DİŞLƏMƏK

f.
1. Dişləri arasında sıxmaq, dişlərini batırmaq.
Cavan ana öz körpəsinin toppuş ayaqlarını birdən dişləyir, uşaq qıdıqlanıb gülürdü… S.Rəhimov.

2. Dişləri ilə sıxıb qopartmaq, kəsmək. Armudu dişləmək. Çörəkdən bir tikə dişləmək.
– Ağ almanı dişlədim; Dörd yanın gümüşlədim. (Bayatı).

// Yemək mənasında.
İşləməyən dişləməz. (Məsəl).

3. Sancmaq, dalamaq. Gicitkən dişləyir.
– Hər kəs məndən səni yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİŞLƏMƏK dişləmək bax 1. tutmaq 3; 2. çalmaq II
  • DİŞLƏMƏK kəsmək
  • DİŞLƏMƏK sancmaq — çalmaq — vurmaq
DİŞLƏMƏ
DİŞLƏMLİK

Digər lüğətlərdə