Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pilaster
Pilaster, pılyastr və ya plyastra – memarlıqda divara yapışdırılmış sütun şəklində istifadə edilən bir tikinti texnikasıdır. Binalarda bəzək elementi kimi istifadə olunur. Dörd künclü bir sütun sütunun yarısı divarın içərisinə yerləşdirilmiş şəkildə olan şaquli bir sütundur. Bəzi hallarda pilaster yarı dairəvi formada da tətbiq oluna bilər. Ümumiyyətlə, binaların fasadında bir-birinə bağlanmış şaquli sütunlarla harmoniya şəklində görüntü yaratmaq üçün istifadə olunur. Bəzi hallarda, qapı və ya pəncərələrin kənarında bəzək kimi də istifadə edilə bilər. Qədim Roma və Qədim Yunanıstan memarlığında və İtalyan İntibahı dövründə geniş şəkildə istifadə edilmişdir. New Yorkdakı Carnegie Hallda tətbiq olunmuş və Almaniya, İspaniya, İtaliya və Hindistan kimi bir çox fərqli sivilizasiyalarda da izlərinə rast gəlinmişdir. İntibah və ya Yunan oyanışı memarlığı dövrlərində də geniş istifadə edilmişdir. Leone Battista Albertinin pilaster texnikasının binalarda tətbiq etmə xüsusiyyətlərini öyrənən Rudolf Wittkower, pilaster üçün aşağıdakı tərifi vermişdir: “Pilaster, sütundan divara keçid mərhələsi üçün son dərəcə ağıllı bir tətbiq texnikasıdır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Grevillea pinaster
Grevillea pinaster (lat. Grevillea pinaster) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.
Pinus pinaster
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6-12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.