Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Shine On You Crazy Diamond
Shine On You Crazy Diamond (azərb. Parla, divanə brilyant‎) — ingilis proqressiv rok qrupu Pink Floydun 1975-ci ildə buraxılmış Wish You Were Here konseptual studiya albomundakı 9 hissədən ibarət olan mahnı. Mahnının musiqisi Riçard Rayt, Devid Gilmor və Rocer Uoters tərəfindən bəstələnmiş, sözləri isə Rocer Uoters tərəfindən yazılmışdır. 2011-ci ildə "Shine On You Crazy Diamond" PopMatters saytının versiyasına görə "proqressiv rok janrında bütün dövrlərin ən yaxşı 25 mahnısı" siyahısında ikinci yeri tutdu.. Shine On You, Crazy Diamond Pink Floydun qurucu üzvü olmuş, daha sonra isə qrupdan xaric edilmiş Sid Barretə ithaf edilib. Barrett 1968-ci ildə narkotik istifadəsi və bununla qismən əlaqəli olan psixi sağlamlıq problemləri səbəbi ilə qrupdan xaric edilib. Onu əvvəlcə ikinci gitaraçı kimi gətirilən və Barrettin keçmiş məktəb yoldaşı olan Devid Gilmorəvəz edib. Digər qrup üzvləri Barretti qrupdan çıxarmaqda özlərini günahkar hesab etsələr də, Barrettin yaradıcılığına heyran qaldıqları və onun zehni problemlərindən narahat olduqları üçün bunu zəruri olduğunu düşünürdülər. Əsər ilk dəfə olaraq 1974-cü il Fransa turunda ifa edilib və 1975-ci ildə “Wish You Were Here” albomu ilə birlikdə işıq üzü görüb.
Diamonds
Diamonds – Her greatest hits (azərb. Almazlar‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı albomudur.
Diamonds (albom)
Diamonds – Her greatest hits (azərb. Almazlar‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı albomudur.
Diamonon
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Riçmond
Riçmond (Virciniya) — ABŞ-nin Virciniya ştatının paytaxtı. Riçmond (London) — İngiltərədə şəhər.
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Cared Daymond
Cared Daymond (10 sentyabr 1937, Boston) — ABŞ antropoloqu, ekoloqu, coğrafiyaşünası, bioloqu və yazıçısı. Onun "Tüfəng, Mikrob və Dəmir" adlı kitabı "Pulitzer" mükafatına layiq görülüb. 2013-cü ildən Kaliforniya Universitetində coğrafiya professorudur. 2005 və 2008-ci ildə ABŞ xarici polis və İngiltərə prospekt jurnallarının internet səhifələrində oxuçuları ilə özünə cəlb etmişdir. Dünyanın ilk 100 intelektual siyahısında 9 və 31 yerdə olmuşdur. == Həyatı == Cared Daymond ABŞ-ım Massaçusets ştatının Boston şəhərində anadan olub. Atası həkim, anası müəllimdir. 1958-ci ildə Harvard Universitetini bitirib. 1961-ci ildə Kembric Universitetində fizika üzrə doktor olub. 1966-cı ildə Kaliforniya Universitendə dərs deməyə başlayıb.
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. == Həyatı == Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Desmond Duqlas
Desmond Duqlas (20 iyul 1955) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Desmond Duqlas Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Jiqmond Morits
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879, Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942, Budapeşt) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi. == Həyatı == Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü. 1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu. 1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi.
Norodom Siamoni
Norodom Sihamoni (khm. នរោត្តម សីហមុនី; 14 may 1953[…], Pnompen, Fransa Hind-Çini) - Kambocanın kralıdır.
Piter Daymond
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
Riçmond (Virciniya)
Riçmond şəhəri — ABŞ-nin Virciniya ştatının paytaxtı.
Riçmond Universiteti
Riçmond Universiteti (ing. University of Richmond) — ABŞ-nin Virciniya ştatında, Riçmond şəhəri və Henriko əyalətinin sərhəddində yerləşən özəl, dünyəvi təhsil ocağı. Universitet 1830-ci ildə yaradılmışdır.
Yuliya Şiqmond
Yuliya Şiqmond (mac. Sigmond Júlia; 11 iyul 1929 – 23 mart 2020, Piaçensa, Emiliya-Romanya) — kukla teatrında işləyən macar əsilli Rumıniyalı aktrisa, esperantist. Macar yazıçısı və şairi İştvan Şiqmondun bacısı və esperantist Sen Rodenin həyat yoldaşı. == Həyatı == 1949-cu ildə Kluj-Napokada yerləşən qızlar gimnaziyasını (keçmiş reformist gimnaziyası, indiki Apaçay Liseyi) bitirmişdir. 1950-ci ildə redaktorluq fəaliyyətinə başlamış, 1959-1984-cü illərdə Cluj-Napoka teatrında kukla və mim kimi çalışmışdır. 1956-cı ildən Esperanto dilinin tədqiqi ilə məşğul idi, dəfələrlə esperantistlərin beynəlxalq konqresləri və toplantılarında iştirak etmişdir. Esperanto dilində olan "Bazaro" jurnalı və "Monate" qəzetinin baş redaktoru idi. Esperanto dilində bir neçə əsər nəşr etmişdir və 2000-ci ildə "Mi ne estas Mona Lisa" adlı hekayəsinə görə elmi fantastika sahəsi üzrə mükafat almışdır. 2005-ci ildə Təl-Əvivdə keçirilən 85-ci Dünya Esperanto Konqresində təsviri sənət müsabiqəsinin təşkilatçısı oldu. == Seçilmiş əsərləri == 2001 — Mi ne estas Mona Lisa 2008 — Kiam mi estis la plej feliĉa en la vivo?
Desmond D'Sa
Desmond D'Sa (afrik. Desmond D'Sa) — Cənubi Afrikadan olan ekoloq. 2014-cü ildə Goldman Ətraf Mühitin Mühafizəsi mükafatını alır. Desmond 25 ildən artıqdır ki, Durbanın cənubunda ekoloji təhlükəsizliyə ciddi ziyan vuran əsas neft emalı zavodları ilə mübarizə aparır və onları təqib edir. == Fəaliyyəti == O, Durbanda (Cənubi Afrika) ekoloji ədalət hüququ üçün yaşıl fəzalara girişin təşkili və ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyaları təşkil etdikdən sonra tanınır. Şəhərin ətrafındakı ərazi "Xərçəng xiyabanı" kimi tanınır, çünki ərazidə 300-dən çox sənaye müəssisəsi yerləşir[5]. Bu problemlə mübarizə aparmaq üçün o, Durban Cənubi İcmasının Ekoloji Alyansını qurur. Bu icma çirklənmə ilə mübarizədə və Durban limanının genişlənməsinin qarşısının alınmasında uğur qazanmışdır. 2011-ci ildə təbliğat fəaliyyəti üçün onun evinə yanğın bombası atılır. O, aparteid dövründə böyüyür və ona qarşı mübarizə aparmaqla yanaşı, ekoloji və sosial ədalət məsələləri ilə də məşğul olmağa başlayır.
O, sizə Dimon deyil
O sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
O sizə Dimon deyil (sənədli film, 2017)
O sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.