Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Buzüstü xokkey
Buz üstə xokey adından da aydın olacağı kimi buzun üzərində iki komanda/dəstələ oynanan bir idman və ya oyundur. Oyunçular hokey konkilərini geyib hokey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışarlar. Oyunçular diski (pakı) qalaya soxaraq ədəd taparlar. Komanda/dəstədə biri qapıçı olmaq üzrə altı oyunçu fasiləsiz oynayar. Əslən bir komanda/dəstədə 20dən çox oyunçu vardır. Bir oyunçu qaydaları pozuntu etsə hakim cəza olaraq komanda/dəstəs(n)i bir müddətə 5 adamla oynadar. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buz üstə xokey mövzusunda Kanada, Rusiya, İsveç, Finlandiya, Çex Respublikası, Amerika Birləşmiş Ştatları və Slovakyia qabaqda gələn ölkələrdir. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHLdəndir (Milli Xokey Liqası).
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar.Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi. Qəzetdə qeyd olunurdu ki, qəbiristanlıqda epidemiya xəstəliklərindən ölənlər üçün xüsusi bir şöbə yox idi.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
2011 Dünya Buzüstü Xokkey Çempionatı
2011 Dünya Buzüstü Xokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü xokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Xokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir. Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Xokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. == Ev sahibi şəhərin seçimi == Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Xokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır: Slovakiya İsveç Macarıstan FinlandiyaBir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Xokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Xokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi.