BOZARMAQ

f.
1. Boz rəng almaq, bozlaşmaq.
Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi.

// Solmaq, rəngi qaçmaq, rəngi getmək.
Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn.

2. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.
3. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq.
Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstəm.
Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. P.Makulu.

// Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq.
Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rəhimov.

4. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.
5. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq.
Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. M.İbrahimov.
Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı… M.Hüseyn.

◊ Qızarıb-bozarmaq – bax qızarmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOZARMAQ 1. BOZARMAQ, TUTQUNLAŞMAQ (hava haqqında) 2. bozarmaq bax solmaq
  • BOZARMAQ solmaq — ağarmaq
  • BOZARMAQ qabarmaq — acıqlanmaq — hiddətlənmək
  • BOZARMAQ çiskinləşmək — tutqunlaşmaq — hiddətlənmək

Antonimlər (əks mənalı sözlər)

  • BOZARMAQ BOZARMAQ – AÇILMAQ Payız fəsli olduğu üçün hava yaman bozarmışdı (A.Makulu); Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı (Çəmənzəmin

Etimologiya

  • BOZARMAQ Göyər, qızar tipli kəlmələrlə heç bir model yaxınlığı yoxdur, yəni boz sifətindən boz –ar –maq feili əmələ gəlməyib
BOZARMA
BOZARMIŞ

Digər lüğətlərdə

вы́клинить гиперреали́ст каламбу́рчик лакри́чный неве́стка обса́сывать пообогре́ться самовнуше́ние видеодискоте́ка кре́мний подавля́ться сче́сть чёрт дери́ куржавина Algiers apparat fumous hieroglyphic Lois tide-water tile-kiln vapidly рисование сиккатив сушка