Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andrey Rublyov
Andrey Rublyov (rus. Андре́й Рублёв; təxm.1370 — 17.10.1428) — Moskva ikonaçəkmə məktəbinin, XV əsr kitab və monumental rəssamlığının ən məşhur və sayılıb-seçilən ustası. O, çəkdiyi pravoslav ikona və freskalarına görə məşhurluq qazanıb və Pravoslav kilsəsinin müqəddəsləri sırasına daxil edilib. == Həyatı == Andrey Rublyovun həyatı barədə dövrümüzədək çox az məlumat çatıb. Onun Moskva knyazlığında və ya Novqorodda doğulduğu güman edilir. == Xatirəsi == 1947-ci ildə Spaso-Andronikov monastırında Andrey Rublyov adına qoruq, 1985-ci ildə isə Qədim rus mədəniyyəti və incəsənəti mərkəzi muzeyi yaradılmışdır. Muzeyin əsas girişində Andrey Rublyovun heykəltaraş Oleq Komov tərəfindən hazırlanmış heykəli yerləşir. Merkuridəki kraterlərdən biri Andrey Rublyovun şərəfinə adlandırılmışdır. Andrey Tarkovskinin "Andrey Rublyov" filmi rəssamın həyatından bəhs edir. 1961-ci ildə rəssamın xatirəsinə həsr olunmuş SSRİ poçt markası buraxılmışdır.
Andrey Rublyov (tennisçi)
Andrey Andreyeviç Rublyov (20 oktyabr 1997-ci il, Rusiya, Moskva şəhərində anadan olmuşdur) — rusiyalı tennisçi; 21 yaşadək tennisçilər arasında ATP Finalının finalçısı (2017); beş ATP turnirinin qalibi (bunlardan dördü təkdir); bir yeniyetmə Grand Slam tək turnirinin qalibi (French Open 2014); cütlüklərdə yeniyetmələrin Böyük Dəbilqə turnirinin finalçısı (Uimbldon-2014); Orange Bowl cütlük turnirinin finalçısı (2013); 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı; gənclər sıralamasında dünyanın ilk birinci raketkası. == Ümumi məlumat == Andrey Rublyov idmançı ailəsində anadan olmuşdur. Atası, Andrey Rublyov, keçmiş peşəkar boksçudur. İdmandan ayrıldıqdan sonra o bizneslə məşğul olmuş və hazırda Moskvada bir restoran şəbəkəsinin sahibidir. Anası — Marina Maryenko, tennis məşqçisi, əvvəllər Anna Kournikova, Daria Gavrilova və İrina Xromacheva ilə birlikdə çalışmışdır. Kiçik Andreyi üç yaşında tennisə gətirən məhz anası olmuşdur. Bacısı Anna-Arina Marienko, tennis üzrə idman ustası və hazırda məşqçiliklə məşğuldur.Yeniyetmələr arasında ilk böyük uğurunu 2012-ci ilin dekabrında əldə etmişdir. Andrey Orange Bowl turnirinin finalında ev sahibi amerikalı Tommy Paulu məğlub etdi (16 yaşadək kateqoriyada) — 6:3, 6:4. 2013-cü ilin yayında isə idmançı 16 yaşadək Avropa çempionatında qızıl medal qazandı. 2015 mövsümündə Rublyov mütəmadi olaraq ATP seriyası turnirlərində meydana çıxmağa başladı.
Andrey Rublyov (film, 1966)
Andrey Rublyov (rus. Андрей Рублёв) — rejissor Andrey Tarkovskinin 1966-cı ildə çəkdiyi sovet tarixi-dram filmi. == Məzmunu == Film Moskva ikona çəkmə məktəbinin, XV əsr kitab və monumental rəssamlığının ən məşhur və sayılıb-seçilən ustası Andrey Rublyovun həyatından bəhs edir. == Rollarda == Anatoli Solonıtsin – Andrey Rublyov Nikolay Qrinko – Daniel Çornıy (Qara) Nikolay Sergeyev – Feofan Qrek Nikolay Burlyayev – Boriska İvan Lapikov – Kirill Yuri Nikulin – Patrikey Yuri Nazarov – I Vasili Rolan Bıkov – Skomorox İrma Rauş – Duroçka Mixail Kononov – Foma Nelli Snegina — Marfa Nikolay Qlazkov – Yefim Bolot Beyşenaliyev – Edigu İrina Miroşniçenko – Mariya Maqdalina == Ədəbiyyat == Bird, Robert. "Andrei Rublev". British Film Institute. 2004. ISBN 978-1-84457-038-6. Fraser, Peter. Images of the Passion: The Sacramental Mode in Film.