END

end1

n 1. son, axır; the ~ of the world dünyanın sonu; to put an ~ to smth. bir şeyə son qoymaq; I’ve come to the end of my endurance Səbrim tükənib / qurtarıb; 2. ölüm, vəfat etmə; to be near(ing) one’s ~ ölüm ayağında olmaq; untimely ~ vaxtsız ölüm; That will be the end of me Bu mənim axırıma çıxar; 3. son qoyma, yoxa çıxma, yox olma, axır; That will be the end of all war Bu bütün müharibələrə son qoyacaq; 4. qıraq, kənar, uc, baş, qurtaracaq, axır; a silver watch at the ~ of a chain zəncirin ucundakı gümüş saat; There is no end to it Bunun axın / sonu yoxdur; 5. məc. tərəf; to approach the subject from the wrong ~ məsələyə əks tərəfdən yanaşmaq; 6. id. meydanın / meydançanın yarısı; to change ~s meydanın yarısını dəyişmək; 7. hissə, şöbə; our selling ~ bizim müəssisənin ticarət şöbəsi; 8. məqsəd, niyyət, qəsd, məram; to accomplish one’s ~ məqsədinə nail olmaq; To what end? Nədən ötəri?, Hansı məqsədlə?; 9. nəticə, sonluq; happy ~ müvəffəqiyyətli nəticə / sonluq;

◊ at the ~ nəhayətdə, sonda; in the ~ axırda, nəhayətdə, nəticədə; to the ~ of time əbədi, ömürlük, həmişəlik; I am at my wits’ end Mən çaşmışam, Mən özümü itirmişəm

end2

v 1. qurtarmaq, başa çatdırmaq, bitirmək; to ~ one’s labour on a book kitab üzərində öz işini qurtarmaq; 2. kəsmək, qurtarmaq, dayandırmaq, saxlamaq; to ~ testing now and for all time nüvə silahlarının sınağına birdəfəlik / həmişəlik son qoymaq; 3. nəticələnmək, qurtarmaq, başa çatmaq; to ~ in disaster fəlakətlə nəticələnmək; How does the story end? Hekayə nə ilə qurtarır?

ENCYCLOPEDIC
END-ITEM
OBASTAN VİKİ
Lends End
Lends End burnu (ing. Land's End) — Böyük Britaniyanın cənub-qərb hissəssində yerləşən burun. Lends End Kornuollun qərbində, Sennen kəndi ərazisində, Penzansdan 13 km aralıda yerləşir. Burundan qərbdə elədə böyük olmayan Silli arxipelaqı və Lonqşips qayaları yerləşir. Burundan 5 km şərqdə Lends End hava limanı vardır. Lends Enddən Con-о'Qrotsa olan məsafə 1349 km-dir.
World End
WORLD END (azərb. Dünya sonu‎) – Flow qrupunun 16-cı sinqlı. "Code Geass: Lelouch of the Rebellion R2" anime serialının 2-ci açılış mahnısıdır. İlk həftəsində Oricon çartlarında 4-cü yerə yüksəlmiş və 10 həftə boyunca çartda qalmışdır.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
İst-End cadugərləri
İst End Cadugarları (ing. Witches of East End) — Melissa de la Kruz tərəfindən yazılmış və 2011-ci ildə Biçamp Ailəsi kitablar seriasına aid romandır. Kitab Hyperion Books tərəfindən 21 iyun 2011-ci ildə çap edilib və Long Adası cadugar ailəsinin onlara qarşı yönəlmiş bəd qüvvələrə qarşı mübarizəsindən söhbət açılır.
Seraph of the End
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu, azərb. Sonun serafimi‎) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur. Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur. 28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır.Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır. == Məzmun == 2012-ci ildə insanlar tərəfindən hazırlanmış süni virus dünyada fəlakətə yol açır və dünya əhalisinin sayını kəskin azaldır.
Waiting for the End
Waiting for the End – Linkin Parkın dördüncü studiya albomu olan A Thousand Sunsdan çıxan 2-ci sinqlı. 1 oktyabr 2010-cu il tarixində çıxmışdır. Klipi isə 8 oktyabr 2010-cu il tarixində Co Han prodüserliyi ilə çıxarılmışdır. Sinql çıxdıqdan sonra "Guitar Hero: Warriors of Rock" adlı oyunun soundtreki olmuşdur. == Sinqldakılar == "Waiting for the End" – 3:51 "The Catalyst ("Guitarmagedon" DIOYY? Remix) – 3:06 == Klipi == Waiting for the End klipi xüsusi effektlər vasitəsi ilə çəkilmişdir. Klipə Co Han prodüserlik etmişdir.
İst End cadugarları (teleserial, 2013)
İst End cadugərləri (teleserial, 2013)
İst-End cadugərləri (ing. Witches of East End) — eyni adlı kitab əsasında çəkilmiş Amerikan teleserialıdır. Serialın premyerası 6 oktyabr 2013-cü ildə Lifetime kanalında baş tutmuşdur. Hadisələr uydurma İst End adlı şəhərdə cadugər ailəsi olan Coanna Biçamp (Culia Ormond) onun iki qızı olan Freya Biçamp (Cenna Deuan Tatum) və İnqrid Biçamp (reyçl Boston) eləcədə onun bacısı Uendi Biçampın (Madçen Amik) ətrafında cərəyan edir. Lifetime serialı 22 noyabr 2013-cü ildə ikinci mövsüm üçün yenilədi və 13 seria olacağı bildirildi. İkinci mövsümün premyerası 6 iyul 2014-cü ildə baş tutdu. Kanal 4 noyabr 2014-cü ildə zəif reytinqlərə görə serialı ləğv etdi. Final seria 5 oktyabr 2014-cü ildə yayımlandı.
Uncharted 4: A Thief’s End
Uncharted 4: Bir Oğrunun Sonu, Naughty Dog tərəfindən yaradılan və Sony Computer Entertainment tərəfindən PlayStation 4 videooyun konsolu üçün nəşr olunan bir döyüş-macəra videooyunudur. Oyun 10 May 2016-cı ildə dünyada satışa çıxarıldı. Uncharted 3: Drake’s Deception-in dəvamı olan Neytan Dreyk'in rol oynadığı Uncharted seriyasının son oyunudur və Naughty Dog'un yaratdığı seriyanın son oyunudur. Drake's Deception hadisələrindən bir neçə il sonra, Bir Oğrunun Sonu, tale ovçuluğundan uzaqlaşan qəhrəmanı, Neytan Dreyk'i izləyir. Qardaşını qurtarmaq üçün Kapitan Henri Eyveri'nin uzun müddətdir itmiş xəzinəsinin yerini tapmaq üçün, böyük qardaşı Sem və uzun müddətdir birlikdə olan ortağı Sali ilə yenidən bir araya gəlir. Buraxılışının ardından Uncharted 4: Oğrunun Sonu, çox bəyənildi və videooyunları jurnalistləri tərəfindən 2016-ci ilin ən yaxşı videooyunlarından biri olaraq görüldü. Jurnalistlər, oyunu Uncharted seriyasına uyğun bir son olaraq gördülər. Oyun povestinə, romantik dərinliyinə, vizual keyfiyyətinə, Multioyunçu və inkişaf etdirilmiş oyun mexanikasına görə əvvəlki oyunlarla müqayisədə inkişaf etdirilmişdi. Uncharted 4: Bir Oğrunun Sonu, İlin Oyunu, Ən Yaxşı Aksiyon-Macəra Oyunu kimi bir sıra mükafatlara nail olmuşdur. Oyun ilk həftəsində 2,7 milyon kopiya satdı və PlayStation 4'dəki ən çox satan videooyunlarının yanında seriyanın ən sürətli satan oyunu oldu.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.
Bulbophyllum endotrachys
Bulbophyllum endotrachys (lat. Bulbophyllum endotrachys) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cessi Endrüs
Cessi Endrüs (ing. Jessie Andrews; 22 mart 1992, Mayami, Florida) — ABŞ pornoaktrisası, dizayneri, istehsalçısı, modeli, DJ-i, sahibkarı və fotoqrafı. Endrüs porno sənayesində əsasən 2010 — 2015-ci illərdə fəal olub.
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Endadenium
Südləyən (lat. Euphorbia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Ağaclar kollar və ya ot bitkiləri olub, sadə və ya mürəkkəb, çox hallarda yarpaqaltlıqları olan yarpaqlara malikdirlər. Çiçəkləri bircinslidir, çox az hallarda ikicinslidir, adətən ləçəksizdir, nadirən ikiqat çiçəkyanlıqdır və ya tamamilə çiçəkyanlığı yoxdur. Erkəkciklər sərbəstdir və ya az və ya çox dərəcədə sapları ilə bitişmişlər. Ginesey adətən 3 meyvəyarpaqcığından əmələ gəlmişdir, yumurtalıq adətən üstdür. Meyvələri qutucuqdur, nadir hallarda giləmeyvə və ya çəyirdəkmeyvədir. Sıraya 4 fəsilə aiddir ki, onlardan da südləyən fəsiləsi tibbi əhəmiyyətə malikdir. Südləyən fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir.
Endallex arundinacea
Phalaris arundinacea (lat. Phalaris arundinacea) — qırtıckimilər fəsiləsinin phalaris cinsinə aid biki növü. == Sinonimləri == Arundo colorata Aiton Arundo riparia Salisb. [Illegitimate] Baldingera arundinacea Dumort. Baldingera arundinacea f. colorata P.Gaertn., B.Mey. & Scherb. Baldingera arundinacea f. colorata G. M. Sch. Baldingera arundinacea var.
Endau-Rompin Milli Parkı
Endau-Rompin Milli Parkı (malay Taman Negara Endau-Rompin) — Malayziyanın Tenasserin təpələrinin cənubunda yerləşən və tropik meşələrin qorunduğu milli park. Milli park Malayziyanın Pahanq ştatının cənubunu və Cohor ştatının şimal-şərqini əhatə edir, ümumi sahəsi 870 km2-dir. Milli park Qərbi Malayziyada Taman Neqara Milli Parkından sonra ikinci ən böyük milli parkdır. Burada həmçinin 26 km uzunluğunda cığır var. Endau-Rompin Malayziya hökuməti tərəfindən əsası qoyulmuş ikinci milli parkdır. Milli parkda dünyanın ən qədim tropik meşə kompleksi yerləşir və buradakı qaya quruluşlarının yaşı 248 milyon ildir. Malay yarımadasında nəsli kəsilmək üzrə olan şimal Sumatra kərgadanının ən böyük populyasiyası bu milli parkdadır. Cohor ştatının ən hündür ikinci nöqtəsi olan Qununq Besar dağı milli park ərazisində yerləşir. Musson dövründə — noyabr-mart aylarında milli park ictimaiyyətə bağlı olur. Bundan əlavə, sentyabr-oktyabr ayları balıqların cütləşmə dövrü olduğundan bu dövrdə milli parkda balıqçılıq qadağan edilir.
Endeisa flava
Dendrobium densiflorum (lat. Dendrobium densiflorum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Epidendrum dumunsuttu Buch.-Ham. ex Lindl. (1830) Dendrobium clavatum Roxb. (1832) Endeisa flava Raf. (1837) Dendrobium schroederi Dombrain (1870) Dendrobium guibertii Carrière (1876) Callista clavata (Roxb.) Kuntze (1891) Callista densiflora (Lindl.) Kuntze (1891)C Callista guibertii (Carrière) M.A. Clem.
Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Endi Dik
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Endi Marrey
Endi Marrey(ing. Andrew Barron Murrey 15 may 1987[…], Qlazqo[…]) — Britaniyalı professional tennisçi, dünyanın ilk tək raketləri; tarixdə ilk dəfə kişilərin Olimpiya çempionu. 1936-cı ildən bu yana ilk İngilis tennisçi Vimbledon kişilərin tək turnirində qalib. Ümumilikdə, Qrand Slam turnirlərində (hər turnirdə ən azı bir dəfə) 11 dəfə oynayıb və üç qələbəni qazandı. 47 ATP turnirinin qalibi. == Həyatı == Endi üç yaşında tennis oynamağa başladı. Anası Judi tennis məşqçisi, atası Uilyam menecerdir. Endinin böyük qardaşı Jamie Murray də professional tennisçidir. Jamie- mütəxəssisləri cütləşdirdi, cütlərin ikiqat ilk raketi idi, Endi ilə qalib olan iki qalibiyyət də daxil olmaqla, ATP turnirlərində 10 qalibiyyət qazanan, kişilərin ikiqatdakı Qrand Slam turnirlərini və qarışıq cütləri qazandı. Marrayin ana babası peşəkar futbolçu idi və Şotlandiya Hibernianın və Sterlinq Albionun əsas komandasının ehtiyat heyətində oynadı.
Endi Nikolson
Endi Nikolson (13 fevral 1986, Şeffild, Yorkşir və Hamber[d]) — İngiltərəli musiqiçi, dicey, mahnı prodüseri və fotoqraf. 2006-cı ildə tərk etdiyi Şeffild rok qrupu Arctic Monkeys-in orijinal bas gitaraçısıdır.
Endi Pereyra
Endi Pereyra (31 avqust 1989) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Endi Pereyra Kubanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Endi Pereyra Kubanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Endi Qarsia
Andres Arturo Qarsia Menendez (12 aprel 1956[…], Havana) — Kubalı aktyor. Ailəsi 1961-ci ildə ABŞ-yə köçdü. Dünyaya əkiz qardaşı ilə bitişik gəlmişdir. Ayrıldıqdan sonra həmin çiynində yara əmələ gəlmişdir. ABŞ-yə ilk gəldiklərində pis işlərdə işləməyə məcbur olmuşdur.
Endi Roddik
Endi Roddik (ing. Andy Roddick; 30 avqust, 1982, Omaha, Nebraska, ABŞ) — 2003-cü ildə dünya 1 nömrəsi olan ABŞ-lı peşəkar tennis oyunçusu, Ancaq indi dünya 8 nömrəsidir. Ən sürətli servis atma rekordunu əlində tutan Roddik bir matçında 155 mph (yəni 249.4 km/s) sürətlə servis ataraq bu rekordu qırmışdır. == İlk illəri və ailəsi == Endi Roddik Omaha Nebraskada doğulmuşdur. Anasının adı Blanke atasının adı isə Cimdir. Roddikin atası iqtisadçı, anası isə məktəb müəllimidir. Roddikin qardaşları olan Lourens və Con, Roddik kimi tennis oyunçusudurlar. Roddik, 2002-ci ildə müğənni Mendi Moreylə eşq yaşamış; ancaq Roddik, 2004-cü ilin Mart ayında əlaqəni bitirmişdir. Daha sonra Roddik vebsəhifəsində Broklin Deker ilə evlənəcəyini elan etdi və 17 aprel 2009-cu ildə evləndilər. == Böyük dəbilqə serialı tennis turnirlərindəki finalları == == Çempionluq == 2003-cü ildə ilin son böyük dəbilqə serialı turniri olan US Open finalında Karlos Ferreronu 3 setdə məğlub edərək çempion olmuşdur.
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. == Həyatı == Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Endi Uilyams
Hovard Endrü "Endi" Vilyams (ing. Howard Andrew "Andy" Williams; 3 dekabr 1927[…], Voll-Leyk[d], Ayova – 25 sentyabr 2012[…], Brenson[d], Missuri) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl və 3 Platin albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi. Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır. == Erkən həyat == Williams, Iowa ştatının Wall Lake şəhərində , sığorta və poçtda işləyən Florensiya (doğma Finley) və Jay Emerson Williamsda anadan olmuşdur.
Endi Uitfild
Endi Uitfild (ing. Andy Whitfield; 17 oktyabr 1971 – 11 sentyabr 2011[…], Sidney, Avstraliya) — 1971-ci ildə Uelsin şimal şəhəri olan Amlukxe-də anadan olub. Endi 1999-cu ildə inustutu bitirdikdən sonra, Avstraliyanın, Sidney şəhərinə köçərək aktyor və model olur. 2003-cü ildə Veşti Uitfild-lə evlənərək ailə həyatı qurdu. 2004-cü ildə aktyor olan Endi bu ildə Avstraliyada "All Saints" serialına çəkildikdən sonra, "The Strip" (2008), "Pached to the Rafters" (2008) və "McLeod’s Daughters" (2008) seriallarına çəkilir. Axırıncı oyndağı rol isə 2010-cu ildə rejisor Ceyms Rebbits-in çəkdiyi "Spartacus: Blood and Sand" olur. Spartacus rolunda oynayan Endi serialın ilk sezonu 13 bölümündə oynadıqdan sonra xərçəng xəstəliyinin qurbanı olaraq filmdən ayrıldı və mualicəyə başladı. Və xərçəng xəstəliyinin qurbanı olan Endi 11 sentyabr 2011-ci ildə Sidneydə vəfat etmişdir.
Endi Uorhal
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Endi Uorhol
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Endi Uorhol muzeyi
Endi Uorhol muzeyi (ingilis dilində:he Andy Warhol Museum) — ABŞ-nin Pittsburq şəhərində Endi Uorholun həyat və yaradıcılığına həsr olunmuş pop-art-muzeyi. ABŞ-də bir incəsənət xadiminə həsr olunmuş ən iri muzey. == Tarixi == İlk dəfə bu muzeyin yaradılması haqqında plan 1989-cu ilin oktyabrında, Endi Uorholun ölümündən iki il sonra səslənmişdir ,. 1993-cü ildə Tomas Armstronq gələcək muzeyin ilk direktoru təyin edilmişdir. Tomas Armstronq 1974-1990-cı illərdə Amerikada Vitni incəsənət muzeyinin direktoru vəzifəsində çalışmışdır . Muzey binası kimi 1913-cü ildə Sendaski-Strit, 117 ünvanında yerləşən sənaye emalatxanasından istifadə etmişlər, binanın əsaslı təmirinə və yenidən qurulmasına 12 milyon ABŞ dolları sərf edilmişdir. Muzey 13 may 1994-cü ildə açılmış, elə birinci il onun ziyarətçilərinin sayı 25 minə yaxın olmuşdur. 1 mart 1995-ci ildə Tomas Armstronq muzeyin direktoru vəzifəsindən kənarlaşdırılmışdır . "Sənin üçün çox dözülməzdir" filmində ən həlledici səhnələrin Endi Uorhol muzeyində baş verməsi təsvir olunmuşdur. == Təsviri == Endi Uorhol muzeyinin sahəsi 8200 m²-dir, 17 qalereyanı əhatə edən 7 mərtəbədən ibarətdir.
Endi Uorxol
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Endi Vilyams
Hovard Endrü "Endi" Vilyams (ing. Howard Andrew "Andy" Williams; 3 dekabr 1927[…], Voll-Leyk[d], Ayova – 25 sentyabr 2012[…], Brenson[d], Missuri) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl və 3 Platin albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi. Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır. == Erkən həyat == Williams, Iowa ştatının Wall Lake şəhərində , sığorta və poçtda işləyən Florensiya (doğma Finley) və Jay Emerson Williamsda anadan olmuşdur.