Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damnatio memoriae
Xatirənin lənətlənməsi və ya Xatirədən silinmə (latınca abolitio memoriae, memoria damnata, Damnatio memoriae) Roma imperiyasında ölüm cəzasının bir forması olub xüsusən dövlət cinayətkarlarına, uzurpatlara (qanunsuz hakimiyyəti ələ keçirənlər), sui-qəsd iştirakçılarına, öz imperator adına ləkə gətirənlərə (ölümündən sonra) tətbiq edilirdi. Cinayətkarı xatırladan və mövcudluğunu sübut edən hər bir material: büst, heykəl, qəbirüstü yazı, qanun və əlyazmalar məhv edilirdi. Bəzən bu sözü gedən şəxsin ailə üzvülərinə və ya bütünlüklə ailəsinə də şamil edilirdi. Bəzən bu damğa siyasi iradədən və maraqlardan asılı olaraq heç də mütləq xarakter daşımırdı, belə ki, Neronun xatirəsi ölümündən sonra lənətlənsə də, hakimiyyəti ələ keçirən Vitelliy onu ləğv etdirir və adını dövlətin şanına layiq görür. Domisian yeganə imperatordır kı, xatirənin lənətlənməsi damğası rəsmi olaraq ləğv edilməmişdir. Xatirənin lənətlənməsina layiqlərdən bir olan Kommodun adı Roma şəhərinin monumentləri üzərindən (Mark Avrelinin barelyefindən Kommodun təsviri silinmişdir ) silinsə də şəxsi evlərdə və əyalətlərdə saxlanılmaqda idi və hətta Septimiy Sever onu ilahiləşdirərək Allahlara aid etmişdir. Bu kodeks müasir dövrümüzdə də (SSRİ və Latın Amerika ölkələrində) tətbiq edilmişdir.
Damnatio ad bestias
Damnatio ad bestias (latın dilindən sözbəsöz olaraq "heyvanlara verilmə", ad bestias, ad bestie, tez-tez sadəcə şirlər tərəfindən yeyilmə, şirlərin parçalaması; daha dəqiq isə vəhşi heyvanların parçalaması) — Qədim Romada ölüm cəzası növü. Edam növü sirk arenasında məhkumların parçalanması üçün heyvanların (çox vaxtı şirlərin) önünə atılmasından ibarət idi. Romalılar tərəfindən Qədim Şərqdən götürülərək bu cəzalandırma üsulu Romada e.ə. II əsrdən tətbiq edilməyə başlanmışdır, Qədim Şərq ölkələrində analoji cəza ən azı e.ə. VI əsrdən mövcud idi. Eramızın I—III əsrlərində edam əsasən xristianlığı qəbul edən ilkin nümayəndələrə qarşı tətbiq olunurdu (lat. christianos ad leones — "xristianları şirlərə"), buna görə bu cəza çarmıxa çəkmə ilə yanaşı xristian müqəddəslərinin əzablı vəfatlarının ən məşhur səbəblərindən birinə çevrildi. Xristianlığın imperiya tərəfindən qəbul edilməsi ilə bu təcrübə digər cinayətkarlara qarşı yönəldildi yalnız 681-ci ildə tamamilə ləğv edildi. Məcazi mənada, "şirlərin önünə atmaq" fiziki və ya (daha çox hallarda) mənəvi zərərdən qaçınmaq praktiki olaraq mümkünsüz olan aqressiv rəqiblər arasında kimsəni tamamilə hazırlıqsız tək buraxmaq deməkdir. == Tarixi == === Qabaqkı vaxtlar === Bibliyada bəhs olunan Daniyal peyğəmbərin (e.ə.