1. Şiş tərəfi ilə bir yerə sancılmaq, girmək, soxulmaq (ucu iti şeylər haqqında). Ayağıma mıx batdı. Barmağıma iynə batdı. – Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. ( Ata. sözü ).
// məc. Batan kimi, girən kimi hiss olunmaq; sancmaq. Gözümə elə bil bir şey batır. Qulağıma sanki bir şey batıb.
2. Suyun dibinə dalmaq, cummaq, düşmək. Suya batıb çıxmaq. Dalğıc suya batıb gözdən itdi. Ağac sudan yüngül olduğu üçün batmır. Vedrə suyun dibinə batdı.
// Qərq olmaq, suda boğulmaq. Barkas tufana düşdü və dərhal batdı. Balıqçıların hamısını qurtardılar, amma balıqları batdı.
// Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə girib çıxmamaq.
// məc. dan. Bir şeyin həddindən artıq çoxluğunu göstərir. İşin içində batmaq. Kağızların içində batmışam, çıxa bilmirəm. Borca batmaq.
3. Örtülmək, bir şeyin altında, yaxud arasında qalıb görünməmək, görünməz hala gəlmək, itmək. Taxıl o qədər hündürdür ki, adam arasında batır. Xırda daxmalar meşənin içində batıb gedir.
4. Qürub etmək, gözdən itmək. Gün batdı.
5. Məhv olmaq, zay olmaq, puç olmaq, heçə çıxmaq, hədər getmək, yox olmaq. Bütün qoyduğum əmək batdı. Bütün günüm batdı. Onun bütün pulları batdı.
// Əldən çıxmaq, itmək.
// İflas etmək, müflis olmaq, heç bir şeyi qalmamaq.
// məc. Ölmək, qırılmaq, tələf olmaq, məhv olmaq. Bütün mal-qara batdı.
6. Yox olmaq, yerlə bir olmaq, məhv olmaq. Zəlzələdən bütün şəhər batdı.
7. Çökmək, çuxura düşmək. Ordları batmaq. Gözləri batmaq.
8. Əsəri, izi, nişanəsi qalmamaq, yox olub getmək. Adı batmaq. İzi batmaq.
9. Bulaşmaq, bulanmaq. Palçığa batmaq. Kağız mürəkkəbə batıbdır.
// Başdan-başa örtülmək, basmaq.
10. Tutulmaq. Səsi batmaq. Qulağı batmaq.
11. məc. dan. Qalib gəlmək, üstün gəlmək, gücü çatmaq.
□ Bata bilməmək – qalib (üstün) gələ bilməmək, gücü çatmamaq.
12. məc. Təsir etmək. Bu uşaqlara heç bir söz batmır.
13. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: ağlına batmaq, beyninə batmaq, günaha batmaq.
◊ Batıb çıxmaq – gah görünmək, gah yox olmaq.
Batıb qalmaq məc. – çıxa bilməmək, tamamilə ilişib qalmaq, çıxılmaz vəziyyətə düşmək.