Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Xosrovun Barbedin musiqisini dinləməsi
Xosrovun Barbedin musiqisini dinləməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirinin hicrində qovrulan Xosrov dərdini unutmaq üçün məclis düzəldib kefə başlayır, lakin şərab da ona dərdini unutdura bilmir. Nəhayət, əfsanəvi Barbədin füsnkar musiqisiXosrovun fərağına çatır. Nizami bu səhnəni belə təsvir edir: == Təsvir == Gənc şah yay köşkünün yuxarı küncündə tək oturmuşdur. O, nə qarşısındakı şəraba, nə saqiyə, nə meyvə təklif edən əyyara, nə də ətrafındakı adamlara məhəl qoymur. Başını sol çiyninə əymiş şah, kədər içində Barbedin musiqisini dinləyir.Məclis izdihamlıdır. Xosrovdan bir qədər aralıda ox-kamanla yaraqlanmış bir əsgər və əlində şahin tutmuş quş ağası dayanmışdır. Aşağıda fəvvarəli çarhovuzun yanında qonaqlara şərab paylayan saqi görünür.