Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daranaq
DARANAQ - Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində - "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Cordula dayana
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. == Həyatı == Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Phyllorchis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Phyllorkis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Pleurothallis dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Restrepia dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Dayana Ter-Hovanesyan
Dayana Ter-Hovanesyan (ing. Diana Der Hovanessian; 21 may 1934, Vuster[d], Massaçusets – 1 mart 2018, Kembric, Massaçusets) ― erməni əsilli ABŞ şairi, tərcüməçisi və yazıçısı. Onun şeirlərinin əksəriyyəti Ermənistana və erməni diasporuna həsr olunmuşdur. O, iyirmi beşdən çox kitab müəllifidir. == Həyatı və karyerası == Dayana Ter-Hovanesyan Massaçusets ştatının Vuster şəhərində yaşayan erməni ailəsində anadan olub. O, ingilis dili ixtisası üzrə Boston Universitetində təhsil almışdır və daha sonra təhsilini Harvard Universitetində davam etdirdi, tanınmış ABŞ şairi Robert Louell orada onun müəllimlərindən biri idi.. O, İrəvan Dövlət Universitetində Amerika ədəbiyyatı üzrə professor, iki dəfə isə erməni poeziyası üzrə Fulbrayt qrantı proqramı üzrə professor dərəcəsini almışdır. Boston Universiteti, Bard Kolleci və Kolumbiya Universiteti də daxil olmaqla bir çox təhsil müəssisələrində seminarlar aparmışdır və həmçinin qonaq şair və Amerika poeziyası, tərcümədə erməni poeziyası və Amerika Birləşmiş Ştatları və xarici ölkələrdə insan hüquqları ədəbiyyatı mövzuları üzrə mühazirəçi olmuşdur. Otuz ildən çox müddət ərzində o, Yeni İngiltərə poeziya klubunun (ing. New England Poetry Club) prezidenti vəzifəsində çalışmış və Kolumbiya Universitetinin tərcüməçilər şurasının üzvü olmuşdur.
Axırıncı dayanacaq (film, 2014)
Axırıncı dayanacaq tammetrajlı bədii filmi rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı ifa edirlər. == Məzmun == İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir.İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır. Bununla belə, detektiv janrının Hamletsayağı modeli tamaşaçının ekranda baş verənlərə diqqət kəsilməsinə şərait yaradır və bu axtarışda iştirak edən personajların fabula çərçivəsindəki mövcudluğu hadisəliliyi artırır.