Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donex
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Myortvı Dones
Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir. == Axınını == Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir.
Donepezil
Donepezil — Alsheymer xəstəliyinin müalicəsində istifadə olunan asetilxolinesterazanın mərkəzi təsirli inhibitorudur. Onun Levi cisimcikli demensiya və damar demensiyasında effektivliyi yoxlanılır. = Farmakodinamikası = Donepezil-hidroxlorid asetilxolinesterazanın spesifik və dönər inhibitorudur, beyində üstünlük təşkil edən xolinesterazadır. Donepezil-hidroxlorid əsasən mərkəzi sinir sistemindən kənarda mövcud olan butilxolinesterazaya nisbətən bu enzimin 1000 dəfədən çox güclü inhibitorudur. Bu təsir nəticəsində donepezil Altsheymer xəstəliyində xolinergik sinir ötürməsinin pozğunluğu nəticəsində baş verən koqnitiv funksiyalarda və simptomlarda faydalı ola bilər. Gündə 1 dəfə 5 mq və 10 mq donepezil-hidroxlorid qəbul edildikdən sonra asetilxolinesteraza aktivliyinin müvafiq olaraq 63,6%-i və 77,3%-i inhibə edilmişdir (eritrosit membran üzərində ölçülmüşdür). Qırmızı qan cisimciklərində Asetilxolinesterazanın (AXE) donepezil-hidroxlorid tərəfindən inhibə edilməsi Altsheymer xəstəliyinin qiymət şkalasında, selektiv koqnitiv (dərketmə) funksiyaların həssaslıq ölçüsü olan şkalada dəyişikliyə uyğun olduğunu göstərir. = Farmakokinetikası = Absorbsiyası: Donepezil yaxşı absorbsiya olunur. Maksimal plazma konsentrasiyası oral qəbuldan sonra təqribən 3-4 saat ərzində yaranmşdır. Plazma konsentrasiyası və əyri altındakı sahə doza ilə düz mütənasib olaraq artır.
Donetsk
Donetsk (Rusiya) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir. Donetsk (Ukrayna) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi, Donetsk vilayətinin inzibati mərkəzi. Donetsk vilayəti — Ukraynanın şərqində yerləşən ərazi vahidi (vilayət). Donetsk milli universiteti (ukr. Донецький національний університет (ДонНУ)) — Donetsk şəhərində yerləşən ali təhsil müəssisəsi.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Donetsk (Ukrayna)
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Donetsk Hava Limanı
Sergey Prokofyev adına Donetsk Hava Limanı (ukr. Міжнародний аеропорт «Донецьк» імені Сергія Прокоф’єва; (IATA: DOK, ICAO: UKCC)) — Ukrayna ərazisində fəaliyyətsiz olan hava limanı (2014-cü ildən Donetsk Xalq Respublikasının nəzarətindədir). 26 may 2014-cü il tarixində hava limanının işi Ukrayna Dövlət Aviasiya Xidməti tərəfindən dayandırılır. 2014-cü ilin iyunundan - 2015-ci ilin yanvarına qədər hərbi əməliyyatlar zamanı hava limanı tamamilə məhv edilir, təyyarələrə xidmət üçün yararsız hala gəlir. == Tarixi == Hava limanı Stalino Şəhər Şurasının 27 iyul 1931-ci il tarixli qərarından irəli gəlir. Şəhər şurası torpaq şöbəsinə və şəhər təsərrüfat idarəsinə Stalino şəhərində mülki aviasiya aerodromunun tikintisi üçün ərazi tapmağı tapşırmışdır (Donetsk adı 1924-1961-ci illərdə Stalino olmuşdur.). 1933-cü ildə Stalino hava limanının əsası qoyulur. Elə həmin il Stalino-Starobelsk marşrutu üzrə ilk Aeroflot uçuşu təşkil edilir. 1936-cı ilin yazında hava limanında U-2 yüngül təyyarələrdən ibarət bir dəstə təşkil edilir. Bu təyyarələr tarlalarda hava kimyəvi dərmanlama işləri, sanitar daşıma, az miqdarda sərnişin və yük-poçt daşımaları həyata keçirir.
Donetsk Milli Universiteti
Vasili Stus adına Donetsk Milli Universiteti (ukr. Донецький національний університет імені Василя Стуса) — Ukraynanın ali təhsil müəssisəsidir. Universitet 1937-ci ildə yaradılmışdır və yaradılma zamanı Stalin pedaqoji institutu adını daşıyırdı. 1965-ci ildə yeni Donetsk Dövlət Universiteti adını alır, hansını ki, 2000-ci ilə qədər daşımışdır. 2000-ci ilin 11 sentyabrında universitet milli statusunu almışdır. Donetsk Milli Universitetinin strukturuna 12 fakültə, Donetsk humanitar institutu, 3 texnikum, lisey, mütəxəssislərin hazırlanmasının və yenidən hazırlanmasının 6 regional mərkəzi, 3 tədris-istehsal kompleksi daxildir. == Fakültələr və ixtisaslar == 1.Biologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Biologiya Biofizika Botanika Zoologiya İnsanın və heyvanların fiziologiyası Bitkilərin fiziologiyası Ekologiya və ətraf mühitin qorunması2.Tarix fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Tarix Beynəlxalq münasibətlər Politologiya3.Riyaziyyat və informasiya texnologiyaları fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Riyaziyyat Statistika İnformatika Tətbiqi riyaziyyat4.Beynəlxalq fakultə 5.Maliyyə-hesabat fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: İqtisadi nəzəriyyə Tətbiqi statistika Maliyyə Bank işi Hesab və audit6.Fiziki-texniki fakültə tələbələrin aşağıdakı ixtisaslar üzrə tələbələrin hazırlığını həyata keçirir: Nanofizika Ümumi fizika və fizikanın didaktiyi Taraz olmayan proseslərin fizikası Radiofizika və elektronika Metrologiya və ölçü texnikası Ekoloji-iqtisadi kompüter monitorinqi Qərarların qəbul olunmasının intellektual sistemləri İnformasiya və rabitə sistemlərinin təhlükəsizliyi7.Filologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Mədəniyyətşünaslıq Psixologiya Jurnalistika Ukrayna dili və ədəbiyyatı Rus dili və ədəbiyyatı Tətbiqi linqvistika8.Xarici dillər fakültəsi tələbələrin aşağıdakı ixtisaslar hazırlığını həyata keçirir: İngilis dili və ədəbiyyatı Fransız dili və ədəbiyyatı Alman dili və ədəbiyyatı Tərcümə9.Yanaşı və əlavə peşələr fakültəsi 10.Kimya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Kimya Biokimya Analitik kimya Fiziki kimya11.İqtisadiyyat və hüquq fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Hüquqşünaslıq İqtisadi kibernetika Sənədləşmə və informasiya fəaliyyəti12.İqtisadi fakültə tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Beynəlxalq iqtisadiyyat Müəssisənin iqtisadiyyatı Təşkilatların idarəedilməsi Marketinq Personalı idarə etmə və əməyin iqtisadiyyatı Tətbiqi iqtisadiyyat Biznes-inzibatçılıq etmə == Məzunları == Donetsk Milli Universitetinin məşhur məzunu Rinat Əhmədovdur. O, məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən zəngin insanı, "Şaxtyor" futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır.
Donetsk Mədəniyyət və İstirahət parkı
Lenin Komsomolu adına Donetsk Mədəniyyət və İstirahət parkı (ukr. Парк культури і відпочинку ім. Ленінського комсомолу) — Ukraynanın Donetsk vilayətinin eyniadlı şəhərində yerləşən park. Parkın tikilməsi ilə bağlı qərar 1952-ci ildə qəbul edilmişdir. Bunun səbəbi Şerbakov adına Mədəniyyət və İstirahət Mərkəzinin şəhərin ehtiyaclarını müstəqil şəkildə yerinə yetirə bilməməsi idi. Layihədə park ərazisinin 180 hektar olması planlaşdırılmışdı. Layihəyə Məşhur İnsanlar Xiyabanı, bir hovuz və 3,500 nəfərlik bir yaşıl teatrı daxil idi.1955-ci ilin oktyabr ayında Stalin Rayon Sovetinin icra komitəsi "1955–1964-cü illərdə Stalin rayonunun şəhər və işçi yaşayış məntəqələrində yaşıl zonalarının yaradılması və inkişafı üzrə on illik plan haqqında" qərar qəbul etdi. 1956-cı ildə park rəsmi olaraq qurulmuşdur. Ərazinin bir hissəsi başqa layihələr üçün qorunduğundan orijinal plana dəyişikliklər edildi. Park 18 iyun 1956-cı il tarixi yazıçının vəfatının 20-ci ildönümü olduğundan Maksim Qorkinin adını alır.
Donetsk Xalq Respublikası
Donetsk Xalq Respublikası (rus. Донецкая народная республика, ukr. Донецька народна республіка, qısaca DXR) — 2014-cü ilin aprelində Donetsk vilayətinin daxilində, Ukraynada "Avromeydan" nəticəsində hökm sürən hakimiyyət əleyhdarlarıyla elan edilmiş separatist, tanınmayan dövlət.Bu addımın səbəbləri: [neytrallıq?] Regionun əhalisi ilə konstruktiv dialoq aparmağa Kiyev rəhbərliyinin rədd cavabı; Əhalinin maraqları və tələbatları nəzərə alınmaması; Yerli əhalinin Kiyev hökumətinin legitimliyini tanımaması. Rusiyanın böyük ölçülü təsiri.Bir sıra mənbələrin fikrincə, 2014-cü ilin iyun ayının əvvəlinə Donetsk vilayətinin ərazisinin üçdə biri Donetsk Xalq Respublikası nəzarəti altındadır.
Donetsk silsiləsi
Donetsk silsiləsi — Şərqi Avropa düzənliyinin cənubunda yerləşən bir yüksəklik. Ukrayna və Rusiya sərhədində yerləşir. "Donetsk silsiləsi" adı ilk dəfə 1827-ci ildə geologiyası tədqiqatçısı E. P. Kovalevskinin nəşrində istifadə olunur. Silsilənin ümumi sahəsi 23 min km², uzunluğu təqribən 370 km, eni 160 km-dir. Orta hündürlüyü 200 metrdən 300 metrə qədərdir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 366 metr yüksək olan Meçetnaya Maqila (Petrovskoye, Luqansk vilayəti) dağıdır. == Formalaşma tarixi == Donetsk silsiləsi 1.5 milyard il əvvəl Pola vulkanının təsiri altında meydana gəlmişdir. Nəticədə yerin altından nəhəng təpələr qalxmış lakin sonra vulkan səthə çıxmağa güc tapmadı, çöllər arasında yalnız bir təpəliklər meydana gəldi. Şərq-cənub-şərqdən qərb-şimal-qərb istiqamətində 370 km, eni 160 km məsafədə uzanır. Eni 160 km çatır. Qərbdə eni 120 km-dir.
Donetsk tarix-diyarşünaslıq muzeyi
Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir. == Tarixi və təsviri == Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibəti ilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır. Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. «Hərbi şöhrət zalında» əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. «Kosmanavtika» zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır.
Donetsk vilayəti
Donetsk Vilayəti (ukr. Донецька область, Donec’ka oblast), Ukraynanın şərqində yerləşən ərazi vahidi (vilayət). SSRİ dövründə 1938-ci ildə Stalino adıyla tanınan ərazi vahidinin sahəsi 26,517 km²-dir.
Donetskdə təyyarə qəzası (17 iyul 2014)
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Hedera donerailensis
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Kristionas Donelaytis
Kristionas Donelaytis (lit. Kristijonas Donelaitis, lat. Christian Donalitius; 1 yanvar, 1714, Lazdinelen, Prussiya krallığı – 18 fevral, 1780, Tolmingen, Prussiya krallığı) — Prussiya-Litva realist şairi. == Həyatı == 1 yanvar, 1714-cü ildə Lazdinelen kəndindən bir qədər aralıda yerləşən Qumbinnen (hazırda Qusev) adlı yerdə anadan olub. Bu ərazi hal-hazırda Kalininqrad vilayətinin Qusev rayonunda kənddir. Təqribən 1731-ci ildə Köninqsberqdə kafedral kilsə nəzdindəki 5 illik latın məktəbinə qəbul olmuş və 1736-cı ildə bu məktəbi bitirib Köninqsberq Universitetinə qəbul olmuşdur. Bu universitetdə teologiya üzrə təhsil almışdır. İ.Kant, F.Şults kimi müəllimlərin rəhbərlik etdiyi Litva dili seminarlarında iştirak etmişdir. Universiteti başa vurduqdan sonra Ştalupennen (hazırda Nesterov; 1740-1742) adlı yerdə kantor (musiqi müəllimi və kilsə xorunun rəhbəri), daha sonra rektor (məktəbin direktoru) kimi xidmət etmişdir. 1743-cü ildən ölümünə qədər Ştalupennendən bir qədər aralıda yerləşən Tolkminken kəndindəki lüteran kilsəsində pastor kimi fəaliyyət göstərmişdir.
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
Qlubokaya çayı (Şimali Dones)
Qlubokaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Qlubokaya çayı Şimali Dones çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Qlubokaya çayının uzunluğu 123 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 1400 km²-dir. Çir çayının mənsəbinə 197 km qalmış ona tökülür. Kamensk-Şaxtinskinin əks tərəfindın Şimali Dones çayına tökülür. Burada nərəkimilər, karp, som və digər balıqlara rast gəlmık mümkündür. Burada həvəskar balıqçılıq inkişaf etmişdir. Çay əsasən yağış, qar və yer altı sularla qidalanır.
Qrabove (Donetsk vilayəti)
Qrabove (ukr. Грабове) — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır. == Coğrafiyası == Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır. == Əhalisi == 2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255. == Tarixi == Kənd haqqında ilk məlumat XV əsrə addir.
Şaxtyor Donetsk FK
Şaxtyor (Donetsk) — Ukraynanın futbol klubu FK Şahtar Donetsk (Ukrayna: Шахтар Донецьк) Ukraynanın son illərdə böyük uğurlar qazanmış futbol klubudur. Matçlarını Donetskdəki 52,667 nəfərlik Donbas Arenada oynayan komandanın rəngləri narıncı-qaradır. Komandanın baş məşqçisi vaxtilə Türkiyədə "Qalatasaray" və "Beşiktaş" kimi klublarda işləmiş Mirça Luçeskudur. Mirça Luçesku Şaxtyorda işlədiyi bu son 6 mövsümlük müddətdə həm öz baş məşqçilik karierində, həm də Şaxtyorun mazisini ən müvəffəqiyyətli dövrləri yaşamış və yaşatmışdır. 20 May 2009 tarixində İstanbulda, Fənərbaxça Şükrü Saracoğlu Stadionunda oynanan UEFA Kuboku final matçında Werder Bremeni 2-1 məğlub edərək tarixində ilk dəfə UEFA Kubokunu muzeyinə aparmışdır. Bu eyni zamanda son UEFA Kubokunun. Kubokun yeni adı UEFAin etdiyi yeni formatla UEFA Avropa Liqası olmuşdur. Klubun futbol şöbəsindən başqa bir idman budağı şöbəsi yoxdur.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dyone
Dyone (fr. Dionay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38145. Kommunanın 2012-ci il üçün əhalisi 119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 392 ilə 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
Don rabitəçilərinin abidəsi (Rostov-na-Donu)
Don rabitəçilərinin abidəsi — bürüncdən ibarət olan abidə Rostov-na-Donu şəhərində Nikolay Ostrovski adına parkda yerləşən manumental abidə. Abidənin təntənəli açılış mərasimi, 9 sentyabr 2016-cı ildə gercəkləşmişdir. Abidənin heykəltaraşı Valentin Kostev olmuşdur. Abidənin açılış mərasimi şəhər günü ilə eyni zamanda gercəkləşdirilmişdir. Üstəlik həmin gün mülki rabitəçilərin 115 illik yubileyi idi. == Tarixi == 2016-cı ilin aprelində Rostov-na-Donu şəhərində xalq səsverməsi keçirilir. Burada maketlər arasında Don rabitəçiləri abidəsinin ən yaxşı variantını seçmək lazım gəlirdi. Belə ki, bu seçilmiş variant əsasında Don rabitəçiləri abidəsi hazırlanmalı idi. Səsvermədə seçicilərin 40 % Cənub Federal Dairəsinin Radiostansiya mərkəzi işçilərinin hazırladığı maket qəbul edilir. Heykəltəraş olaraq Valentin Kostaev seçilir.
Alfons Dode
Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu. == Həyatı == Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb. Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və... Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi.
Doge (mem)
Doge — Internet memidir. 2013-ci ildə məşhurlaşmışdır. Mem tipik olaraq ön planda Comic Sans şriftində çox rəngli mətn ilə müşayiət olunan bir Shiba Inu köpəyinin şəklindən ibarətdir. Bir növ daxili monoloqu təmsil edən mətn qəsdən qırıq ingilis dilində yazılmışdır. Mem 2010-cu ildə yaranmışdır və 2013-cü ildə populyar olmuşdur.
Dong Hoi
Donqhoy (vyet. Đồng Hới) — Vyetnamda şəhər, Kuanqbin vilayətinin paytaxtı. Hanoydan 480 km cənubda yerləşir. Əhalisi 108,045 min nəfər (2009), sahəsi 154,55 km2-dir. Əhalisi 160,325 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == "Сайт администрации города Донгхой" (vyetnam). 2017-05-05 tarixində arxivləşdirilib.
Donq Yuan
Donq Yuan — Çinli rəssam. == Həyatı == Donq Yuan Çin mənzərəsinin böyük ustalarından biridir. Rəssam Çində anadan olub. Donq Yuan günlərində bu sahə Cənub-Şərqin bir hissəsi idi. Ustadın yaradıcılığının demək olar ki, bütün dövrü İmperator Li Cinq hakimiyyət dövründə oldu. Bəzi zamanlarda Çin rəsm əsərləri ilə məşğul idi. Bununla yanaşı 961-ci ildə Akademiya qurulduqdan sonra Donq Yuan bura üzv oldu. Donq Yuan ilk növbədə monoxrom mənzərələri ilə məlumdur, lakin o, təkcə monoxrom işləri deyil, eyni zamanda, Li Sisyunyadan gələn ənənə ilə də çəkmişdir. == Qalereya == == Ədəbiyyat == Го Жо-сюй. «Записки о живописи: что видел и слышал» — М., «Наука», 1978 Виноградова Н. А. «Китайская пейзажная живопись» — М.: «Изобразительное искусство», 1972 Various authors.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur.Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.
Ione cirrhata
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Ione fuscopurpurea
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Ione paleacea
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Kuadio Kone
Emmanuel "Manu" Kuadio Kone (d. 17 may 2001, Kolombes, Fransa) — Liqa 1 təmsilçilərindən olan "Tuluza" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Kone "Tuluza" akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2016-cı ildə Bulon-Billankur klubundan ayrıldıqdan sonra "Tuluza" klubuna transfer olmuşdur. 21 dekabr 2018-ci ildə Kone "Tuluza" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 24 may 2019-cu ildə "Dijon" klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Cimmi Durmaz ilə əvəz olunmuşdur. Liqa 1 görüşündə Tuluza rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Kone Fransada anadan olmuşdur. Hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == 11 fevral 1985-ci ildə anadan olub. == Karyerası == Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.
Qustav Dore
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar. == Erkən həyatı == Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi. Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır. 1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir.
Rayan Donk
Rayan Henk Donk (30 mart 1986[…], Amsterdam) — Hollandiyalı futbolçudur. Super Liqa qruplarından Qalatasarayda forma geyməkdədir. == Klub karyerası == === Hollandiya === Ryan Donk, 2005–06 mövsümündə RKC Waalwijk’də heyran qaldı və sona çatan müqavilə ilə daha yüksək səviyyəyə qalxmaq istədi. Əvvəlcə AZ ona yaxınlaşdı, ancaq digər klublar, Ajax, PSV və Barselona ona ciddi maraq göstərdi. Donk, Almaniyanın Hamburger SV klubuna satılan müdafiəçi Joris Mathijsen'in əvəzi olaraq, onun inkişafı üçün ən yaxşı olduğunu düşünür. Əvvəlcə AZ Donk-u RKC Waalwijk-ə borc vermək niyyətində idi, lakin oyunçu ilk komandaya girmək üçün klubda qalmaq niyyətində olduğunu bildirdi. O, start heyətində özünə yer tapdı və AZ-dəki çıxışlarından heyran oldu. === West Bromwich-a kirayə === 31 avqust 2008-ci ildə Donk West Bromwich Albion üçün bir il müddətinə kreditlə imzaladı. [1] 28 sentyabr 2008-ci ildə Midlsbro səfərdə 1–0 hesabı ilə qalib gəldi. [2] === Klub Brugge === 26 iyun 2009-cu ildə Donk, doğma yurdunda olan Hollandiyadan, Brugge-də oynamaq üçün Belçikaya köçdü.
İnsa-dong
İnsa-dong (kor: 인사동,çin: 仁寺洞) a Koreya Respublikası Seul şəhəri Jongno-guda yerləşən hüquqi inzibati ərazidir. İnzibati ərazi olan Jongno-dong ərazisinin aşağı hissəsində yerləşir və İnsa-dong kəsişməsindən Anguk-dong dairəvi yolundan başlayaraq Jongno 2-gadakı Tapgol Parkına qədər olan ərazini əhatə edir. Əsas küçə Coson sülaləsi dövründən formalaşmış uzunluğu 0,7 km və eni 12 m olan İnsadong-gildir. Hazırkı İnsadong-gil 2000-ci ildə memar Kim Jin Ae-nin layihəsi ilə yenidən qurulmuşdur. Seulun əsas şəhər yolları ilə əlaqəlidir, ,Çongyeçon və Gyonbokqunq Sarayı kimi böyük turistik məkanlara yaxındır. == Xülasə == İnsa-dong, Coson sülaləsi dövründən başlayaraq təxminən 600 ildir ki, Seulun əsas küçəsi sayılır. Yapon müstəmləkə dövründə əsasən yaponları əsas götürərək antik əşyaların ticarəti ilə məşğul olan bazar formalaşmış, 1970-ci ildən başlayaraq qalereya, yazı fırçaları satan mağaza və kağızçılar meydana çıxmağa başlamışdı. İnsa-dong əcnəbilər üçün məşhur alış-veriş mərkəzi olmaqla yanaşı, eyni zamanda Məryəm Xiyabanı (Mary's Alley) olaraq da tanınır. İnsa-dongda bir çox antik mağaza var. Qiymətlər 10.000 vondan milyonlarla vona qədər dəyişir.
İnsa - dong
İnsa-dong (kor: 인사동,çin: 仁寺洞) a Koreya Respublikası Seul şəhəri Jongno-guda yerləşən hüquqi inzibati ərazidir. İnzibati ərazi olan Jongno-dong ərazisinin aşağı hissəsində yerləşir və İnsa-dong kəsişməsindən Anguk-dong dairəvi yolundan başlayaraq Jongno 2-gadakı Tapgol Parkına qədər olan ərazini əhatə edir. Əsas küçə Coson sülaləsi dövründən formalaşmış uzunluğu 0,7 km və eni 12 m olan İnsadong-gildir. Hazırkı İnsadong-gil 2000-ci ildə memar Kim Jin Ae-nin layihəsi ilə yenidən qurulmuşdur. Seulun əsas şəhər yolları ilə əlaqəlidir, ,Çongyeçon və Gyonbokqunq Sarayı kimi böyük turistik məkanlara yaxındır. == Xülasə == İnsa-dong, Coson sülaləsi dövründən başlayaraq təxminən 600 ildir ki, Seulun əsas küçəsi sayılır. Yapon müstəmləkə dövründə əsasən yaponları əsas götürərək antik əşyaların ticarəti ilə məşğul olan bazar formalaşmış, 1970-ci ildən başlayaraq qalereya, yazı fırçaları satan mağaza və kağızçılar meydana çıxmağa başlamışdı. İnsa-dong əcnəbilər üçün məşhur alış-veriş mərkəzi olmaqla yanaşı, eyni zamanda Məryəm Xiyabanı (Mary's Alley) olaraq da tanınır. İnsa-dongda bir çox antik mağaza var. Qiymətlər 10.000 vondan milyonlarla vona qədər dəyişir.
Don (dəqiqləşdirmə)
Don — Dünyada işlədilən şəxs adı.Digər Don — paltar növü. Don — şaxta, soyuq hava Don - İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı.Çaylar Don — Rusiyada çay.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri çılpaq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. == Tarixi == === XI əsr === XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Dinə Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Döhnə (Çəvərzəq)
Döhnə (az.-əbcəd دؤهنه‎, fars. دهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 761 nəfər yaşayır (228 ailə).
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Döngə (Vərziqan)
Döngə (fars. دنگاه‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV-XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü.2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı. Həmin il Netflix-in elmi fantastika və dram janrında olan serialı Dark-da rol aldı.Şöne almaniyalı aktyor Karlo Lyubek ilə evlidir.