Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərvişli
Dərvişli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Dərvişli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd keçmişdə rayonun ərazisindəki Ağdam adlı qala xarabalıqlarının adı ilə Ağdamkənd adlanmışdır. Kəndin ərazisi əvvəllər dərvişbəyli tayfasına məxsus qışlaq olmuşdur. Sonralar həmin tayfaya mənsub ailələr qışlaq yerində məskunlaşaraq buranı daimi yaşayış məntəqəsinə çevirmiş, kəndə də öz adlarını vermişlər. Tədricən Dərvişbəyli adındakı bəy sözü düşmüş və Dərvişli şəklini almışdır. == Tarixi == === Tarixi abidələri === Dərvişli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə, rayonun cənub-şərqində yerləşir. Əsgərabad, Aşağı Cürəli, Ağalıkənd, Ovçubərə kəndləri ilə sərhəddir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə 340 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir. == Mədəniyyəti == Kənddə Dərvişli kənd kitabxana filialı, Dərvişli kənd Mədəniyyət Evi və Dərvişli Poçt Şöbəsi (AZ1323) fəaliyyət göstərir.
Dərvişli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərvişlər
Dərvişlər (Şərur)
Dərvişlər (Şərur)
Dərvişlər — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == Toponimikası == Dərvişlər oyk., sadə. Şərur r-nunun eyniadlı i.ə.v.-də kənd. Arpa çayının sahilində, şərur düzündədir. Etnotoponimdir. Dərvişlər nəslinin bu kənddə məskunlaşması ilə bağlı yaranmışdır. == Əhalisi == Əhalisi 591 nəfərdir (2009 -cu il) == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Dərinlik yarıqları
Dərinlik yarıqları — Yer qabığı və üst mantiyanın iri mutəhərrik bloklarının birləşmə zonası == Haqqında == Dərinlik yarıqları yüz və minlərlə km-lərlə məsafəyə uzanır, eni isə bəzən onlarla kilometrə çatır. Dərinlik yarıqları inkişaf müddəti geoloji dövr və eralarla ölçülür və Yer qabığının ayrı-ayrı iri elementləri arasında sərhəd strukturu rolunu oynayır; üst mantiya və Yer qabığının dərin hissələri ilə Yer səthi arasında əlaqə yaradır. Dərinlik yarıqları böyük dərinliklərdə özünü yüksək axarlıq zonası kimi aparır. Dərinlik yarıqları daxili quruluşu olduqca mürəkkəbdir: onlar üçün ensiz bloklar — qırılmalarla bir-birindən ayrılan, yüksək diferensial mütəhərrik lövhə və pazlar səciyyəvidir. Blokların yüksək mütəhərrikliyi nisbətən kiçik, lakin çox sıxılmış qırışıqların, həmçinin intensiv şistlik və klivajın yaranmasına səbəb olur. Dərinlik yarıqları zonalarında qırılmayanı çökəklər və ensiz qalxıntılar əmələ gəlir. Çox vaxt qalxmış blokların üzərində mərcan rifləri inkişaf edir. Yer səthində dərinlik yarıqları zonaları boyu subparalel qırılmaların sıxlaşması nəticəsində mürəkkəb sistemlər — dərinlik yarıqları qurşaqları yaranır. Bəzən dərinlik yarıqları zonalarında üstəgəlmələr nəticəsində tektonik örtük və pulcüqvari strukturlar əmələ gəlir. Dərinlik yarıqları təkamülündə maqmatizm mühüm yer tutur.
Ağcakəhəl-Dərvişlər (Təbriz)
Ağcakəhəl-Dərvişlər — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Səriskənd kəndistanında, Səriskənd qəsəbəsindən 18 km şimaldadır.
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS.Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Dərvişin qeydləri (film, 2013)
Dərvişin qeydləri — rejissor Eldar Quliyevin tarixi detektiv janrında çəkilmiş filmi. == Məzmun == Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. == Film haqqında == Filmin çəkilişləri 2012-ci ilin iyun ayında başlamışdı. Film Cinealliance şirkətinin texniki dəstəyi ilə çəkilib. Filmin istehsal prosesində rənglərin korreksiyası və vizual effektlərin tətbiq edilməsi Ultra Production şirkətində aparılmışdır. Filmin musiqi yazılışı Rafiq Babayev adına səsyazma studiyasında aparılmışdır. Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş ilk filmdir. Kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə heç bir qadın rolu yoxdur. Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Azərbaycan ərazisinin dərinlik quruluşu
Geoloji qırılma — yerdəyişmədən və ya qırılma səthi boyunca süxurların yerdəyişməsi ilə süxurların davamlılığının pozulmasıdır. Ə. Ş. Şixalibəyli Qafqazın dərinlik qırılmalarını yerləşmə və inkişaf etmə vaxtına görə kənar, qaymalarası, sərhəd tiplri kimi təsnif etmişdir. Bu qırılmaların bir çoxu geofiziki məlumatların əsasında aşkarlanmış və əksəriyyətləri geoloji məlumatlarla təsdiqlənmişdir. == Mahaçqala-Krasnovodsk (Ortaxəzər) dərinlik qırılma zonaları == Qravitasiya məlumatlarına əsasən müəyyən olunmuşdur. Qafqazönündən Xəzərin akvatoriyası boyu qravitasiya anomaliyası qeyd olunmuşdur. Bu anomaliyalar Tırnauz-Xəzər-Türkmənistan qırılmalırı boyu yerləşmişlər. == Siyəzən qırılması == Şimal-şərqdə Böyük Qafqazın şimal intensiv qırışıqlıq qanadında Usuxçay boyu Şahdağ-Xızı sinklinorisinin və Tengi-Beşbarmaq antiklinorisinin şimal-qərb qanadı boyu qırılmalar keçir ki, onu ədəbiyyatda Qazmaqrız və Siyəzən üstəgəlməsi də adlandırırlar. == Başqafqaz dərinlik qırılması == Böyük Qafqazın oxu boyu dərinlik qırılmalarının iri zonası keçir. Bu zona boyu kristallik şistlərdən ibarət nüvə cənub yamacının aşağı yura yaşlı şistlərlə tektonik təmas yaradır. Yəni Qafqazın özülü kəskin yerdəyişməyə məruz qalmışdır.
Sarı gəlin (Qara Dərvişin mahnısı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait.
Əyani dərslik
Əyani dərslik - biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Qrey Anatomiyası (dərslik)
"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat. İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir. İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir. == Kitabın tarixi == Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.
Yaponiyada dərslik qalmaqalı (1902)
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir. == Haqqında == Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır. Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular.Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi. 1902-ci ilin dekabrında Yaponiya Ədalət Nazirliyi gizli təhqiqatlar başlatmışdır. Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir. Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi. == Nəticə == Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir. Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir. Qalmaqaldan sonra Təhsil Nazirliyi dərsliklərin seçimini mərkəzləşdirmək qərarına gəlmişdir.