DARANMAQ


1. məch. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək.
[Qərib:] Siyah saçları darandı; Canım həsrətində yandı. Aşıq Qərib”.
[Hindli qız:] Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. A.Şaiq.

2. məch. Daraqdan keçirilmək, daraqlanıb təmizlənmək. Yun daranmışdır.
3. qayıd. Öz başını daramaq.
Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad.
Kamal durub geyindi, darandı, yuyundu. S.Rəhimov.

4. bax daraşmaq.
…Təbii sərvətini əldə etmək üçün [imperialistlər] cənubdan və şimaldan İranın cəmdəyinə daranmışdılar. M.S.Ordubadi.

5. bax dırmaşmaq.
[Qız-gəlinlər] səhəngi atırlar çiyinlərinə, kəklik kimi daranırlar dağ yuxarı. N.Vəzirov.

DARANMA
DARANMIŞ

Digər lüğətlərdə

дека́дный живи́тельно зубри́ла кант купи́ло ледопла́в макропо́ристый ме́жду те́м по-еги́петски подутю́живать счёс тенётник тонкоме́р хмелево́д дистилля́ция обслюни́ть омедне́ние багун свирель charpie drunkometer hen-hussy hydrargyrum perfusion team shifting