Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mahatma
Mahatma (sanskritcə-mahatma) — 1)hind mifologiyası və teosofiyasında dünya ruhu;"ilahi və fövqəladə insan"; 2)Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Dartma
Dartma xarici və daxili səthləri kəsmə ilə emal etmək üçün texnoloji əməliyyat növüdür. Bu əməliyyat üçün tətbiq olunan alətlərə isə darma deyilir. Dartma əməliyyatı iskənələmənin xüsusi növüdür. Tipik tətbiq sahəsi çevrəvi deşiyə qeyri bəarbər forma verməkdir. Təpənməz bərkidilmiş pəstahın deşiyinə dartıcı ya itələnir ya da deşikdən xaricə çəkilir. Bu zaman alətin üzərində müxtəlif hündürlüyə malik dişlər addım-addım material qatını çıxararaq deşiyi tədricən lazımi formaya salır. Dartmanın itələnməsi və ya çəkilməsi emal olunan səthin uzunluğundan asılıdır. Böyük uzunluqda olan deşiklərin emalında çəmkəyə üstünlük verilir. Bu zaman alətin əyilmsi və sınmasının qarşısı alınır. Emalda veriş və kəsmə sürəti eyni oxboyunda yerləşir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir.Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Ağ dalamaz
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dalamaz gicitkan
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
La Galatea
La Galatea, Miguel de Cervantesin 1585-ci ildə Alcalá de Henares- də altı kitaba ayrılmış La Galatea'nın birinci hissəsi başlığı ilə nəşr etdirdiyi bir romandır. Ascanio Colonna, 1580-ci illərdə iki Kastilya universitetində təhsilini bitirən La Galatea’nın fədakarıdır: Alcalá Universiteti və Salamanca Universiteti Roman, ehtimal ki, Servantes Əlcəzairdəki əsirliyindən qayıtdıqdan sonra yazılmağa başladı (Dekabr 1580). Kitab mağazalarında, xüsusən nəhəng Diana de Montemayor və Gil Polo -ya aşiq olan böyük Diana ilə müqayisədə çox az uğur qazandı.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Malatya döyüşü
Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı. == Tarixi == 1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi.1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi. Ağqoyunlu ordusunun sayı 70 min, Osmanlıların sayı isə 100 min təşkil edirdi.
Malatya ili
Malatya ili — Türkiyədə il. == Əhalisi == Hazırda Malatyada 800 000 nəfər türk, 400 000 nəfər kürd, 1 500 nəfər yezit və 200 nəfər azərbaycanlı yaşayır. == Kənd təsərrüfatı == Malatyada banan, kələm, keşniş, kök, qarpız, balqabaq, pambıq bitkiləri becərilir. == Malatyalı məşhurlar == Kamal Sunal-məşhur türk aktyoru, Şaban ləqəbi ilə məşhurdur.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Qalatea (Rafael)
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesidir; aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. == Konsepsiyanın dəyişkənliyi == "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. === Psixoanalizdə === Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. === Ədəbiyyat və fəlsəfədə === Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Aşağı palata
Aşağı palata iki palatalı qanunverici orqanın iki palatasından biridir, digər palata isə yuxarı palatadır.Dünyanın bir çox qanunverici orqanında, yuxarı palatanın "aşağıda" rəsmi mövqeyinə baxmayaraq, aşağı palata daha çox gücə sahib olub. Aşağı palata adətən, iki otaqdan (kamera) daha böyükdür, yəni üzvləri daha çoxdur. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan kimi təsvir olunur.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Qalata körpüsü
Qalata körpüsü (türk. Galata Köprüsü) — Türkiyənin İstanbul şəhərində Haliç boyunca uzanan körpü. Xüsusilə 19-cu əsrin sonlarından etibarən körpü Türk ədəbiyyatında, teatrında, şeiriyyət və romanlarında yer almışdır. "Qalata körpüsü" ifadəsi əslində 19-cu əsrin əvvəllərindən etibarən Eminönü ilə Bəyoğlunu birləşdirən ardıcıl körpülər seriyasına verilmiş kollektiv addır. Bu adla tanınan beşinci körpü 1994-cü ildə inşa edilmişdir. Körpü İstanbulun Bəyoğlu ilçəsində, Haliçin şimal sahilində yerləşən müasir Karaköyün keçmiş adı olan Qalatanın adını almışdır. == Tarix == İstanbulda Haliç üzərindəki ilk qeydə alınmış körpü VI əsrdə I Yustinian dövründə şəhərin qərb ucundakı Konstantinopol divarlarının yaxınlığındakı əraziyə yaxın yerdə inşa edilmişdir. 1453 -cü ildə Konstantinopolun fəthi süqutu zamanı, türklər gəmilərini suda yan-yana yerləşdirək süno körpü yaratdılar ki, qoşun Haliçin bir tərəfindən digərinə keçə bilsin. 1502-1503-cü illərdə indiki krpünün yerində tikilmiş ilk körpünün inşası planlaşdırılırdı. Sultan II Bəyezid körpü üçün dizayn istədi və Leonardo da Vinci Haliç üçün 240 m uzunluğunda və 24 m genişliyində misli görünməmiş körpü planı hazırladı.
Qalata qülləsi
Qalata qülləsi — İstanbul şəhərinin Qalata səmtində yerləşən 528-ci ildə inşa olunmuş tarixi qüllə. Qalata qülləsi İstanbul şəhərinin əsas simvollarındandır. UNESCO qülləni 2003-cü ildə Ümumdünya irsi obyektlərinin siyahısına daxil edib. Qalata müdafiə divarları daxilində gözətçi qülləsi olaraq tikilən qüllə, içərisində olan müxtəlif elementlərlə birlikdə turizm məqsədləri üçün, sərgi sahəsi kimi və muzey olaraq istifadə olunur. Beyoğlu və İstanbulun simvolik tikililərindən biridir. == Tarixi haqqında == Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlanmışdır. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə, 1348-ci ildə İsa Qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunmuşdur. 1348-ci ildə ikinci dəfə inşa olunan Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu.Bu gün mövcud olan qüllə 1445–1446-cı illərdə yüksəldilmişdir. Qüllə türklərin əlinə keçdikdən sonra müxtəlif vaxtlarda təmir olunmuş, özülü bərkidilmişdir.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. == Tarixi == 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.