Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mixail Dyakonov
Mixail Mixailoviç Dyakonov (rus. Михаи́л Михайлович Дья́конов); 12 (25) iyun 1907 və ya 1907, Sankt-Peterburq – 8 iyun 1954 və ya 1954, Moskva) — Sovet şərqşünası, arxeoloqu. Tarix elmləri doktoru(1946), professor (1949), Tacikistan SSR əməkdar elm xadimi (1951), SSRİ Yazıçılar ittifaqının üzvü, İqor Dyakonovun qardaşı. == Həyatı == Mixail Mixailoviç Dyakonov 25 iyun 1907-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində anadan olmuşdu. Oslo Universitetində oxumuşdu (1924—1926).Sonra Sankt-Peterburq Dövlət Universitetinin dil və maddi mədəniyyət fakültəsini bitirmişdi (1930). Mixail Dyakonov 1953-cü ildə Tacik arxeoloji ekpedisiyasına rəhbərlik etmişdi. Mixail Dyakonov Gurganini, Nizamini və Firdovsini fars dilindən rus dilinə çevirmişdi. Mixail Dyakonov 8 iyun 1954-cü ildə SSRİnin paytaxtı Moskva şəhərində vəfat edib. == Əsas əsərləri == Фердоуси: Жизнь и творчество. М.; Л., 1940; У истоков древней культуры Таджикистана.
İqor Dyakonov
İqor Dyakonov (tam adı: İqor Mixayloviç Dyakonov, rus. И́горь Миха́йлович Дья́конов; 30 dekabr 1914 (12 yanvar 1915), Petroqrad – 2 may 1999, Sankt-Peterburq) — Rusiya və Sovet tarixçisi, şərqşünası və dilşünası. == Həyatı == == Yaradıcılığı == İ.M.Dyakonovun işlətdiyi terminlərlə eyni olan buradakı terminlərdə bəzi fərqlər vardır. Bunlar müxtəlif oxunuşdan, müxtəlif ədəbiyyatdan gələn fərqlərdir. Sag-giga sözü aydındır: sag - şumer dilində ‘baş’ deməkdir, giga sözü isə ‘qara’ sözünü mühafizə edir - hərfən ‘başı qara’ - qarabaşlar mə’nasındadır. Y. Yusifovun dediyi "kengir" sözünün izahına İ.M. Dyakonovda rast gəlirik. İ.M.Dyakonov göstərir ki, Şumer sözü mixi yazılarda Kİ.EN.Gİ işarəsi ilə yazılır. "Belə bir fikir yayılmışdır ki, bu sözü fonetik cəhətdən *Kegi(r) şəklində oxumaq lazımdır, çünki Şumer sözünün dialekt formasının prototipidir. Lakin k>ş dialekt keçidinə kifayət qədər inandırıcı dəlil yoxdur, ona görə də Kİ.EN.Gİ yazılış formasını Şumer oxunuşu ilə tərkibi ideoqram kimi düşünmək daha yaxşı olar". Buradan aydın olur ki, Kiengi (və başqa variantlardakı Kegir, Kengir) "Şumer" deməkdir.
Drakon
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Drakon qanunları
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Dyoqon
Dyoqon (lat. Dugong dugon) — su məməlisi olaraq, Dyoqonlar fəsiləsinə daxil olan növ. Bu canlı dəniz inəyinin ən yaxın qohumudur. Dyoqon sözü Malay dilində "Su pərisi" mənasını verir. == Xariçi görünüş == Ölçü baxımından sirenlərin ən kiçik nümayəndəsidir. Uzunluğu 2,5–4 metr olub, 600 kq təşkil . Maksimal uzunluğu 5,8 metr erkək Qırmızı dəniz sularında aşkarlanmışdır. Dişilər əsasən erkəklərdən kiçik olurlar. Quyruqları Lamantinlərdən fərqli olaraq, Balinakimilərdə olduğu kimidir. Ön ətrafları 35–45 sm uzunluğa malikdirlər.
Ayako
Ayako (kanci: 文子, 綾子, 絢子, 彩子, 順子, 礼子; hiraqana: あやこ; katakana: アヤコ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Ayaka Yamaşita — Yaponiya qadın futbolçusu. Ayako Kitamoto — keçmiş Yaponiya qadın futbolçusu. Ayako İnada — Yaponiyanı təmsil edən bədii gimnast.
Eykon
Eykon (16 aprel 1973, Sent-Luis, Missuri) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. == Sayı və yayılması == Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. == Dövlət == Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Yason
Yason (Yazo`n, İaso`n yun. Ἰάσων) — yunan mifologiyasında əfsanəvi qəhrəmandır. İliada və Odissey dastan poemasına görə Yason İolk çarı Eson və Polimedin oğlu, Kolidon ovunun iştirakçısı və "Arqo" gəmisində Kolxidə "qızıl qoyun dərisi" dalınca yola düşən arqonavtların başçısı olmuşdur. Bu tapşırığı ona atasının ögəy qardaşı Peliy onu məhv etmək üçün vermişdir. == Doğulması == Salmoneya çarının qızı Tiro atasının ölümündən sonra əmisə çar Krefeyin İolkdakı sarayına köçür. Qızcığaz böyüdükdən sonra cay tanrısı Enipeyaə vurulmuş olur. Bu məhəbbətinin qrşılığını görməyən Tiro hər gün çay sahilinə gələrək göz yaşları tökərmiş. Bir dəfə bu baş verərkən tanrı Poseydon qıza vurularaq, Enipeya cildinə girərək onun könlünü almış olur. Sonra Poseydon öz cildinə qayıdaraq qıza bu əlaqəni sirr olaraq saxlamağı tapşırır. Poseydondan ekiz uşağa qalan Tiro sarayı tərk edərək çay qırağında ekizləri dünyaya gətirərək, onları bir zənbilə qoyub çayla axıdır.
Yukon
Yukon — Kanadada ərazi. Mərkəzi Vaythors şəhəridir.
Ayalon mağarası
Ayalon (ivr. ‏מערת איילון‏‎) — İsrailin Ramla (Tel-Əviv və Yerusəlim arasında) şəhəri yaxınlığında mağara. Mağaranın uzunluğu 2700 metrdir. Bu göstəriciyə görə Ayalon ölkənin ikinci ən böyük karst mağarası hesab olunur. Mağara öz adını Ayalon çayı vadisindən götürmüş. Ayalon sözü isə ilk dəfə olaraq Əhdi-Ətiq kitabında xatırlanmış. Mağara 24 aprel 2006-cı ildə sement zavaoduna məxsus karxanada iş aparılan zaman aşkarlanmış. Mağaranın unikal faunasını (6 endemik buğumayaqlıların növü) qorumaq məqsədi ilə ictimayi girişə qadağa qoyulmuşdur. == Yerləşməsi və kəşfi == Mağara Ramla şəhərinin cənub-şərqində, Aralıq dənizinin 21 km-də yerləşir. Ölkənin mərkəzi hissəsində yerləşən Ayalonun kordinatlar belədir: 31° 54′ 37″ şimal enliyi, 34° 55′ 39″ şərq uzunluğ.
Ayalon çayı
Ayalon çayı — İsraildə yerləşən çaydır. Çay şimaldan cənuba axır, yayda isə quruyur. Bu səbəbdən hal-hazırda Ayalon çayı çox dayazlaşmışdır. XX əsrin başlanğıcında çay yazda alman koloniyasının sərhədlərinə çataraq templer qəsəbələrinə keçirdi. Yəni, Menaxem Beqin prospektini bugünkü zamanda doldururdu. İndi templerlərin yerində Kirya adlı erməni bazası yerləşir. == Coğrafiyası == Çayın ümumi uzunluğu — 50 kilometr, hövzəsinin sahəsi isə 815 km²-dir. Çay öz mənbəyini Yəhudi dağlarının qərb yamacından götürür. Çay Şoreş və Neve-İlan moşavları ilə axır. Loda ətrafından və Ayalon vadisindən axıb keçir.
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. == Xarici keçidlər == Dragon Ball — Internet Movie Database saytında.
G-Dragon
Kvon Ci Yon (təxəllüsü: G-Dragon; kor. 권지용; 18 avqust 1988, Seul) — Koreya müğənnisi, repçisi, bəstəkarı, söz yazıçısı, musiqi prodüseri, modeli, BIGBANG qrupunun lideri. Ləqəbi K-Pop kralıdır. G-Dragon, 2006 -cı ildə, dünyanın ən məşhur qruplarından biri olan hip hop qrupu The Big Bang-in lideri olaraq cənubi Koreya əyləncə şirkəti YG Entertainment-da 6 il işlədi. İlk solo albomu Heartbreaker ve 2009'da satışa çıxan eyni adı ilə satışlar yaxşı getdi; həmin ərəfədə Koreyalı bir solist tərəfındən ən çox satılan album oldu və o "2009 Mnet Asiya Musiqi Mükafatları"nda İlin Albomunu qazandı. G-Dragon, 2010-cu ildə GD & TOP albomunu satışa vermək üçün Big Bang qrupundan dostu TOP ilə birlikdə işlədi. İlk EP One of the Kind (2012) çox bəyənildi və üç single qazandı: "One of a Kind", "Crayon", "This XX". EP, 2013 Seoul Music Awards-da İlın Rekordu'nu Qazandı. 2013 -cü ildə, dünya səviyyəsində ilk turuna solist olaraq başladı . G-Dragon, ikinci albomu Coup d'Etat'ın (2013) müvəffəqiyyəti ilə 2013 Mnet Asian Music Awards-da İlin Sənətkarı mükafatını qazandı.
VII Haakon
VII Hokon (dan. Christian Frederik Carl Georg Valdemar Axel; 1872, Şarlottenlund, Danimarka — 1957, Oslo, Norveç) — Norveç kralı (1905-1957). Danimarka kralı VIII Frederikin ikinci oğlu. == Həyatı == === Evliliyi və ailəsi === Haakon'un babaları 1400-cü illərdən bəri Danimarka'nı idarə edirdi. Onun babaları həm də Danimarka-Norveç dövləti dövründə Norveçi idarə edirdi. 1896-cı ildə Haakon Böyük Britaniya kralı VII Eduardın qızı Maud Vindzorla evləndi və ondan tək oğlu Aleksandr doğuldu. === Kral olması === İsveç ilə Norveçin ayrılmasından sonra Norveç Stortingi tərəfindən kral seçildi. 12 Noyabr 1905-ci ildə referendum nəticəsinə görə %79 kimi bir nəticə ilə monarxistlər qalib çıxdı və Danimarka Kralı VIII Frederikin oğlu Karl, VII Haakon adı ilə Norveç kralı elan edildi. === Hakimiyyəti === Hakimiyyətə gələndən sonra xalq tərəfindən çox sevildi. Norveçin bütün bölgələrini gəzdi.
Yarkon parkı
Yarkon parkı (ivr. ‏פארק הירקון‏‎; Park HaYarkon) – İsrailin Təl-Əviv şəhərində yerləşən park. Parkı illik 16 milyon nəfər ziyarət edir. Adını içindən axan eyniadlı çaydan götürən parkda çəmənliklər, idman qurğuları, botanika bağları, quş damları, su parkı, iki açıq konsert salonu, göllər yerləşir. == Tarix == Parkın salınması planları 1969-cu ildə başlamışdır. 1973-cü ildə açılanda 1969-1974-cü illərdə Təl-Əviv şəhərinin meri olmuş İeşua Rabinoviçin şərəfinə İeşua bağı adlandırılmışdır. == Görməli yerləri == Parkda 6 bağ yerləşir: Gan HaBanim (Düşmüş Əsgərlər Memorial Bağı), Gan Nifga'ei HaTeror (Terror Qurbanları Memorial Bağı), Gan HaSlaim (Qaya bağı), Gan HaKaktusim (Kaktus bağı), Gan HaGazum (Budanmış bağ) və Gan HaTropi (Tropik bağ). Dünyada öz növünün ən böyüklərindən biri olan Qaya bağı İsrailin geoloji müxtəlifliyini əks etdirir. 10 ar sahəyə malik bu bağda 3.500-dən çox bitki növü var (8 arında isə kaktuslar). 5 arlıq Tropik bağda palma ağacları ilə kölgələnən və kiçik gölə aparan taxta yol yerləşir.
Sergey Dyaçkov
Sergey Dyaçkov (28 mart 1982, Bakı) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Sergey Dyaçkov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 58.26 saniyə nəticə göstərdi və 67-ci pillənin sahibi olub.
Akon
Eykon (16 aprel 1973, Sent-Luis, Missuri) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Ayako Kitamoto
Ayako Kitamoto (d. 22 iyun 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Ayako İnada
Con Dikon
Con Riçard Dikon (19 avqust 1951, Lester) — Rok qrupu Queenin üzvü. Con Dikon dərsləri ilə maraqlanmasına baxmayaraq musiqini də çox sevirdi. On dörd yaşında ilk qrupu olan Opposition'da iştirak etmişdir. 1971-ci ilin fevralında Freddi Merkyuri, Brayan Mey və Rocer Teylor ilə birlikdə Queen qrupunu qurmuşdur.
Daron Əcəmoğlu
Daron Əcəmoğlu (3 sentyabr 1967, İstanbul) — erməni əsilli türk alimi, professor. 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb. 1992–1993-cü illərdə bu məktəbdə dərs deyib. Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır. O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb. İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir.
Drako Malfoy
Drako Malfoy (5 iyun 1980) — Harri Potter romanlar seriyasının personajlarından biri. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Drako Malfoy ilk dəfə Madam Malkinin Çəpəki küçədəki paltar dükanında Harri ilə rastlaşarkən oxuculara görünür. İlk görüşdə Malfoy qarşılaşdığı uşağın Harri Potter olduğunu bilmədiyinə görə ona laqeyd yanaşır. Malfoy təmiz qanlı sehrbaz nəslindən olduğuna görə fəxr edir, mələz qanlıları qınayır, maql ailəsində doğulanların isə ümumiyyətlə Hoqvartsda təhsil almaq hüququnun olmadığını deyir. Malfoy növbəti dəfə Harri ilə Hoqvarts Ekspress qatarında görüşür. Malfoy Ron Uizlinin ailəsinə qarşı xoş olmayan ifadələr işlətdikdən sonra Harri onun dostluq təklifini rədd edir və burdan da onlar arasında mənfi münasibətin əsası qoyulur. Roulinq qeyd edir ki, əslində Malfoy Harri ilə dost olmaq istəyir, çünki, "Harri məşhur idi və belə bir məşhurun dostu olmaq məktəbdə onun üçün əlavə nüfuz ola bilərdi." Lakin, Harri Drako ilə dostluq eləmək istəmir, çünki, o, "Harrinin çox sevdiyi Haqrid və Ron haqqında yaxşı fikirdə deyil". Seçici şlyapa uşaqları bölərkən, Drako Malfoy dekanı İksir dərsini tədris edən Severus Sneyp olan Slizerin fakultəsinə təyin olunur. Drako Harrini məktəbdən qovdurmaq üçün gecə duelinə çağırır, özü isə gizlincə məktəbin nəzarətçisi Fliçə Harrinin gecələr məktəbdə gəzdiyini xəbər verir, lakin, Harri gizlənərək ehtiyatlı şəkildə məsələni həll edə bilir. === Harri Potter və Sirlər Otağı === "Harri Potter və Sirlər Otağı" romanında atası Lusius Malfoyun Slizerin Qviddiç komandasının bütün üzvlərinə ən son model "Nimbus 2001" uçan süpürgəsi hədiyyə etməsindən sonra Drako Malfoy Slizerin komandasının yeni tutucusu təyin edilir.
I Yakov
I Ceyms (ing. I James of England) (d. 19 iyun 1566 – ö. 27 mart 1625) — Şotlandiya, İngiltərə və İrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi. I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi.
Dyakоvо
Dyakоvо (xorv. Đakovo) — Xorvatiyanın Slavoniya bölgəsindəki bir şəhərdir. Şəhər Оsiеçkо-Bаrаnskаya bölgəsində yerləşir. Şəhərin dənizdən yüksəkliyi 111 m, Osiyekə qədər məsafə isə 37 km-dir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 27,745 nəfərdir.