ƏSKİKLİK

is.
1. Çatışmazlıq, azlıq, natamamlıq, naqislik.
□ Əskikliyə düşmək – ehtiyaca düşmək, yoxsullaşmaq.
2. Eyib, nöqsan, qüsur; çatışmayan cəhət. Onun heç bir cəhətdən əskikliyi yoxdur.
[Əkbər] özündə bir əskiklik duyurdu. Mir Cəlal.

□ Əskiklik gətirmək – alçaltmaq, eyib olmaq, hörmətdən salmaq. Belə hərəkətlər insana əskiklik gətirər.
// Alçaqlıq, rəzalət, həqarət.
…Birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan, babadan danışmağı dost tutmaz. C.Məmmədquluzadə.

3. Yoxluq, olmama. Onun əskikliyi indi hiss edilməkdədir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSKİKLİK əskiklik bax nöqsan I
  • ƏSKİKLİK azlıq — naqislik
  • ƏSKİKLİK eyib — nöqsan — qüsur

Antonimlər (əks mənalı sözlər)

  • ƏSKİKLİK ƏSKİKLİK – ARTIQLIQ Özündə bir əskiklik duyurdu (Mir Cəlal); Hər zaman özündəki artıqlığı başqalarına çatdırmağa can atırdı (“Azərbaycan”)
ƏSKİK-GƏRƏK
ƏSKİLDİLMƏ

Digər lüğətlərdə

всхо́дня кинове́дение литгру́ппа мазохи́ст ме́шкотный надстро́ечный офсе́тный паллиати́в припыли́ть разве́дать системати́ческий цинкогра́фия анти... вкла́дчик допа́ивать задо́рный истра́тить лито́вка перевернуть ду́шу мирошник colligation flaker lymphadenitis piaffer грандиозность