Damnatio ad bestias

Damnatio ad bestias (latın dilindən sözbəsöz olaraq "heyvanlara verilmə"[1], ad bestias, ad bestie[2], tez-tez sadəcə şirlər tərəfindən yeyilmə, şirlərin parçalaması; daha dəqiq isə vəhşi heyvanların parçalaması) — Qədim Romada ölüm cəzası növü. Edam növü sirk arenasında məhkumların parçalanması üçün heyvanların (çox vaxtı şirlərin) önünə atılmasından ibarət idi. Romalılar tərəfindən Qədim Şərqdən götürülərək bu cəzalandırma üsulu Romada e.ə. II əsrdən tətbiq edilməyə başlanmışdır, Qədim Şərq ölkələrində analoji cəza ən azı e.ə. VI əsrdən mövcud idi.

Eramızın I—III əsrlərində edam əsasən xristianlığı qəbul edən ilkin nümayəndələrə qarşı tətbiq olunurdu (lat. christianos ad leones — "xristianları şirlərə"), buna görə bu cəza çarmıxa çəkmə ilə yanaşı xristian müqəddəslərinin əzablı vəfatlarının ən məşhur səbəblərindən birinə çevrildi. Xristianlığın imperiya tərəfindən qəbul edilməsi ilə bu təcrübə digər cinayətkarlara qarşı yönəldildi yalnız 681-ci ildə tamamilə ləğv edildi.

Məcazi mənada, "şirlərin önünə atmaq" fiziki və ya (daha çox hallarda) mənəvi zərərdən qaçınmaq praktiki olaraq mümkünsüz olan aqressiv rəqiblər arasında kimsəni tamamilə hazırlıqsız tək buraxmaq deməkdir.

Qabaqkı vaxtlar

[redaktə | mənbəni redaktə et]

Bibliyada bəhs olunan Daniyal peyğəmbərin (e.ə. VI əsr) Babil kralı I Daranın fərmanına tabe olmamaqda günahlandırılmasına baxmayaraq, möcüzəvi şəkildə vəhşi heyvanlardan xilas olunması əfsanəsi bir insanın şirlər tərəfindən parçalanması haqqında ən məşhur hekayədir.

Bunu eşitdikdə padşah əmr etdi və Danieli gətirib şirlər olan quyuya atdılar. Padşah Danielə belə dedi: «Daim qulluq etdiyin Allahın səni qurtarsın!» Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Danielin hökmündə heç nə dəyişməsin deyə padşah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi. Sonra padşah öz sarayına qayıtdı. Gecəni yemək yemədən və əylənmədən keçirdi, yuxusu da qaçdı. Səhər açılanda padşah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi. Oraya yaxınlaşanda kədərli səslə Danieli çağırıb dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?» Onda Daniel padşaha dedi: «Qoy padşah həmişə sağ olsun! Allahım Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm». Onda padşah çox sevindi və Danieli quyudan çıxarmağı əmr etdi. Daniel quyudan çıxarılanda onun bədənində heç bir zədə yox idi, çünki öz Allahına güvənmişdi. Padşah əmr etdi və Danieli ittiham edən adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini qırdı.

Belə bir fərziyyə var ki, arenada bu cür ölümlər qanuni yox mərasim mahiyyəti daşıyırdı. yəni ayin qətlindən ibarət idi,[3] məsələn məbəd heyvanlarını qidalandırmaq kimi, amma sonradan bu məna itirildi (müqayisə kimi Krit-Mikena mədəniyyətinə aid olan tavrokatapsiya adlanan öküzlərlə rəqsləri göstərmək olar, bəzi tədqiqatçıların fərziyyələrinə görə bu ritual öncə qurban vermə[4] məqsədi daşısa da sonradan oyuna çevrildi). Belə olan halda, söhbət şirlərin təbii mühitində yaşadığı və ibtidai dövrlərdən bəri ehtiram edildiyi ərazilərdən gedir (ilk növbədə, buraya Afrika daxildir, halbuki onlara Asiya və Avropada da rast gəlmək mümkün idi). Belə ki, məsələn, Qədim Misir mifologiyasında insan ruhlarını yeyən Amat adlı şirə bənzər tanrı və şir görünüşündə olan digər bir sıra tanrı mövcuddur. Bundan əlavə, Qədim MisirQədim Liviyada şirlərin (timsahların da) canlı insanlardan və meyitlərdən ibarət daha "məişət yönümlü" bəslənməsi haqqında qeydlər mövcuddur.[5][6]

İsgəndərin yürüşüləri haqqında yazan tarixçilər də əsərlərində bu edam növü haqqında bəhs edirlər. Məsələn, Orta Asiyada bir makedoniyalı ölümə məhkum edilmiş birinə görə Makedoniyalı İskəndərin qarşısında havadar çıxdı, buna görə şirlərin önünə atılmış, amma əliyalın aslana qalib gələrək İskəndərin sevimlisinə çevrildi[7] (həmin şəxs Lisimax idi).

Qeyd olunmalıdır ki, insanların qurban verilməsi ənənəsi, məsələn, Karfagendə eramızdan əvvəl IV əsrin sonu - II əsrin ortalarınadək, yəni demək olar ki, dövlətin dağılmasına qədər mövcud olmuşdur (Siciliyalı Diodorun verdiyi məlumata əsasən, Aqafokla qarşı qarşıdurmadan və Birinci Pun müharibəsindən sonrakı hərbi uğursuzluqlar zamanı karfagenlilər qədim amansız inancların qaydalarını tətbiq etməyə başlayırdılar)[8][9] və bənzər insan qurbanları, xüsusən də uşaq qurbanları (arxeoloji tapıntılar iddianı təsdiq edir[10]) romalıların Karfagen mədəniyyətinə nifrət doğuran mühüm amillərdən biri olmuşdur. (Maraqlıdır ki, Herodota əsasən, Karfagen hökmdarı I Qamilkar döyüşdə məğlub olarkən özünü qurban verərək intihar etmişdir).[9]

Qeyd olunur ki, muzdlularla müharibə zamanı Qamilkar Barka əsirləri heyvanların önünə ataraq öldürürdü.[11] Hannibal əsir düşən romalıları bir-biri ilə vuruşmağa məcbur edirdi, sağ qalan isə filə qarşı döyüşməli olurdu.[12]

O vaxta qədər Romada bu cür ənənələr unudulmuşdu: orada insan qurbanları, əfsanəyə görə, e.ə. 7-ci əsrdə Numa Pompili tərəfindən qadağan edilmişdir. Bundan əlavə, İtaliya ərazilərində şirlərə rast gəlinmirdi və romalılar onlara qarşı afrikalılar kimi ehtiram göstərmirdilər.

Qədim Romada edam cəzalarında heyvanların istifadə olunması qladiator döyüşləri ilə birlikdə sirk tamaşaların proqramına daxil edilmişdir, heyvanlar arasında bu məqsəd üçün birinci növbədə şirləri cəlb edirdilər, amma bundan başqa ayıların, bəbirlərin, panterlərin,[13] irbislərin[14] və həmçinin vəhşi öküzinəklərin[15] (onlardan az istifadə etsələr də) tətbiq olunduğu hallar da məlumdur. Pələnglər nadir heyvanlardan idilər və görünən odur ki, onları insanlara qarşı heç vaxt qızışdırmırdılar.[16] Erkən xristianlar tez-tez bu cür edama məhkum edilirdilər.

Günümüzdə Damnatio ad bestias termini geniş mənada işlənilir, lakin yenə də antikşünas mütəxəssisləri[16] bu edamı iki növə bölürlər:

  1. Objicēre bestiis (latıncadan "heyavnlar tərəfindən parçalanmaq" deməkdir) — sözün həqiqi mənasında müdafiəsiz bir insanı parçalanmağa atmaq. (Termin adətən daha ümumi ilə əvəz olunur). "İxtisaslaşdırılmış edamlar" qrupuna aid idi.
  2. Damnatio ad bestias — vəhşi heyvanlarla döyüşməyə məcbur edən divan tutma. “Mülayim edamlar" qrupuna aid idi.

Bundan əlavə, təqribən eyni prinsipə uyğun olaraq seçilən və bestiari (vəhşi heyvan güləşçisi) adlanan peşəkar qladiator döyüşçüləri var idi. Onların hazırlığı üçün xüsusi məktəblər açılmışdır, onlardan ən məşhuru Romada yerləşən Səhər məktəbi idi,[17] məktəbin bu adı məşqlərin başladığı saatlara görə verilmişdir. "Məcburi təlim kursu” silahla davranmaqdan əlavə heyvanı təlim etmək, onun vərdişlərinin və xarakterinin öyrənilməsini əhatə edirdi.[18] Döyüşçülər arenaya yalnız nizə ilə, nadir hallarda da qılıncla silahlanmış çıxırdılar və əyinlərində təkçə tunika olurdu. Tamaşalarda venatorlar (“ovçular”) da iştirak edirdilər, hansılar kı bestiarilərdan daha aşağı rütbəli idilər[19]yay, mızraq, nizəşallaq ilə antiloplanları ovlayırdılar. Bunlar artıq edamlar deyil, “heyvan döyüşləri” və “təqib etmə”, səhnələşdirilmiş ovlar idi. Bundan əlavə, arenaya kaftarları, filləri, çöldonuzları, kəllər, vaşaqlar buraxırdılar; zürafə, dəvəquşu, cüyür, maraldovşanları ovlanmasını təşkil edirdilər, kütləyə antiloplar, zebrlarqunduzları nümayiş edirdilər.

İlk dəfə venatsio (lat. venatio) adlanan belə peşəkar "şir və panterlər ovu" e.ə. 186-cı ildə Mark Fulvi Nobilior tərəfindən təşkil edilmişdir, tədbir Etoliya adlanan yunan bölgəsinin fəthinə həsr olunmuşdur və Sirkus Maksimus cıdır meydanında keçirilmişdir.[20][21]

Tarixi və təsviri

[redaktə | mənbəni redaktə et]

Cinayətkarların heyvanlar tərəfindən parçalanması adətini Qədim Romaya iki sərkərdə gətirdi: e.ə. 168-ci ildə makedoniyalıları məğlub edən Lusi Emili Pavel Makedoniyalı və e.ə. 146-cı ildə Afrika şəhəri olan Karfageni darmadağın edən onun oğlu Ssipion Emilian.[22] Hər ikisi Romada xalqı qorxuzmaq üçün yeni (açıq-aşkardır ki, karfagenlilərdən götürülmüşdür) üsul yeritdilər, ona əsasən hər kəsin gözü qabağında satqınları və fərariləri vəhşi heyvanların olduğu bir yerə atırdılar. Romalılar bunu "son dərəcə faydalı" kimi qiymətləndirdilər və o, tezliklə Roma cinayət məcəlləsinin normasına çevrildi.[23] Qeydlərə əsasən, əvvəlcə bu edam müstəsna olaraq əcnəbilərə və fərarilərə qarşı yönəldilmişdir və birinci halda Pun müharibələrinin vəhşiliyinə görə qisas xarakterli idisə, ikinci halda üsul intizam təsiri bağışlamalı idi.[3]

Heyvanlar tərəfindən yeyilərək ölümə məhkum edilənlər sütunlara bağlanırdı, sonra üstlərinə buraxılan heyvanlard onları parçalayırdılar.[24]

Bundan əlavə, qeyd olunur ki, ikinci konsulluğu dövründə (e.ə. 55-ci il) Pompey romalılara arenada bütöv bir döyüş nümayiş etdirdi, döyüşdə 18 fil ağır silahlanmış bir dəstə qladiatorla qarşılaşdı.[12][25][26]

Tədqiqatçıların yazdığı kimi,[21] bu edamın qəddarlığı onun teatrlaşdırılmış tərtibatı ilə daha da ağırlaşmışdır. Məsələn, Strabon üsyankar qulların başçısı, “Etnanın oğlu” adlandırılan Selurun Romada onun gözləri qarşısında necə edam edildiyi barədə yazır ki,[27] bunun üçün hündür edam meydançası qurulmuşdur və onun üzərinə sanki Etna dağının zirvəsiymiş kimi Seluru qaldırdılar; meydança birdən çökdü və bədbəxt meydançanın altına yerləşdirilmiş vəhşi heyvanların olduğu qəfəsə düşdü.

Şair Marsialın "Tamaşalar kitabı"nda yazdığı kimi, dövrümüzə qədər gəlib çatmamış qəhrəman Roma mimi quldur Lavreolu çarmıxa çəkdilər və üzərinə bir ayını salışdırdılar, qartal isə onun içalatını dimdikləyirdi.[28]

Senekanın ("Qəzəb haqqında", III 3), Apuleyusun ("Qızıl eşşək", IV, 13), Tit Lukresi Karın ("Əşyaların təbiəti haqqında") əsərlərində də oxşar hekayələrə rast gəlmək mümkündür. Petroni Arbitr "Satirikon" romanında müəyyən bir xəzinədarın heyvanların önünə atıldığını qeyd edir. Siseron isə yazır ki, xəzinə oğrusu Balbın əmri ilə alver zamanı müəyyən bir bədbəxt möhtəkir yalnız çirkin olduğu üçün yırtıcıların önünə atılmıdşır.[29] Bu qanlı əyləncəni məzəmmət edən Siseron həm də hiddətlənirdi: "... istər qüdrətli heyvanın zəif insanı parçalaması, istər də gözəl bir heyvanın ov nizəsi ilə dəlinməsi bir oxumuş insana üçün necə zövq verə bilər?".[30]

Məhkumların adamyeyən oyunlar başlamazdan əvvəl parçalanmaq üçün düz yırtıcıların qəfəslərinə atıldığı da olurdu. Belə ki məsələn Svetoni yazır ki, "tamaşa üçün vəhşi heyvanları yemləmək üçün istifadə edilən mal-qara bahalaşdıqda, Kaliqula onların önünə cinayətkarları atmağı əmr etdi; və bunun üçün həbsxanaları gəzərək kimin nədə günahkar olduğuna baxmırdı, ancaq qapıda dayanaraq birbaşa hamını "keçəldən keçələ"[31] aparılmasını əmr edirdi".[32]

Şirlər, bir qayda olaraq, Afrikadan gətirilirdi, özdə kifayət qədər çox sayda [“Bu idxalı qadağan edən Senatın köhnə hər-hansı fərmanı var idi, lakin gəmişdirmə (hansı ki amfiteatrın tikintisindən əvvəl sirkdə təşkil olunurdu) istisna hal sayılırdı].[21] (Daha az populyar olan ayılar Qalliya və Almaniyadan gətirirdilər). Baş edil olan Mark Emili Skavr (e.ə. 58-ci il) arenaya 150 panter və ya bəbir çıxarmışdır, bu say Pompeyin dövründə 410 olduğu halda, Oktavian Avqustun zamanı 420-yə çatmışdır,[33] eyni zamanda Sulla 120 "yallı şir", yəni erkək çıxarmışdır.[34] Çatdırılmanın təşkili və oyunların qaydaları haqqında çox az məlumat qalmışdır: sonra gələn mənbədən[35] məlumdur ki, imperatorun təşkil etdiyi oyunlar üçün nəzərdə tutulan heyvanların daşındığı şəhərlər bu heyvanlara yemək çatdırmalı idilər və şəhərdə nəqliyyat bir həftədən çox qalmamalı idi.[21] Tarixçilər ekoloji nöqteyi-nəzəri qeyd edirlər: "Roma amfiteatrlarında xaricdən gətirilən saysız-hesabsız heyvanların məhv edilməsi Şimali Afrikanın faunasına böyük ziyan vurdu”.[36]

Xristianların edamı

[redaktə | mənbəni redaktə et]

Bu praktikanın xristianlara qarşı yönəldilməsi I əsrdən başlandı: Tasit yazır ki, imperator Neronun dövründə (64-cü ildə Roma yanğınından sonra) xristianların ilk təqibləri zamanı onun bağlarında insanları heyvan dərisinə yamaqlayırdılar və itlərə atırdılar: "xristianların öldürülməsi istehza ilə müşayiət olunurdu, çünki onlar vəhşi heyvanların dərisinə bürüyürdülər ki, itlər onları ölümcül parçalasınlar, çarmıxa çəkilirdilər və ya yanğında ölümə düçar edilmişləri gecə işıqlandırılması üçün qaranlıq düşəndə yandırırdılar"[37] (digər adla desək tunica molesta).

Beləliklə, şirlərin tam ixtiyarına atılmaq xristianlar üçün şəhid olmaq üsullarından biri oldu. Ölüm cəzasının tədqiqatçılarının qeyd etdiyi kimi, parçalanmağa məhz xristianları atırdılar, çünki "bu üsul ilə qulları, provinsialları və ümumən aşağı təbəqə insanları edam edirdilər".[38]

Roma hüquq sisteminin nöqteyi-nəzərindən, xristianlar aşağıdakı qanunları pozmuş sayılırdılar[39]:

  1. əlahəzrəti təhqir edənlər (majestatis rei)
    1. xristianlar qadağan edilmiş yığıncaqlar təşkil edərək ibadət etmək üçün gizli və gecə toplaşırdılar, belə "collegium illicitum"-da və ya "coetus nocturni"-də iştirak isə qiyama bərabər idi
    2. imperator təsvirlərinə şərab nəziri vermə və tərif etmə ayinlərindən imtina etmək
  2. dövlət tanrılarından üz döndərmişlər (άθεοι, sacrilegi)
  3. qeyri-qanuni magiya davamçıları (magi, malefici)
  4. qeyri-qanuni dinə tövbə edənlər (religio nova, peregrina et illicita) (12 cədvəl qanunlarına əsasən)

Bu qanunların pozulması ilə yanaşı, 104-cü ildən qanun pozuntusunu konkretləşdirmədən, sadəcə olaraq özünü xristian adlandıran hər kəsə qarşı xüsusi dövlət fərmanları çıxarılırdı[39] (daha ətraflı bax xristianların təqibi).

Buna görə də, hökmün bu qədər sərt olması təəccüblü deyil, sonralar isə ümumiyyətlə ənənəvi hala gələrək kütlənin gərginliyini aradan qaldırmaq üçün "qoruyucu qapaq"[40] vasitəsinin klassik nümunəsinə çevrildi. Bütün bəlaların səbəbkarı kimi xristianları görmək romalılar arasında yayılmış bir praktika idi. Hətta quraqlıq, aclıq, azar, zəlzələ,[41] Tiber çayının daşması[42] kimi təbii fəlakətlər zamanı bədbəxtliyin qabağını almaq üçün qışqıraraq deyilən "Tanrılar yağış vermirsə, gedək xristianların üzərinə", "Xristianları şirlərə" kimi məsəllər yaranmışdır. (Bu cür hadisələrin miqyası və xalq arasında mövhumatlarının yayılması nəhəng idi və xristianlığın Qərbi Avropada antik bütpərəstlik əvəzinə rəsmi din yerini tutan növbəti dövrlə müqayisə oluna bilərdi, o dövrdə xristianlar öz növbəsində "daimi günahkarlar"ın axtarışnda idi. Məsələn, Qara ölümün peydə olunmasında yəhudilər günahlandırılırdı, lakin bu dəfə onları şirlərə atmaq əvəzinə oda vururdular).

Heyvanlar tərəfindən parçalanma edam üsulunun ətraflı təsviri müqəddəs Felisitata, Perpetuya və onların yaxınlarının "Martiri pərdələri" əsərində verilmişdir:[43]

Şənlik gününün başlaması ilə sağ qalan bütün məzlumlar sirkə aparılmalı idi. O vaxtı mövcud olmuş ənənəyə görə, kişilərin əyninə Saturn kahinlərinin geyimi, qadınların əyninə isə Tsereranın. Amma məzlumlar buna etiraz edirdilər. Onlar dedilər: "Biz bura könüllü gəldik, buna oxşayan heç nəyi etməmək üçün canımızdan keçməyə qərar verdik, o zaman azadlığımızı qoruyun". Bu xahiş yerinə yetirildi. Orada olan xristianlar məzlumların hər birinin onlar üçün xüsusilə xoşagəlməz olan bu cür ölümdən xilas olmalarını xüsusi bir mərhəmət sayırlar. Belə ki, məsələn, Satur istənilən heyvanın pəncələrindən keçməyə hazır idi, lakin onun üçün ayıdan daha iyrənc bir varlıq yox idi. Buna baxmayaraq, o, leoparın pəncələrindən sağ çıxandan sonra, onun üzərinə ayı buraxmaq əmri verildi. Amma elə oldu ki, ayını yuvasından qova bilmədilər.

Felisitat ilə Perpetuya birlikdə qeyzli bir inəyin (ferocissima vacca) öhdəsinə buraxıldı və xristian məzlum qadın burada da qadınlığın qeyri-adi ideal təmizliyini özündə nümayiş etdirdi. Perpetuya klassik poeziyanın ən yüksək qadın obrazlarının öldüyü ləyaqətlə ölürdü. Bu inək bir müddət Perpetuyanı buynuzları ilə atırdı və nəhayət o, arenada yıxıldı. Amma yaralı olsa da və qanı axsa da, onun ilk fikri o idi ki, inəyin buynuzları onun alt köynəyi cırdı və bədəni çılpaq qaldı və buna görə o, qeyri-adi iradə səyi ilə cırıq paltarını düzəltdi və üstünü örtdü. Sonra saçlarının dağınıq olduğunu da xatırladı. Dağılmış saçlar matəm rəmzi olduğundan, o isə məzlum ölümünün xüsusilə sevindirici saydığından o qədər güc topladı ki, saçlarını düzəldərək onları sancaqladı.

Təcrübə o qədər geniş yayıldı ki, xristian yazıçı Tertullian (III əsr) yazırdı ki, xristianların teatrlara və sirklərə getməməsi ədadır, "çünki insanlar məhz orada bizi şirlərin önünə atırlar, bizə qarşı təqiblərin təşkili barədə məsləhətləşirlər, xristianları tapmaq və onlara əzab vermək üçün casus seçirlər".[44]

IV əsrdə xristianlara qarşı yönəlmiş təqiblər bitdi, çünki Milan fərmanı (313-cü il) ilə xristianlar dini etiqad azadlığının qazandılar.

Xristian mənbələrinin etibarlılığı

Bu edam növü barədə məlumat verən mənbələr müəyyən dərəcədə ehtiyatla qəbul edilməlidir, o cümlədən möcüzəvi və hünər mühiti yaratmaq, habelə Roma İmperiyasının qəddar adətlərini ləkələməyə yönələn çoxsaylı jitiye əsərlərinə.[45] Xüsusən də, guya şirlərin önünə atılan xristianların həqiqi insanlar, yoxsa əfsanəvi personajlar olub-olmadığını öyrənmək mümkün deyil (nümunə kimi IV əsrin sonlarında "Martiri pərdələri" əsərini yazmış müqəddəs Yanuarini göstərmək olar). Bununla belə, xristianlığın bəzi əleyhdarlarının etdiyi kimi, xristianlara qarşı olan bütün təqiblərin və onların şirlər tərəfindən yeyilməsinin sırf uydurma olduğunu iddia etmək də ədalətli görsənmir, çünki antik bütpərəst müəlliflərin çoxsaylı dolayı istinadları, eləcə də tapılmış təsviri incəsənət abidələri əksini sübut edir.[45]

  1. Damnatio — "lənət, insanı nəyəsə görə ittiham etmə".
  2. Feli formalar: dare ad bestias, bestiis obiicere, condemnare ad bestias, tradere ad bestias depugnandas (William Wardlaw Ramsay. A manual of Roman antiquities).
  3. 1 2 Alison Futrell. Blood in the Arena Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine. 2000.
  4. Джеймс Фрейзер. Золотая ветвь Arxivləşdirilib 2008-09-28 at the Wayback Machine.
  5. Семья в Древнем Египте Arxiv surəti 19 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-19 at the Wayback Machine
  6. Гарама (из истории ливийской цивилизации) Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine.
  7. Гаспаров М. Л. Занимательная Греция Arxivləşdirilib 2008-09-28 at the Wayback Machine.
  8. Диодор Сицилийский. Историческая библиотека XX 14, 4; XXIII 13.
  9. 1 2 Joyce E. Salisbury. Perpetua’s passion Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine.
  10. Frank William Walbank. The Cambridge ancient history Arxivləşdirilib 2015-11-05 at the Wayback Machine.
  11. Полибий. Всеобщая история I 82, 2.
  12. 1 2 Böyük Plini. Təbii tarix. VIII, fəsil VII.
  13. Bu halda "qara panter" nəzərdə tutulur, hansı ki adi növdən ancaq melanizmin mövcudluğu ilə fərqlənir.
  14. Это слово обозначает либо тех же леопардов, либо особый вид — снежных барсов. Скорее всего, речь снова идёт о леопардах.
  15. Bu heyvanlar arasında təkçə hirsli mal-qaranın və ya əsl vəhşi öküzlərin (turların) olub-olmamasını söyləmək çətindir
  16. 1 2 Тираспольский Г. И. Беседы с палачом. Казни, пытки и суровые наказания в Древнем Риме. — М., 2003.
  17. Гладиаторы.
  18. Обзорная статья о гладиаторских боях Arxivləşdirilib 2008-09-16 at the Wayback Machine.
  19. Venantio Arxiv surəti 5 mart 2011 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib 2011-03-05 at the Wayback Machine
  20. Tit Livi. Şəhərin yarandığı gündən Romanın tarixi XXXIX 22, 2.
  21. 1 2 3 4 Сергиенко М. Е. Жизнь в Древнем Риме Arxivləşdirilib 2008-09-28 at the Wayback Machine.
  22. Тит Ливий Эпитома кн. LI «Истории Рима от основания города».
  23. Совершение казни с помощью хищников Arxivləşdirilib 2008-09-19 at the Wayback Machine.
  24. Игры в амфитеатре Arxiv surəti 28 sentyabr 2008 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib 2008-09-28 at the Wayback Machine
  25. Дион Кассий. Римская история XXXIX 38, 2.
  26. Плутарх. Помпей, 52.
  27. Strabon, VI, II, 6.
  28. Марциал. Книга зрелищ. 7. 5—6 Arxiv surəti 23 iyul 2011 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine
  29. Цицерон. Письма. Т. 3. С. 461. Письмо (Ad) Fam., VII, 1. (DCCCXCV, 3).
  30. Цицерон. Письма. Т. 1. С. 258. Письмо (Ad) Fam., VII, 1. (CXXVII, 3).
  31. Yəni fərq qoymadan, hamısını bir anda (Roma xalq ifadəsi).
  32. Светоний. Жизнь двенадцати цезарей. С. 118 (IV Гай Калигула, 27, 1).
  33. Плиний Старший. Естественная история VIII 64.
  34. Плиний Старший. Естественная история. VIII, 53.
  35. Cod. Theod. XV; tit. XI. 1—2.
  36. Немировский. История древнего мира. Ч. 1. С. 86 // Тираспольский Г. И. Беседы с палачом…
  37. Тацит. Анналы, XV, 44.
  38. Кистяковский А. Ф. Исследование о смертной казни Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine.
  39. 1 2 Гонения на христиан в Римской империи Arxivləşdirilib 2008-09-28 at the Wayback Machine. Энциклопедический словарь Брокгауза и Ефрона.
  40. "Qoruyucu qapaq" anlayışı ümumişlək hala çevrildi, məsələn bax.: "Bəzən qəsdən cəmiyyəti birləşməsi üçün “düşmən obrazı” yaradılır, cəmiyyətin bütün üzvlərinin diqqəti ona yönəldilir ki, bu da qoruyucu qapaq kimi işləyir, kütlənin narazılığını və aqressiyasını xarici düşmənə yönəldir" // Видяпина В. И. Хрестоматия «Бакалавр экономики» Arxivləşdirilib 2008-12-26 at the Wayback Machine.
  41. "ROMAN EMPIRE AND CHRISTIANITY, 2 — III. Attitude of the Roman Empire to Religions". 2008-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-27.
  42. Болотов В. В. Лекции по истории древней Церкви Arxivləşdirilib 2008-10-25 at the Wayback Machine.
  43. Növbəti mühazirədən rus dilindən tərcümə olunmuşdur: Болотов В. В. Лекции по истории древней Церкви с конца I по начало IV вв. Arxivləşdirilib 2008-10-25 at the Wayback Machine
  44. О прескрипции против еретиков Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
  45. 1 2 Barnes T. D. Early Christian Hagiography and Roman History Arxivləşdirilib 2018-11-17 at the Wayback Machine. 2010.