Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cahiliyyə
Cahiliyyə (ərəb. جاهلية‎) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr. Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər. Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
Şaziliyyə
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Böyük Adiliyyə mədrəsəsi
Böyük Adiliyyə mədrəsəsi - Dəməşqdə XIII əsrə aid mədrəsə. == Haqqında == Bu şafii mədrəsəsinin əsası Dəməşqdə Nurəddin Məhəmməd Zəngi tərəfindən qoyulmuşdur. Lakin, o vəfat edərkən, mədrəsənin inşası tamamlanmamışdı. Sonra onu Məlik əl-Adil Seyfəddin davam etdirmişdir. Sonra o da vəfat etmiş və bu işi onun oğlu əl Məlik əl-Muazzam başa çatdırmışdır. Mədrəsədə müdərris kimi çalışanlar qismində qazı Kəmaləddin Ömər Əbu Həfs ibn Bəndər ibn Ömər ət-Tiflisinin də adı çəkilir. Ömər ət-Tiflisi təqribən h.602 (1205)-ci ildə anadan olmuşdur. Ömər ət-Tiflisi Misir diyarına üz tutana qədər Qadı əl-Qudat (baş qazı) xoylu Şihabəddinin müavini vəzifəsində çalışmışdır. Misirdə h. 672 (1273)-ci ildə vəfat edənə qədər tədrislə məşğul olmuşdur.Adiliyyə mədrəsəsində digər bir azərbaycanlı, əsli Xoydan olan Şəmsəddin Əbül-Abbas Əhməd ibn əl-Xəlil ibn Səadə ibn Cəfəribn İsa da fəaliyyət göstərmişdir.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.