Yaşayış binası (Nizami küçəsi, dalan 5, ev 33)
Nizami küçəsi, dalan 5, ev 33 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.
Evin fasadları sadə və lakonikdir. Fasad divarı gəclə üzlənmişdir; sonradan əlavə edilmiş və bütün fasad boyunca uzanan taxta veranda yaxşı işlənmiş detalları ilə diqqət cəlb edir.
Evin planı kifayət qədər sadədir. O, orta örçülü bir otaqdan ibarətdir. Xidməti otaqlar ehtimal ki, əlavə tikililərdə yerləşmişdir. Evin interyeri, fasadla müqayisədə daha zəngin həll edilmişdir. İnteryerdə divarlar yerli mənşəli açıq tonlu gəc məhlulu ilə üzlənmişdir; kəsişmə yerlərində tünd xəttlər keçir ki, bu da tağın konstruksiyasını vurğulayır.
Otağın bütün perimetri boyunca "ləmə" adlandırılan tağçalar yerləşdirilmişdir.