DƏNLƏMƏK

f.
1. Dənli yemləri bir-bir dimdiklə götürüb yemək (quşlar haqqında). Toyuqlar darını dənlədilər.
2. Meyvəni ağacdan bir-bir qoparıb toplamaq, yığmaq, dərmək. Meyvələri dənləmək.
3. Arıtlamaq, təmizləmək, irini xırdadan, yaxşını pisdən ayırmaq. Buğdanı dənləmək. Düyünü dənləmək.
4. məc. Bir-bir qırmaq, öldürmək, tələf etmək, ortadan qaldırmaq.
Elə, başçıları qırıb dənləsək; Qorxudan çəkilər yerdə qalanlar. S.Vurğun.
İlyas sərrast atəşlə [düşmən] zabitlərini bir-bir dənləyirdi. Mir Cəlal.
Bizim avtomatçıların atəşi [faşistləri] bircəbircə dənləyirdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏNLƏMƏK öldürmək — qırmaq
  • DƏNLƏMƏK arıtlamaq — təmizləmək
  • DƏNLƏMƏK toplamaq — yığmaq — dərmək
  • DƏNLƏMƏK yemək
DƏNLƏMƏ
DƏNLƏNMƏ

Digər lüğətlərdə

бра́жничество двадца́тый киноаппарату́ра отгово́рка роже́чник будьте ми́лостивы враща́ть вы́нуть дух первооткрыва́тель свя́зная фотодокументали́стика няша cotton-plant entreat French letter hennaed screwy slumber party white corpuscle завоевать кречет лесистый натриевый нищая солдатня