DİZİN-DİZİN

zərf Diz üstə, diz-dizi.
□ Dizin-dizin sürünmək (süründürmək)1) ayaq üstündə dura və ya gedə bilməyib diz üstə sürünmək (süründürmək).
Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Ə.Haqverdiyev.
Misirli dostlar! Göz dikib torpağınıza qəsbkarlar sizin; Sürünür kölgənizcə əlibıçaqlı dizin-dizin. O.Sarıvəlli.
Molla … şikara yaxınlaşmaq məqsədi ilə dizin-dizin ona, Fatmaya doğru süründü. P.Makulu;

2) qarğış və ya and yerində işlənir.
[Nurcahan:] A səni görüm, dizin-dizin sürünəsən! N.Vəzirov.
[Mirzə Heydər:] Sənin evində yediyim çörək məni dizin-dizin süründürsün, əgər mən bu barədə qələm çalmışam. Ə.Haqverdiyev.

DİZENTERİYALI
DİZLƏMƏ

Digər lüğətlərdə