Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dananq
Dananq (vn. 城舖沱灢) — Vyetnamın mərkəzi hissəsində yerləşən liman şəhəri. Dananq Cənubi Çin dənizinə at nalı kimi açılan körfəzdə yerləşir. Vyetnamın ən böyük liman şəhəri, Nam Trunq Bo bölgəsinin isə ən böyük şəhəridir. == Coğrafiya == Hündürlüyü 1.413 metrəyə çatan Annam dağlarının (Truong-Son) şimal-qərbini bağlamasını baxmayaraq şəhər qış mussonlarından böyük şəkildə təsirlənir. Şərqdən Tyen Sa yarımadası (Ben Dao) və 700 m yüksəkliyə çatan Dananq burnu ilə əhatə olunmuşdur. Şəhərin şimalında == Tarixi == 1787-ci ildə Conson adaları ilə birlikdə Fransaya verilmişdir. 1858-ci ildə Fransa tərəfindən yenidən işğal edilmişdir. 1954-cu ildə Vyetnamın bölünməsi ilə birlikdə Şimali Vyetnam şəhəri olmuşdur. 1960-cı illərdə burada ipək toxuculuğu fabrikləri açılmışdır.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Dankan Ceyms
Dankan Ceyms (7 aprel 1978, Solsberi, Uiltşir[d]) - ingilis müğənni, aktyor və teleaparıcı. O, 2000 - 2005-ci illər "Blue" qrupunun üzvü olmuşdur və 2009-cu ildən yenidən "Blue" qrupu ilə fəaliyyət göstərmişdir.
Dankan Lourens
Dankan de Mur (nid. Duncan de Moor; 11 aprel 1994, Speykenisse[d], Cənubi Hollandiya, Niderland) və ya səhnə adı ilə Dankan Lourens (ing. Duncan Laurence) — Niderland müğənnisi və bəstəkarı. O, "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır. == Həyatı və musiqi karyerası == Dankan de Mur 11 aprel 1994-cü ildə Niderlandın Speykenisse şəhərində anadan olmuşdur. Dankan 13 yaşından etibarən musiqi ilə maraqlanmağa başlamışdır. O, öz musiqi karyerasını Tilburq şəhərində yerləşən Rok Akademiyasında bir neçə musiqi qruplarının üzvü olaraq başlamışdır. The Slick and Suited rok qrupunun üzvü kimi Dankan Eurosonic Noorderslag festivalında çıxış etmişdir. O, həmin Rok akademiyasında təhsilini 2017-ci ildə bitirmişdir. === 2014: The Voice of Holland === 2014-cü ilin avqust ayında Dankan Niderlandın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir.
Tim Dankan
Tim Dankan, (25 aprel 1976[…]) karyerasını başa vurmuş, 19 il NBA komandalarından olan San-Antonio Spörs forması geymiş peşəkar amerikalı basketbolçu. Tim Dankan NBA tarixində ilk 3 mövsümdə liqanın bütün simvolik komandalarına düşən 2–ci basketbolçudur. == Həyatı == 1976-cı ildə anadan olan Dankan basketbolla 9-cu sinifdən məşğul olmağa başlayıb. Uşaqlıqda üzgüçülüyə gedən Tim 400 metr məsafəyə sərbəst üsulda öz yaş qrupunda ölkə çempionu olub. Lakin 1989-cu ildə Xyuqo Uraqanı hovuzu yararsız hala gətirdikdən sonra o üzgüçülüklə vidalaşır. Veyk Forestdə psixolgiyadan təhsil alan Dankan soyuq silah kolleksiyası toplayır. Onun kolleksiyasında hətta uzunluğu 92 santimetr olan Samuray qılıncı da var. San-Antonio Spörs komandasının bütün ev oyunlarında xeyriyyə məqsədilə 25 bilet alaraq azarkeşlərə verən Dankan 2000-ci ildə boulinq turniri təşkil edərək, oradan əldə edilən 100000 dolları xarçənglə mübarizə edən xəstəlik fonduna yönəldib. Həmçinin bir neçə şirkətlə reklam müqavilələrindən gələn gəliri də ehtiyacı olan xərçəng xəstələrinin müalicəsinə ünvanlayıb. Bundan əlavə ənənəvi qolf turniri təşkil edərək mənfəəti Kids sorts Netvork təşkilatına keçirir.
Sonuncu Dalan
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Dalan (film, 2012)
Dalan — Nəsimi Məmmədoğlunun rejisorluq etdiyi tammetrajlı bədii televiziya filmi. == Məzmun == Varlı yataq xəstəsinə qulluq edən kasıb qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlətini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır. Filmdə insan münasibətləri və daxili aləmin ziddiyyətləri, tamahın törətdiyi fəsadlar, nəfsin nəticə etibarilə insana həyatı bahasına başa gəlməsi əksini tapıb. == Film haqqında == Film Edqar Allan Ponun "Daxili ziddiyyət" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Dananq Beynəlxalq Hava Limanı
Dananq Hava Limanı — (vyet. Sân bay quốc tế Đà Nẵng, ing. Da Nang International Airport) — Vyetnamın Dananq şəhərində yerləşən beynəlxalq hava limanı. == Aviaşirkətlər == Vietnam Airlines: Hanoy, Hoşimin, Kamran (hava limanı), Kontum, Bindin, Buonmethuot. Jetstar Pacific Airlines: Hanoy, Hoşimin PBAir: Banqkok SilkAir: Sinqapur Nordwind Airlines: İrkutsk, Krasnoyarsk, Novosibirsk, Ulan-Ude.
Yaşayış binası (Nizami küçəsi, dalan 5, ev 33)
Nizami küçəsi, dalan 5, ev 33 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == Evin fasadları sadə və lakonikdir. Fasad divarı gəclə üzlənmişdir; sonradan əlavə edilmiş və bütün fasad boyunca uzanan taxta veranda yaxşı işlənmiş detalları ilə diqqət cəlb edir. Evin planı kifayət qədər sadədir. O, orta örçülü bir otaqdan ibarətdir. Xidməti otaqlar ehtimal ki, əlavə tikililərdə yerləşmişdir. Evin interyeri, fasadla müqayisədə daha zəngin həll edilmişdir. İnteryerdə divarlar yerli mənşəli açıq tonlu gəc məhlulu ilə üzlənmişdir; kəsişmə yerlərində tünd xəttlər keçir ki, bu da tağın konstruksiyasını vurğulayır. Otağın bütün perimetri boyunca "ləmə" adlandırılan tağçalar yerləşdirilmişdir.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.