Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. = Şəraitlər = Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. = Növlər = Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Qurbanlı
Qurbanlı — soyad. Nurlan Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəxrəddin Qurbanlı — Aprel döyüşləri şəhidi. Musa Qurbanlı — azərbaycanlı futbolçu. Mübariz Qurbanlı — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı. Ruhidil Qurbanlı — Azərbaycanı təmsil edən gimnast. Ramilə Qurbanlı — Azərbaycanlı jurnalist-publisist. Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist. Elvin Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri əsgəri.DigərQurbanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Elvin Qurbanlı
Elvin Mehman oğlu Qurbanlı (19 dekabr 1999; Aşağı Quşçu Tovuz rayonu — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Qurbanlı 1999-cu il dekabrın 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2005-2016-cı illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Qurbanlı 2017-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qurbanlı oktyabrın 1-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.
Fəxrəddin Qurbanlı
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Aprel döyüşləri şəhidi, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. == Həyatı == Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərində anadan olub. Fəxrəddin Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurdu və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil oldu. Fəxrəddin Qurbanlı həmdə Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi. == Hərbi xidməti və şəhidliyi == Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Molla Qurbanlı
== Tarixi == Molla Qurbanlı soyu Seyidli oymağının nəsillərindən sayılır. Bu soy öz adını Molla Qurbanın (1768-1848) adından almışdır. Molla Qurbanın atası Mədət Seyidli oymağında yaşamışdır. Molla Qurban Seyidli oymağında Kərbəlayi Qurban adı ilə tanınmışdır. O, Xanımla ailə həyatı qurmuş, Məşədi İsmayıl, Məşədi Mikayıl, Hacı Cəbrail adlı övladları dünyaya gəlmişdir. Məşədi İsmayılın Əbdürrəhim, Əbdüləli adlı iki, Məşədi Mikayılın Məhəmməd, Möhsün, Məşədi Qasım adlı üç, Hacı Cəbrailin Mustafa adlı bir övladı olmuşdur. Molla Qurbanlı soyu hazırda Qurbanov soyadı ilə tanınır. Bu soydan görkəmli ziyalılar çıxmışdır. Tanınmış maarif xadimi, pedaqoq Surxay Qurbanov, onun oğlu hüquq elmləri doktoru, professor Habil Qurbanov və başqaları bu nəslin nümayəndələridir.Surxay İmamqulu oğlu Qurbanov ata tərəfdən Əbdüləlinin nəvəsi, Məşədi İsmayılın nəticəsi, Molla Qurbanın kötücəsidir. Əbdüləli Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Əbdüləli adı ilə tanınmışdır.
Musa Qurbanlı
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Yurqorden" klubunun hücumçusu. == Klub karyerası == Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. 2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur. O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib. 2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu. 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin Yurqorden klubu ilə 3 illik müqavilə imzalayıb. == Beynəlxalq karyerası == Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (21 iyul 2014-cü ildən). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Natiq Qurbanlı
Natiq Qurbanlı (27 may 1997; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Natiq Qurbanlı 1997-ci il mayın 25-də Sumqayıt şəhərində anadan olub. == Karyerası == Natiq Qurbanlı 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Oğlanların turnirində mübarizə aparan Natiq Qurbanlı isə turnirin yarım-final mərhələsində Belçika cüdoçusu Xorre Verstraeten ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Natiq Qurbanlı rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bayırcan Cauntayev oldu. Həmin görüşdə Natiq Qurbanlı rəqibinə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Nurlan Qurbanlı
Nurlan Süleyman oğlu Qurbanlı (27 sentyabr 2001; Xırdalan şəhəri, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən Xanlıq kənd 3 saylı tam orta məktəbdə təhsil almış, ardınca təhsilini Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirmişdir. Kollecdən “Gəmi mexanizmlərinin təmiri üzrə çilingər” ixtisası üzrə məzun olmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Nurlan Qurbanlı 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış və Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Qurbanlı oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qurbanlı (Germi)
Qurbanlı (fars. قربانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (13 ailə).
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. == Həyatı == Ruhidil Qurbanlı 2003-cü il mayın 28-də anadan olub. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) - şair, yazıçı və jurnalist == Həyatı == Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997-1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər.
Cəfərqulu xan Dünbili
Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu — Xoy xanı, Marağa bəylərbəyi, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilk şəxslərdən biri. == Atasının adı ilə bağlı mübahisələr == Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır. == Həyatı == Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi.
Hüseynqulu xan Dünbili
Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.
Kazım bəy Dünbili
Kazım bəy Əhməd xan oğlu Dünbili (?-?) — Xoy xanlığının sərkərdəsi, qalabəyi. == Həyatı == Kazım bəy Əhməd xan oğlu Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Kazım bəy atası Əhməd xan 1786-cı ildə öldürüləndən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O, İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Kazım bəy qardaşı Hüseynqulu xan Dünbilinin dövründə Xoy qalasının qalabəyisi olmuşdu. == Ailəsi == Kazım bəyin Əsədulla xan, Qasım xan, Əli xan adlı oğlanları vardı.
Kəlbəli xan Dünbili
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Mahmud xan Dünbili
Mahmud xan Məhəmməd bəy oğlu Dünbili (1772-?) — Xoyun hakimi, ədib. == Həyatı == Mahmud xan Məhəmməd bəy oğlu 1772-ci ildə Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. "Nigaristani-Dara" əsərində yazılır ki, o, elmdə, ədəbiyyatda bilikli və istedadlı şəxsiyyətlərdən olmuşdur. O, ilkin təhsil aldıqdan sonra fəlsəfə, tibb və tarix elmlərini öyrənmiş, şeir, ədəbiyyat və digər fənlərdə tay-tuşlarından üstün olmuşdur. "Təzkireyi-dilguşə" əsərində qeyd olunur ki, Mahmud xan ata-babası kimibir müddət Xoy və Səlmas şəhərlərinin hakimi olmuşdu. Sonra şah sarayında eşikağasıbaşı vəzifəsində qulluq etmişdi. Mirzə Məhəmmədəli xan Tərbiyyət onu Şahbaz xanın nəvəsi hesab edir.
Məhəmməd bəy Dünbili
Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan ədəbiyyatşünası, ədibi. == Həyatı == Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O,ədib, ədəbiyyatşünas idi. Qurana ərəb dilində geniş izahat yazmışdır" == Ailəsi == Məhəmməd bəyin Əli bəy adlı oğlu vardı.
Nəcəfqulu xan Dünbili
Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy, Qərbi Azərbaycan ostanı – 1784, Təbriz) — Təbriz hakimi. == Həyatı == Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi. Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonar ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı. Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib. == Ailəsi == Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
Xudadad xan Dünbili
Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi. == Həyatı == Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı. Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. == Həyatı == Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. == Hakimiyyəti == == Ailəsi == Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.