Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaradıcı yıxım
Yaradıcı yıxım (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı yıxımın fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
YouTube Yaradıcı Mükafatları
YouTube Play Düymələri - Ən populyar kanallara verilən "YouTube Yaradıcı Mükafatlarının" bir hissəsidir. Bu mükafat digər mükafatlardan fərqlidir, bir kanal üçün ümumi abunəçi sayına əsasən verilir. Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolundan ibarət bu mükafatlar verilir. Hər mükafat fərqli ölçüdədi, kanalın abunəçi sayısına görə mükafatda böyüyür.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.