DALAN

is.
1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol.
[Hacı Fərəc:] Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola… N.Vəzirov.
[Məşədi Əsgər] yavaş-yavaş qapıya sarı gedib, şüşədən dalana baxmaq istəyirdi ki, birdən qapı açıldı. S.M.Qənizadə.
Küçə qapısından girərkən uzun, qaranlıq bir dalanı keçib öz otağıma gedərdim. S.Hüseyn.

2. İki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan dar yol. Dalanın nömrəsi.
– Küçələrin tini, dar keçidlər, meydançalar və dalanların hamısında kazaklar durmuşdu. M.S.Ordubadi.
İçərişəhərdə, qaranlıq dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq.

3. Evin, vaqonun və s.-nin girəcəyində açıq, ya örtülü dar yer.
O, papiros çəkən adamlardan çətinliklə ötdü, vaqonun dalanında dayandı. Mir Cəlal.

DALAMAQ
DALANDAR
OBASTAN VİKİ
Sonuncu Dalan
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Dalan (film, 2012)
Dalan — Nəsimi Məmmədoğlunun rejisorluq etdiyi tammetrajlı bədii televiziya filmi. == Məzmun == Varlı yataq xəstəsinə qulluq edən kasıb qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlətini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır. Filmdə insan münasibətləri və daxili aləmin ziddiyyətləri, tamahın törətdiyi fəsadlar, nəfsin nəticə etibarilə insana həyatı bahasına başa gəlməsi əksini tapıb. == Film haqqında == Film Edqar Allan Ponun "Daxili ziddiyyət" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Yaşayış binası (Nizami küçəsi, dalan 5, ev 33)
Nizami küçəsi, dalan 5, ev 33 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == Evin fasadları sadə və lakonikdir. Fasad divarı gəclə üzlənmişdir; sonradan əlavə edilmiş və bütün fasad boyunca uzanan taxta veranda yaxşı işlənmiş detalları ilə diqqət cəlb edir. Evin planı kifayət qədər sadədir. O, orta örçülü bir otaqdan ibarətdir. Xidməti otaqlar ehtimal ki, əlavə tikililərdə yerləşmişdir. Evin interyeri, fasadla müqayisədə daha zəngin həll edilmişdir. İnteryerdə divarlar yerli mənşəli açıq tonlu gəc məhlulu ilə üzlənmişdir; kəsişmə yerlərində tünd xəttlər keçir ki, bu da tağın konstruksiyasını vurğulayır. Otağın bütün perimetri boyunca "ləmə" adlandırılan tağçalar yerləşdirilmişdir.

Digər lüğətlərdə

азоти́ровать ливнесто́к любостяжа́тельный мишу́к перека́ливать растяну́ть русоволо́сый сво́дик туш яку́ты высве́рливание задуши́ться подслепова́то потого́нный размокропого́дить сла́ва богу ула́мывание Груня ищея crushproof eidola generalissimo impalpable troop off переписчик