Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşağıl
Baş Daşağıl — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Daşağıl — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Daşağıl (Bükan) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. Daşağıl (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Divağac
Divağac — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 123 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Qosmalyan inzibati ərazi vahidində olan bu kəndin əsl adı Divağaşdır. Bir sıra yerlərdə və ensiklopedik lüğətlərdə "Dibağac" kimi göstərilsə də bu kənddə yaşayan sakinlər bunun düzgün olmadığını bildirirlər. Kəndin yaşlı sakinləri bildirirlər ki,kəndin adı bu kəndin ilk sakini olan "Div Ağammədin" adı ilə bağlıdır.Div Ağaş,yəni,Div Ağammədin adı ilə bu kənd Divağaş adlandırılmışdır.Digər mənbələrdə isə kəndin adi "Dibağac" kimi gostərilmişdir .Oykonim dib (ətək, dağın Aşağı hissəsi) və ağac (meşə, ağaclıq) komponentlərindən düzəlib, "dağ ətəyində meşə" deməkdir.
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Şahağac
Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi Astara rayonunun Bursut kəndindən bir qrup əhalinin köçüb indiki Şahağac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Tanınmış şəxslər == Məsudi Dövran — Azərbaycan Yazıçılar Birliyinin Üzvü, professor, şair, Filologiya elmləri dokturu. Yaqut Babayeva — Azərbaycanlı müğənni. Şirxan Həsənzadə (2002-2023) — Futbolçu.
20 Darağacı
20 Darağacı (erm. Քսան կախաղանKsan qaxağan) — 15 iyun 1915-ci ildə İstanbulun Beyazıt Meydanında edam edilən 20 Hnçak partiyası üzvünün ortaq adı. == Edam edilənlərin siyahısı == Paramaz Dr. Benne (Bedros Torosyan) Aram Açıqbaşyan (Krikor Garabedyan) Keğam Vanikyan Murat Zakaryan Yervant Topuzyan Agop Basmacıyan Smpat Kelciyan Rupen Garabedyan Armenak Hampartsumyan Apraham Muratyan Hrant Yegavyan Karnig Boyacıyan Ohannes Yeğiazaryan Mgrdiç Yeretsiyan Yerevya Manukiyan Tovmas Tovmasyan Karekin Boğosyan Minas Keşişiyan Boğos BoğosyanDigər iki Hnçak üzvü, Stepan Sabah-Gulliyan və Varaztaht görmədikləri edam cəzasına məhkum edildilər.
Alçaqboylu qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Aşağı Daşağıl
Aşağı Daşağıl — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Daşağıl Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Dəhnə çayının sahilində, çökəklikdədir. Mənbələrin verdiyi məlumatdan və tədqiqatçıların yazılarından məlum olur ki, bu kənd Şəki rayonundakı Bucaq kəndinin yaxınlığında yerləşdiyinə görə keçmışdə Bucaq Daşağıl, bir müddət Qışlaq Daşağıl da adlandırılmışdır. XIX əsrdə Daşağıl kəndindən çıxmış bir qrup ailə kəndin yaxınlığında yeni yaşayış məntəqəsi - Aşağı Daşağıl yaratmışlar. Əvvəlki kənd isə indi olduğu kimi, Baş Daşağıl adlandırılmışdır. Oykonimin ikinci komponenti daş və ağıl (qoyun saxlanan yer; tövlə) sözlərindən ibarətdir. Həqiqətən də, kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır. == Əhalisi == Kəndin əhalisi 584 nəfər təşkil edir ki, onun da 296 nəfəri kişi, 288 nəfəri isə qadındır. ləzgilər.
Bala Şahağac
Bala Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Şahağac Astara rayonunun Kakalos inzibati ərazi vahidində kənd. Lənkəran ovalığında, Xəzər dənizi sahilindədir. Oykonim "Kicik şahağac kəndi" deməkdir. Şahağac ərazidəki ağac növlərindən birinin adıdır.18 km rayon mərkəzinə. == Etimologiyası == Kəndin adı Azərbaycan dilndəki bala «kiçik», şah «böyük», «iri» və ağac sözlərinin birləşməsindəndir. == Tanınmış şəxslər == Şakir Yaqubov — jurnalist.
Baş Daşağıl
Baş Daşağıl — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyni adlı kənd Baş Daşağıl adını almışdır. == Tarixi == Bu kənd Baş Daşağıl kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Rayon mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. "Daşağıl" oroqrafik obyekt adı bildirən oykonimdir. Sözün mənşəyi uzaq keçmişlərə gedib çıxır, odla, işıqla, Günəşlə bağlıdır. "Daş" — bərkimiş, Yerin qabığını "deşmiş", bətnindən "daş"mış, sönmüş, "daşlaşmış od"dur. "Dış Oğuz", "dışarı" sözlərindəki "dış"ın daşıdığı "çöl, bayır, xaric" mənaları da məhz "daş"ın bu ilkin mənasından yaranmışdır. Ulu Zərdüştün adındakı "düşt" (üşt, işt, aşt, daş) də Günəş (bərkimiş od) məzmunlu "daş" dır. Zərdüşt – qiymətli daş, "qızıl daş" mənası daşıyır.
Daşatan (Bostanabad)
Daşatan (fars. داش اتان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 10 nəfər yaşayır (4 ailə).
Daşatan (Marağa)
Daşatan (fars. داش اتان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,250 nəfər yaşayır (328 ailə).
Daşağıl (Bükan)
Daşağıl (fars. داشاغل‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (48 ailə).
Daşağıl (Urmiya)
Daşağıl (fars. داش اغل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (39 ailə).
Ellipsvari qarağac
Ellipsvari qarağac (lat. Ulmus elliptica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Hamar qarağac
Hamar qarağac (lat. Ulmus laevis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantikada, Skandinaviyada və Оrta Avrоpada yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25-30 m-ə, gövdəsinin diamеtri 150 sm-ə çatan, еnli silindrik çətirli ağacdır. Gövdəsinin qabığı açıq-bоz rənglidir, dayaz çatlıdır və хırda löhvəciklər şəklində qоpur. Zоğları nazik, əyilən, simpоdial budaqlanır, parlaq və ya açıq-qоnur rəngdədir. Cavan zоğları tüklü və ya çılpaqdır, müхtəlif rənglidir. Yarpaqları 4-12 sm uzunluqda, 3-6 sm еnində оlub, kənarları ikişər dişlidir, aydın nəzərə çarpan 17-19 ədəd yan damarları var. Yarpaq ayası tərsyumurtavarı və ya еllips fоrmalı, yanları qеyri-bərabər, ucu sivridir, tünd-yaşıl rəngdədir. Çiçəkləri ikicinslidir, dəstə halında uzun və nazik çiçək saplaqlarında tоplanmışdır, qəhvəyi rəngdədir.
Kiçik qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. == Botaniki təsviri == Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Qarağac (Qubadlı)
Qarağac — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Sarıyataq kənd Sovetinin Qarağac kəndi Qaracallı kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qarağac kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qarağac Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qarağac (çay)
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.
Qarağac yarpaqyeyəni
Pyrrhalta luteola (lat. Pyrrhalta luteola) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin pyrrhalta cinsinə aid heyvan növü. == Xarici quruluşu == Qarağac yarpaqyeyəninin yaşlı fərdləri qəhvəyi-kül rəngində olub, bədəninin uzunluğu 4–5 mm-dir. == Həyat tərzi == Böcəklər, yerə tökülmüş yarpaqların (xəzəllərin) və ağacların qabığı altında qışlayırlar. Onlar yazda qış yerlərindən çıxıb (aprelin axırı, may ayının əvvəlləri) qarağacın yenicə əmələ gəlmiş yarpaqları ilə qidalanaraq cütləşirlər və bir neçə gündən sonra (3-4 gündən) yumurta qoyurlar. Yumurtalar yarpaqların alt və bəzən üst tərəfinə 2-3 cərgədə, hər cərgədə 15-50 yumurta olmaqla qoyulur. Yumurta qoyma müddəti 15-20 gün davam edir. Hər bir dişi fərd inkişafı müddətində 600-700-ədək yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 3 yaş dövrü keçirməklə, 18-22 gün qidalanırlar, sonra isə torpağa düşərək onun yarıqlarında və yaxud da ağac gövdəsinin torpaqla birləşən hissəsində puplaşırlar. Zərərverici ildə 2-3 nəsil verir.
Qarağac çayı
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.
Sürünən qarağac
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. == Ekologiyası == Öz arealında quraqlı rayonlarında kol kimi bitir. == Azərbaycanda yayılması == Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Sıx qarağac
Sıx qarağac (lat. Ulmus densa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == İranda və Azərbaycanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 18–20 m, diametri 60 sm-ə çatan, boz qabıqlı, çətirli ağacdır. Budaqlarının qabığı isə açıq-bozdur. Yarpaqların uzunluğu 5–8 sm, eni 3–4 sm olub, çılpaq və ya tükcüklüdür, kənarları ikiqat mişar dişlidir, ucu sivriləşmiş, qaidəsi dairəvi-pazşəkilli, alt tərəfdən vəziciksizdir. Azərbaycanda nalbənd ağacı onun gözcüklərini düz və çevrilmiş şəkildə qarağac bitkisinə calaq etməklə alınır. Bu cür aparılan calaq ağaclarda çadır formalı çətirlərin əmələ gəlməsinə səbəb olur. Nalbənd toxumla da artırılır. Tоxumdan alınan nalbənd ağacının çətiri piramidal-ovalşəkilli, möhkəm və sıx olur.
Vələsyarpaq qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Xırdayarpaq qarağac
Xırdayarpaq qarağac (lat. Ulmus parvifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali və Cənubi Cində, Yapоniyada və Kоrеyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, nazik, sallaq budaqlı, dağınıq çətirli ağacdır. Yarpaqları iti və ya küt uclu, еllipsvari, 2-5 sm uzunluğunda, üstü hamar və parlaqdır. Alt səthi azca qabarıqdır, kənarı dişlidir. Yarpaq saplağı 2-6 mm uzunluğundadır. Qanadcığı dairəvi, еllipsvaridir, 1 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə оlub, salхım çiçək qrupunda tоplanır. Mart ayının aхırında çiçəkləyir, tохumları aprеldə yеtişir.
Xasaqa
Xasaqa Tiflis quberniyasının Siqnax qəzasında qışlaq adı. == Toponimkası == Xasaqa- Tiflis quberniyasının Siqnax qəzasında qışlaq adı. Türk dillərində xas - "çox təmiz", "allah tərəfindən seçilmiş" ("Kitabi-Dədə Qorqudda" xas bəylər) və ağa (seyid mənasında) sözlərindəndir.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) - iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası - nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynamışdır.
Daşagil gölü
Daşagil gölü — Abşeron rayonunun Müşviqabad və Aşağı Güzdək qəsəbələri arasında yerləşən göl. Duzlu, xloridli suya sahibdir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur. Atmosfer yağıntıları və qrunt suları ilə qidalanır. Yaz ayları yağıntının artması ilə əlaqədar sahəsi böyüyərək ətraf əraziləri basır.
Qaraqaç (Soyuqbulaq)
Qaraqaç (fars. قره قاچ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).