. Artıq Orta və Böyük juz da əsarət altına düşmüşdü.
Keçəvari pavloniya
Keçəvari pavlovniya
Keçəvari pavlovniya (lat. Paulownia tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinin pavlovniya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-18 m, çətirinin diametri 7-10 m оlan, şaxələnmiş budaqlı və еnli,sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Mеyvəsi çоxsaylı, xırda, qanadlı tоxumları оlan qutucuqdur. Kök zоğları və tоxumlarla çоxaldılır. == Ekologiyası == İşıqsеvəndir. Zəngin, məhsuldar, drеnajlı tоrpaqlara tələbkardır.
Rəisəli Delvari
Rəisəli Delvari (1882, Delvar, Buşehr ostanı – 4 sentyabr 1915) — İranın milli qəhrəmanı, Birinci Dünya müharibəsində İranın cənubunu işğal edən Böyük Britaniya qüvvələrinə qarşı Təngistan qiyamına başçılıq edən məşhur yerli qəhrəman. == Həyatı == Rəisəli Zair Məhəmməd oğlu 1882-ci ildə Təngistanın Delvar kəndində anadan olmuşdu. Rəisəli Delvari ingilis təcavüzkarlarına qarşı İranın cənub vilayətlərində başlayan milli azadlıq hərəkatına qoşulmuşdu. 1915-ci ilin avqust ayının axırlarında Əhrəm vuruşmalarında mücahid başçısı Rəisəli Delvari naməlum şəraitdə öldürüldü. "Borazcan komitəsi" bu təəssüflü hadisənin xəbərini sürətlə hər yerə yaydı və Rəisəlinin dəfni üçün matəm mərasimi keçirdi. Şiraz əhalisi demokratların başçılığı ilə məscidlərə matəm mərasimi təşkil etdilər. Şirazda ingilis konsulunun iranlı müavini Qulaməli xan Nəvvab Rəisəlinin adını hörmətsizliklə qey etdiyinə görə 1915-ci ilin sentyabrın 4-də şəhər cavanları tərəfindən öldürüldü. Rəisəlinin şəhid olması xəbəri Tehrana yayıldı, hökumət Şah məscidində matəm mərasimi keçirilməsinə göstəriş verdi.