Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deyilməmiş qayda
Deyilməmiş qayda və ya yazılmamış qayda — təşkilatlar və ya cəmiyyətlərdə qəbul edilən, ancaq heç vaxt deyilməmiş və ya bir yerə yazılmamış davranış ilə bağlı məhdudiyyətlər. Onlar adətən deyilmiş və ya yazılmış formatda deyillər, çünki dinməz ehtimallardan məntiqi bir arqumentin və ya hərəkətlərin gedişində bir hissə formalaşdırırlar. Deyilməmiş qaydalara yazılmamış və ya qeyri-rəsmi təşkilati iyerarxiyalar, təşkilati mədəniyyətlər və təşkilat üzvləri arasındakı qəbul edilmiş davranış normaları aiddir. Nümunə olaraq, bir gəminin kapitanı bir faciə əsnasında gəmini tərk edəcək son şəxsiyyət olur. Başqa bir nümunə, Vins Ualdronun yazdığı kimi, "bir ev heyvanına ad verilirsə, o, dərhal ailənin ayrılmaz bir üzvünə çevrilir".
Doymamış karbohidrogenlər
Doymamış karbohidrogenlər — ikiqat və ya üçqat rabitəyə və açıq zəncirli quruluşa malik olan karbohidrogenlərə deyilir.
Feyruz əd-Deyləmi
Feyruz əd-Deyləmi (v. 673, Yəmən, ərəb. فیروز دیلمی‎) — İslam peyğəmbəri Məhəmmədin və saleh xəlifələr Əbu Bəkr (632-634) və Osmanın (644-656) xidmətində olan fars sərkərdəsi. Yəmənin ərəblər tərəfindən fəthində iştirak etmişdir. == Bioqrafiya == Tam adı Əbu əd-Dəhhak (Əbu Abdullah, Əbu Əbdürrəhman) Fayruz (Firuz) əd-Deyləmi əl-Ximyari olmuşdur. O, I Xosrov tərəfindən Yəmənə onu fəth etmək və həbəşləri qovmaq üçün göndərilmiş farsların nəslindən idi. 631-ci ildə Yəməndən Mədinəyə gələn heyətin üzvü idi. İslamı qəbul etdikdən sonra iki arvadından birini bacı olduqları üçün boşayır. Əl-Əsvəd əl-Ənsi Yəməndə özünü peyğəmbər elan edərək, Nəcranı və Yəmənin böyük hissəsini işğal edir. Əl-Əsvəd Sənaya hücum etdikdən sonra Məhəmməd peyğəmbər Feyruzu onun üzərinə üzərinə göndərir.