SAQINDIRMAQ

f. Çəkindirmək, özünü gözləməyi, qorunmağı məsləhət görmək.
// Saxlamaq, çəkindirmək, bir şeydən başqasını, özünü saxlamağa çalışmaq.
Qəhrəman balaca Sabiri bəzək-düzək içərisində yaşamaqdan da saqındırmaq istəyirdi. S.Rəhimov.
Xədicəni bu işdən saqındırmaq çox çətin olacaqdı. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAQINDIRMAQ saqındırmaq bax uzaqlaşdırmaq 1
SAQINDIRMA
SAQINMA

Digər lüğətlərdə