Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. == İstinadlar == == Xarici keçidlər == Dorin — Vukipediya saytında.
Pirin
Pirin — Bolqarıstanın cənub-qərbində yerləşən dağ massivi. Pirin dağları Struma və Mesta çayları arasında yerləşir. Silsilənin uzunluğu 75 km, ən yüksək zirvəsi isə Vixrendir (2914 m). Pirin- ölkənin ən yüksək dağ silsiləsindən biridir. Pirində 45 dən çox hündürlüyü 2600 m və daha yüksək olan zirvələr var. Dağ massivinin təxmini sahəsi 1201 km²-dir. == Relyefi == Buzlaşma dövrü ərazinin relyefinə yetərincə böyük təsir göstərmiş və dağlar daha dik, qayalı forma almışdır. Pirin vadilərində çoxlu göllər meydana gəlmiş və ən böyüyü Popovdur. Massiv daha çox qranit və mərmərdən təşkil olunub. Pirin üç hissəyə bölünür — Şimal, Orta və Cənub.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. == Tarixi == Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII–XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şeyx Cabir Ənsari övladından olan Şeyx Kəmaləddin oğlu Şeyx Siracəddin vəqfinə bağlıdır. "Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib.
Diri-diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırımla (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Aslan Şirin
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Dilin əzələləri
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Diriş (Salmas)
Dərişk (fars. ‎درشك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (116 ailə).
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. == Həyatı == Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.
Pirin-Fiat
Pirin-Fiat — Bolqarıstanın Loveç şəhərində yerləşən Balkan zavodunda 1966–1971-ci illərdə istehsal edilən avtomobil markası. == Tarixi == 1950–1960-cı illərdə Varşava Müqaviləsi Təşkilatı ölkələri avtomobil sənayesinin inkişafını sürətləndirmək yollarını axtarırdılar. Əsas istiqamət avtomobil istehsal edən zavodların inşası idi. FIAT şirkəti İtaliyadan kənarda avtomobil istehsalının təşkilində təcrübəyə malik olduğu üçün bu ən açıq tərəfdaş hesab edilirdi. 1965-ci ildə Fabryka Samochodów Osobowych şirkətinin bazasında polyak Fiat 124p yığılmağa başlamışdır. 20 iyul tarixində isə SSRİ ərazisində "AvtoVAZ" zavodunun inşasına başlanılır. bolqarıstanında da bu proses güçlənir. 26 sentyabr 1966-cı ildə Bolqarıstan hökumətinin rəhbərliyində olan "Balkankar" və İtalyanın FIAT şirkəti arasında müştərəf fəaliyyət sayəsində müqavilə imzalanır. Tərəflərin razılığın əsasən FIAT avtomobilin qiymətinin 40% -dək komponentlərin istehsalı üçün avtomobilin yığılmasının inkişafını təmin etməlidir. Ödəniş Barter vastəsi ilə Bolqarıstan xarici ticarət təşkilatı vasitəsilə həyata keçirilmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Sirin Əbdulnur
Sirin Əbdulnur (ərəb. سيرين عبد النور‎; 21 fevral 1977, Abadiyeh[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livanlı müğənni və aktrisadir. Onun ilk albomu 2004-cü ildə çıxıb. 2006-cı ildə ərəb. عليك عيوني‎ adlı ikinci albomunu buraxdı və bu albomda yer alan Gözlərimə baxsan (ərəb. لو بص في عيني‎) mahnısı çox məşhur oldu.
Solmaz Şirin
Varis Dirie
Varis Dirie (21 oktyabr 1965[…]) — dünyanın ən məşhur supermodellərindən biri. O, öz həyatını "Səhra çiçəyi" əsərində qələmə alıb. Hazırda kitabının adını daşıyan "Çöl çiçəyi" fondunun sponsorluq etdiyi kompaniyaların təşkili ilə məşğul olur.