Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilçilər
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. == Dilçi alimlər == 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073-1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030-1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275-1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802-1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Dilbilməz (Kəleybər)
Dilbilməz (fars. ديل بيلمز‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 839 nəfər yaşayır (176 ailə).
Dilbilməz (Çaldıran)
Dilbilməz (fars. ديل بيلمز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (11 ailə).
Abiqeyl Dillen
Abiqeyl Dillen (ing. Abigail Dillen; XX əsr) — ətraf mühit üzrə hüquqşünas və ətraf mühit təşkilatı olan Earthjustice-in rəhbəri. Dünyadakı bir çox iqlim təşkilatları onun işini "presedent qurmaq" olaraq adlandırır. Buna misal olaraq yolsuz ərazilərin mühafizəsi ideasını göstərmək olar. Marie Claire jurnalı onu 2020-ci ilin zaman ustası adlandırır. == Fəaliyyət == Dillen Kaliforniyanın Berkli Universitetinin Hüquq Məktəbində hüquq doktoru dərəcəsi alır və 2000-ci ildən o, Earthjustice ilə əməkdaşlıq edir. O, Earthjustice-də təmiz enerji və kömür proqramlarını idarə edir. O, 2018-ci ildə Trip Van Noppenin yerinə baş direktor vəzifəsini tutur. Dillen "All We Can Save" ("Bütün, nə ki, biz qurtara bilərik") antologiyasının müəllifidir. O, həmçinin USA Today, Huffington Post, The Hill, EcoWatch və digər xəbər platformalarına məqalələr təqdim edir.