DARIXDIRMAQ

f. Ürəyini sıxmaq, təngə gətirmək, bezikdirmək.
// Əsəbiləşdirmək, acıqlandırmaq.
Kişi məni elə darıxdırıb ki, vallah, istəyirəm elə özümü boğam, öldürəm… N.Vəzirov.
Qış səfəri, tək yol könlü darıxdırır, can sıxır. A.Səhhət.
[Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev.

DARIXDIRMA
DARIXMA

Digər lüğətlərdə