Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsgəndərin atəşgahları dağıtdırması
İsgəndərin atəşgahları dağıtdırması — Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında təsvir edilmiş səhnə əsasında naməlum tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu M-535 Xəmsə əlyazması Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır və "İsgəndərnamə"nin tarixi müəyyən olan ən qədim əlyazması hesab edilir. Nəfis şəkildə tərtib edilmiş bu nadir əlyazmada mövzu və tərtib baxımından fərqlənən çox maraqlı miniatür vardır. == Mövzu == Nizaminin “İsgəndərnamə” poemasında Daranı məğlub edib İranda hakimiyyəti ələ keçirmiş Makedoniyalı İsgəndər öz dinini yaymaq üçün yerli əhalinin istifadə etdiyi atəşgahları dağıtmağı əmr edir: == Təsvir == Kompozisiyada Azərbaycan memarlığı üslubunda sxematik bir atəşgah təsviri fonunda iki insan fiquru verilmişdir. Bunlardan biri əlini qaldırmış əsgər, digəri isə əlində bir parça qızıl tutaraq diz çökmüş yerli sakindir. Atəşgah fiquru qarşısında daha dörd əsgər görünür. Miniatürün fonunda güclə sezilən mənzərə izləri vardır. Onun kompozisiyası əzəmətli, rəng çalarları parlaq və bir-birinə uyardır. == Tədqiqi == Sənətşünas B.Denike həmin miniatürdən bəhs edərək göstərir ki, “O, böyük tarixi və bədii əhəmiyyətə malikdir və bütün əlyazma möhkəm tədqiq və müqayisəli təhlil tələb edir. Yalnız o zaman bu miniatürrün mənsub olduğu məktəbi dəqiq təyin etmək mümkündür.” Sonra tədqiqatçı miniatürə qiymət verərək göstərir ki, «haqqında danışılan nümunə SSRİ-də Nizami poemalarını illüstrə edən miniatürlərdən tarixcə ən qədimidir, bütün dünyada isə üçüncü yeri tutur.” == İstinadlar == == Ədəbiyyat == Zamanov, Nadir.