Aviabenzinlər
== Alınması ==
Aviasiya benzinləri neftin ilk distilləsində, katalitik və riforminq proseslərində alınan məhsulların aşağı temperaturda qaynayan fraksiyalarından təşkil olunan baza benzinlərinə yüksəktonlu komponent və aşqarlar qarışdırmaqla istehsal edilir.
Aviasiya yanacağı yanan maddə olub, uçan aparatların yanma kamerasına daxil olan oksigenin yanmasi ilə istilik enerjisini alınmasma kömək edir.
== Xassələri ==
Aviasiya benzin markaları rənglərinə görə aşağıdakı kimi fərqlənir:
Marka - Rəng
B-70 - rəngsiz
B-91/115 - yaşıl
B-95/130 - sarı
B-100/130 — narıncı
== Aviasiya benzininin əsas keyfıyyət göstəricisi ==
Detonasiyaya davamlığı(mühərriklərdə benzinin əhəmiyyətini kəsb edir, bu da yüksək dərəcədə detanasiyaya qarşı işçi qarışığın sıxılması deməkdir.)
Fraksiya tərkibi(benzinin buxarlanmasıdır, bu da öz növbəsində işçi isti hava qarışığının əmələ gəlməsi üçün onun rolunu müəyyən edir. Fraksiya tərkibi 40–180 °C qaynama temperatur diapazonları ilə, (29 48 kPa doymuş buxar təzyiqi ilə xarakterizə olunur.
Kimyəvi stabilliyi(stabillik dedikdə-benzinin qəbulunda, nəqli (daşınması, ötürülməsi) və saxlanmasında kimyəvi tərkibinin dəyişməsinə qarşı dayanıqlığıdır.)
a) oktan ədədi benzinlərin əsas göstəricilərindən biridir. Oktan ədədini artırmaq üçün antidetanatorlardan istifadə olunur. Təyyarə benzinlərində yüksəkoktanlı komponentlər kimi izoquruluşlu fərdi karbohidrogenlərdən (izopentan, izooktan), benzol və izobutanın doymamış karbohidrogenlərlə alkilləşməsindən alınan məhsullardan (alkibenzol) istifadə olunur.
b) Eyni zamanda oktan ədədini artırmaq üçün aşqar kimi etil mayesi şəklində işlədilən tetraetil qurguşun Pb(C2H5)4 (TEQ-benzinin hər kiloqramına ən çoxu 3,3 q) istifadə olunur. TEQ yanacaqda həll olaraq onda peroksid birləşmələrin yaranmasını dayandırır və detonasiyaya dayanıqlığı yaxşılaşdırır. Təmiz şəkildə TEQ çox zəhərlidir, ona görə də yanacağa onun etil mayesi şəklində məhlulunu daxil edirlər (0,5–1,0 q/kq miqdarında), bu da yanacağın oktan ədədini 10–12 vahid artırır.