Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Esseksit
Esseksit həmçinin nefelin monzogabbro da adlandırılır, tutqun boz və ya qara holokristallik maqmatik süxur. Adı ABŞ-nin Massaçusets ştatındakı Esseks kəndindən götürülmüşdür. Streckeisenin (1974) QAPF diaqramına əsasən esseksit nefelinin bolluğundan və ortokolazın plagioklaza nisbətindən asılı olaraq nefelin monzodiorit və ya nefelin monzogabbro kimi bilinir. == Mineralogiyası == Əsasi, yaxud orta sıralı plaqioklazlar, bir qədər ortoklaz, bənövşəyi (titanlı) və ya yaşılı klinopiroksen (bəzən hər ikisi), qırmızımtıl qonür biotit və barkevigit horn­­­blendi, az miqdarda nefelin, kankrinit, sodalit, törəmə analsim, bəzən olivindən təşkil olunmuşdur.