ASS

ass1

n 1. zool. eşşək, uzunqulaq; 2. səfeh / sarsaq / ağılsız / axmaq adam;

◊ to act / to play the ~ özünü eşşək yerinə qoymaq

ass2

v kob. eşşəklik etmək, eşşək kimi hərəkət etmək / davranmaq; Don’t ass! Eşşəklik etmə / etməyin!

ASQUINT
ASSAIL
OBASTAN VİKİ
Bra-d'Ass
Bra-d'Ass (fr. Bras-d'Asse, oks. Brasc d'Assa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04031. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 286 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 193 nəfər iqtisadi fəal, 93 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 67.5%, 1999-cu ildə 64.7%). Fəal olan 193 nəfərdən 176 nəfər (87 kişi və 89 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
"Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası (qısaca "Simurq" AMA) — Azərbaycan Respublikasında mədəniyyət sahəsində yeni tipli çoxsahəli ilk qeyri-hökumət təşkilatıdır. == Yaranma tarixi == 1990-cı ilin aprelində respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü ilə yaranan Assosiasiya Azərbaycanda sosial-mədəni inkişafa, demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşması, respublikanın sivil beynəlxalq birliyə inteqrasiyasına öz töhfəsini vermək kimi nəcib bir məqsədə xidmət edir. Assosiasiyanın nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 1990-cı il tarixli 374 N-li qərarı ilə qeydiyyatdan keçmişdir. == Assosiasiyanın rəmzi == "Simurq" – Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. Simurq rəmzi qartalabənzər quş haqqında qədim avraasiya əfsanəsi ilə sıx bağlıdır. Bu əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Simurq öz mə’nasına görə Allahın xeyipxahlıq və ölkənin çiçəklənməsinin qədim rəmzi olan, həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın kainat simvolu kimi qəbul edilən səkkizgüşəli ulduza çox yaxındır. == Təsisçiləri və üzvləri == "Simurq" Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvləri birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünyagörüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədilə birgə fəaliyyət göstərirlər. Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan EA-nın 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir.
ATƏT-in Parlament Assambleyası
ATƏT-in Parlament Assambleyası — 317 parlamentarisi olan beynəlxalq parlament qrupu. 1990-cı ildə Parisdə yaradılmışdır. Assambleya ildə bir neçə dəfə Milli parlament deputatlarını toplayaraq ATƏT-lə bağlı məsələləri müzakirə edir. Hər il Assambleya səs çoxluğu ilə sədr seçir, sədr əsas yığıncaqlarda iştirak edir və yığıncaqlara sədrlik edir. Mənzil-qərargahı Kopenhagendədir. Assambleyanın daimi əməkdaşları 14 nəfərdir.
Adolf Assal
Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981, İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri. == Həyatı == Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Albaniya Futbol Assosiasiyası
Albaniya Futbol Assosiasiyası (alb. Federata Shqiptare e Futbollit, və ya FSHF) - Albaniyada futbolun rəhbər orqanıdır.Assosiasiya Albaniyanın Tirana şəhərində yerləşir.Assosiasiyanı Albaniya Super Liqası, Birinci Divizion, İkinci Divizion Üçüncü Divizion, Albaniya Kuboku və Superkubokunun milli futbol liqası təşkil edir.Albaniyanın qadınlardan ibarət milli futbol komandası, Albaniya qadınların futbol çempionatı və Albaniya Qadınlar arası futbol Kuboku da assosasiyanın nəzarəti altındadır.Assosiasiya,nəznində U-21, U-19 və U-17-lərdən ibarət Albaniya milli futbol komandası fəaliyyət göstərir. == Tarixi == Albaniya futbol Assosiasiyası 1930-cu il İyunun 6-da təsis edilib, 12 İyun 1932-ci ildə FİFA-a qoşulub və 1954-cü ildə isə UEFA-a üzv seçilib. 14 mart 2008-ci ildə Albaniya futbol Assosiasiyasına FİFA tərəfindən "ağır siyasi müdaxilə"edilərək fəaliyyəti dayandırılımışdır.Bu o deməkdir ki, milli komandaların rəsmi oyunlarda oynamağı qadağan olunub,FIFA-nın - sanksiyası nümayəndələrin və hakimlərin oynlarını qadağan etdi.Qadağa sonradan aradan qaldırılıb siyasi müdaxilələrə aydınlıq gətirilib,27 may 2008-ci ildə Albaniya Polşaya qarşı dostluq oyunu keçirmişdir. FSHF-ın hazırkı prezidenti Armand Dukadır, 2002-ci ildən bu vəzifədə olub və 2010-ci ildə üçüncü müddətə seçkilərdə qalib gəlib. 2009-cu ildə Albaniya hökuməti və FSHF-ın arasında Qemal Stafa Stadionunun mülkiyət kimi verilməsində ziddiyyətlər yaranmışdər.UEFA , stadionu FSHF mülkiyyətinə verilmişdir.2011-ci il fevral ayında qərara alınmışdır ki,60M Avro civarında olan yeni stadionun 75%-i FSHF-ın 25%-i isə Albaniya hökumətinin olacaq.
Allium assimile
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Almaniya Milli Yəhudilər Assosiasiyası
Almaniya Milli Yəhudilər Assosiasiyası (alm. Verband nationaldeutscher Juden‎) — Veymar Respublikası dövründə və Üçüncü Reyxin ilk illərində Adolf Hitleri dəstəkləyən Almaniya yəhudilərindən ibarət təşkilat. == Tarix == Almaniya Milli Yəhudilər Assosiasiyası 1921-ci ilin aprel ayında Maks Nauman tərəfindən təsis edilmişdir. O, 1921–1926-cı və 1933–1935-ci illərdə təşkilatın sədri olmuşdur. Siyasi baxımdan, assosiasiya milli mühafizəkar və monarxist Alman Milli Xalq Partiyasına yaxın idi, hansı ki, assosiasiya ilə əməkdaşlıq etməkdən imtina etmişdir. Assosiasiyanın fəaliyyətləri arasında yəhudilərin alman məhsullarını boykot eləməsinə qarşı mübarizə aparmaq da var idi. Onlar həmçinin, ölkədə yəhudilərə ədalətli şəkildə davranıldığını vurğulayan manifest yayımlamışdılar. 1934-cü ildə qrup belə bu bəyanatı yaymışdır: Ekstremal vətənpərvərliklərinə baxmayaraq, Almaniya hökuməti onların hədəflərini və assimilyasiya olmaqlarını qəbul etməmişdir. Almaniya Milli Yəhudilər Assosiasiyası qeyri-qanuni olduğu bəyan edilir və 18 noyabr 1935-ci ildə ləğv edilmişdir. Maks Nauman həmin gün Gestapo tərəfindən həbs edilir və «Kolumbiya» həbs düşərgəsinə göndərilir.
Amerika Basketbol Assosiasiyası
Original adı Amerika Basketbol Assosiasiyası (ABA) olan bu əsas profesional liqanın 1967-ci ildə təməli qoyulmuşdur. 1976-cı ildə Amerika Basketbol Assosiasoyası - Milli Basketbol Assosiasiyası (NBA) ilə birləşdi. Milli Basketbol Assosiasiyasına bir neçə komanda qoşularaq və ABA-da 3 bal üstünlüklə liderlik edir. == Liqanın tarixi == ABA 1960-cı ildən 1970-ci illərin ortalarına qədər çoxsaylı liqalar üçün çətin idi. Çünki Amerika Birləşmiş Ştatlarında peşə idman liqaları mövcud deyildi və komandalar öz müvəffəqiyyət dərəcələrini nümayiş etdirə bilmirdi. Bu səbəbdən ABŞ-də bir çox milyaderlər və ocümlədən də basketbola həvəskar olan sahibkarlar milli liqanı yaratmaq qərarına gəlirlər. Birinci bu sahəyə yəni ABA-ya "Milleapolis Leykers" komandasının oyunçusu məşhur Corc Mayken pul yatırır. ABA klubu çoxlu tanınmış oyunçulardan ibarət NBA komandasının klubuna qalib gəldi. ABA NBA-nın qaydalarından fərqli qaydalara riayət edirdilər. Onlar 1967-68-ci illərdə 3-cü zonaya keçirlər.
Amerika Dövlətlərarası Mehmanxana Assosasiyası
Amerika Dövlətlərarası Mehmanxana Assosasiyası və ya qısaca İAHA — beynəlxalq regional turizm təşkilatıdır. 1992-ci ildən Ümumdünya Turizm Təşkilatına üzv kimi qəbul edilmişdir. Assosasiya Amerika qitəsinin mehmanxana sənayesini beynəlxalq səviyyədə təmsil etməyi özünün əsas məqsədi hesab edir. Adıçəkilən qurumun vəzifələrinə gəldikdə isə onu, aşağıdakılar təşkil edir: regionun mehmanxana şirkətlərinin mənafeyinin beynəlxalq toplantılarda təmsil olunması və qorunması; turizm sənayesi şirkətləri ilə üzv-təşkilatların əməkdaşlığına kömək göstərilməsi; marketinq tədqiqatları, statistika və nəşriyyat fəaliyyəti, o cümlədən regionun mehmanxana sferası üçün personalın hazırlığının təşkili və həyata keçirilməsi. Rəsmi dili ingilis dilidir.
Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyası
Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyası – (ing. National American Woman Suffrage Association NAWSA) – 13 fevral 1890-cı ildə ABŞ-də yaranmış təşkilat. Vitse-prezidenti Anna Dadli olmuşdur. == Xarici keçidlər == Women's Suffrage. Grover Batts and Thelma Queen, redaktorlar "National American Woman Suffrage Association: A Register of Its Records in the Library of Congress". Manuscript Division, Library of Congress. 1974. December 8, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-03.
Amerika Neftçi Geoloqlar Assosiasiyası
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Amerika Sosiologiya Assosiasiyası
Amerika Sosiologiya Assosiasiyası (ing. American Sociological Association, ASA)– 1905-ci ildə amerikan sosioloqlarının cəmiyyəti kimi yaradılmışdır. 12 mindən artıq üzvü olan Amerika Sosiologiya Assosiasiyası indiki adını 1959-cu ildə almışdır. Amerika Sosiologiya Assosiasiyasında üç üzvlük kateqoriyası var: daimi üzvlər, müxbir üzvlər, tələbələr. Amerika Sosiologiya Assosiasiyasının məqsədi sosioloji tədqiqatların keyfiyyətinin yüksəldilməsi, sosioloji təhsilin inkişafına yardım və elmi-sosioloji problemlərin öyrənilməsi ilə məşğul olan alimlərin görüşlərini təşkil etməkdir. Assosiasiya öz üzvləri arasından işçi orqan – Şura təsis edir və o, cəmiyyətin cari işlərini planlaşdırır və icrasını həyata keçirir. Amerika Sosiologiya Assosiasiyasının icraçı orqanı icraçı katibdən və 14 köməkçisi olan 5 üzvdən ibarətdir. İcraçı orqan sosiologiyanın təliminə aid materialların toplamaq və yaymaq, milli azlıqlardan olan tələbələrə kömək göstərmək, dövlət və özəl təhsil sektorlarında sosiologiyanın və sosioloqların rolunu və nüfuzunu yüksəltmək, sosioloqları daimi işlə təmin etmək üçün inzibati rəhbərliyi həyata keçirir. Amerika Sosiologiya Assosiasiyasının tərkibində sosioloji biliklərin ayrı-ayrı sahələri üzrə 45 tədqiqatçıdan ibarət komitə fəaliyyət göstərir. Assosiasiya hər il Amerika Birləşmiş Ştatlarının ayrı- ayrı şəhərlərində milli elmi konfranslar keçirir.
Amerika İqtisadiyyat Assosiasiyası
Amerika İqtisadiyyat Assosiasiyası (АЕА, ing. American Economic Association) — 1885-ci ildə amerikalı iqtisadçı Riçard Elinin təşəbbüsü ilə yaranan akademik iqtisadçılar təşkilatı. Bir sıra jurnallar nəşr edir, o cümlədən The American Economic Review, Journal of Economic Literature, Journal of Economic Perspectives və s.; Con Beyts Klark medalını təltif edir. Assosiasiya, Resources for Economists on the Internet və EconLit internet portallarını saxlayır. Assosiasiyanın tərkibində qadınların İqtisadiyyatda Vəziyyəti üzrə Komitə fəaliyyət göstərir. AEA 1947-1977-ci illərdə Frensis Voker medalı ilə təltif edilmişdir. == Məqsədlər == Birliyin məqsədləri: Xüsusilə sənaye fəaliyyətinin mövcud vəziyyətinin tarixi və statistik təhlili sahəsində iqtisadi tədqiqatların təşviqi. İqtisadi mövzularda nəşrlərin təşkili. İqtisadi müzakirələrdə mümkün qədər çox azadlığı təşviq edin. Assosiasiya belə bir tərəfdar mövqe tutmayacaq və öz üzvlərini praktiki iqtisadi məsələlərdə hər hansı mövqe tutmağa məcbur etməyəcək.
Assassination Classroom fəsillərinin siyahısı
Assassination Classroom (暗殺教室, Ansatsu Kyōshitsu) Yuusey Matsui tərəfindən yazılmış və çəkilmiş manqa seriyasıdır. Manqa seriyası səkkizayağa bənzər və həddən artıq güclü olan bir varlıq və onun dərs dediyi sinifin şagirdlərinin başına gələn gündəlik hadisələrdən bəhs edir. Fərdi fəsillər 2012-ci ilin iyulundan "Weekly Shōnen Jump" jurnalında nəşr olunur və Shueisha nəşriyyatı tərəfindən tankobon cildlərində toplanılır. 2016-cı ilin iyununa kimi 20 tankobon cildi çapdan çıxmışdır və hazırda dövriyyədə 20 milyon nüsxəsi var. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və manqanın ilk cildini 2014-cü ilin dekabrında həm çap, həm də rəqəmsal formatda nəşr etmişdir. == Siyahı == === 1 === == Əlavə fəsillər == Əsas seriyadan əlavə Koro-senseyin şəxsi həyatından bəhs edən 4 hissəlik kiçik seriya nəşr olunmuşdur. 1. "Ev vaxtı" (自宅の時間, Jitaku no jikan) 2. "Bar vaxtı" (居酒屋の時間, Izakaya no jikan) 3. "Şəxsiyyət vaxtı" (素性の時間, Sujō no jikan) 4.
Assembler
Assembler — proqramlaşdırma dili. == Tarixi == 1952-ci ildə amerikalı qadın Qreys Hopper dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilini yaratdı. Onun adı "assemble" ingilis sözündən götürülmüşdür, "yığmaq", "quraşdırmaq" mənasını verir. O, özündə mnemonik komandalar sistemini (komandaların siyahısı), prosedurlar kitabxanasını və proqram mətnlərini maşın koduna çevirmək üçün xüsusi proqramı birləşdirirdi. MAşın kodunun alınmasının belə proseduru kompilyasiya (ing. compile – "tərtib etmək", "yığmaq"), onu həyata keçirən proqram isə kompilyator adlanır. Bunları da Qreys M. Hopper düşünüb tapmışdır. == Ümumi məlumat == Assembler dili digər proqramlaşdırma dillərinə bənzəmir və tamamilə fərqli bir dildir. Assembler dilinin 2-ci nəsil dil olması və 3-cü nəsil dillərin assembler üzərində inkişaf etdirilməsi qətiyyən o demək deyil ki, Assembler dili artıq köhnədir və o istifadə olunmur. Assembler dili hal-hazırda proqramlaşdırmada çox böyük çəkiyə malikdir və onsuz müasir proqramlaşdırmanı təsəvvür eləmək kompüteri prosessorsuz təsəvvür eləmək kimi bir şeydir.
Assembler dili
Assembler — proqramlaşdırma dili. == Tarixi == 1952-ci ildə amerikalı qadın Qreys Hopper dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilini yaratdı. Onun adı "assemble" ingilis sözündən götürülmüşdür, "yığmaq", "quraşdırmaq" mənasını verir. O, özündə mnemonik komandalar sistemini (komandaların siyahısı), prosedurlar kitabxanasını və proqram mətnlərini maşın koduna çevirmək üçün xüsusi proqramı birləşdirirdi. MAşın kodunun alınmasının belə proseduru kompilyasiya (ing. compile – "tərtib etmək", "yığmaq"), onu həyata keçirən proqram isə kompilyator adlanır. Bunları da Qreys M. Hopper düşünüb tapmışdır. == Ümumi məlumat == Assembler dili digər proqramlaşdırma dillərinə bənzəmir və tamamilə fərqli bir dildir. Assembler dilinin 2-ci nəsil dil olması və 3-cü nəsil dillərin assembler üzərində inkişaf etdirilməsi qətiyyən o demək deyil ki, Assembler dili artıq köhnədir və o istifadə olunmur. Assembler dili hal-hazırda proqramlaşdırmada çox böyük çəkiyə malikdir və onsuz müasir proqramlaşdırmanı təsəvvür eləmək kompüteri prosessorsuz təsəvvür eləmək kimi bir şeydir.
Asseqay çayı
Asseqay çayı, Vakkerstrom, Mpumalanqadan, Cənubi Afrikanın şimalından öz başlanğıcını götürür və Mhkondvo çayına tökülən Piet Retiefin cənub şərqindəki Heyshope su anbarına tökülür. Asseqay çayının qolları arasında Ngulane Çayı, Anispruit, Boesmanspruit ve Kleyin Asseqay çayı var.
Asserbohus
Asserbohus — Danimarkanın Halnes bələdiyyəsinin Asserbo şəhərində yerləşən malikanə, keçmiş mehmanxana və məktəbdir. Asserbohus Asserbo şəhərinin şimal sahilində lüks otel kimi 1933-cü ildə antikvar Henri Skaanström tərəfindən tikilmişdir. Əsas binanın ümumi sahəsi 2306 m²-dir. Asserbohus əsasən emal edilmiş materiallardan, o cümlədən böyük yelkənli gəmilərin sütunları da daxil olmaqla hazırlanmışdır. 1957-ci ildən 1978-ci ilə qədər Asserbohus internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. 1978-ci ildən Asserbohus 1978-ci ildən 2004-cü ilə qədər məktəb kimi fəaliyyət göstərən Tvində məxsusdur. 2006-cı ildə bina rieltor Sadolin & Albek tərəfindən satışa çıxarılmışdır. 2012-ci ilin iyul ayından bina boş vəziyyətdədir və 2012-ci ilin yanvar ayında binada yanğın baş vermişdir.
Assimilasiya
Assimilyasiya (biologiya) — bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. Assimilyasiya (sosiologiya) — sosiumun müəyyən hissəsinin itirilməsi.
Assimilyasiya
Assimilyasiya (biologiya) — bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. Assimilyasiya (sosiologiya) — sosiumun müəyyən hissəsinin itirilməsi.
Assimilyasiya (biologiya)
Assimilyasiya (yun. assimslatio) — bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. Assimilyasiya daha bəsit maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin əmələ gəlməsidir. == Ümumi məlumat == Assimilyasiya prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını, böyüməsini, inkişafını və orqanizmin təzələnməsini təmin edir. Bütün canlı təbiət üçün enerji mənbəyi günəş şüalarıdır. Yalnız avtotrof orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır.
Assimilyasiya (dilçilik)
Assimilyasiya və ya uyuşma — səs uyuşması səslərin sonluq və başlanğıc mərhələlərinin əsasında baş verir. == Təsnifi == Bir səs başqa səsə təsir göstərir, onu öz məxrəcinə uyğunlaşdırır. Məsələn: şəhərli–şəhərri, anlamaq–annamax və s. Səsin başqa səsə təsirinin nəticəsinə görə uyuşma iki cür olur: tam uyuşma, natamam uyuşma. Tam uyuşmada bir səs o biri səsi öz məxrəcinə çevirir. Məsələn: sönməz–sömməz, çıxarlar–çıxallar və s. Natamam uyuşmada bir səs o biri səsə təsir edib onu öz məxrəcinə yaxınlaşdırır. Məsələn: qızlar–qızdar, qaçdı–qaşdı və s. İstiqamətinə görə uyuşma iki cür olur: irəli uyuşma, geri uyuşma. İrəli uyuşmada əvvəl gələn səs sonrakı səsə təsir edir, öz məxrəcinə uyğunlaşdırır.
Assimilyasiya (sosiologiya)
Assimilyasiya (lat. "oxşatma", "uyğunlaşdırma") — bir xalqın digər xalqla öz dilini, mədəniyyətini və s.-ni itirmək yolu ilə qarışması. Təbii və zorakı assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən qovuşması yolu ilə gedir. İmperiyalarda, o cümlədən Rusiya imperiyasında tabelikdə olan xalqların zorakı, məcburi assimilyasiyasından (ruslaşdırmadan) geniş istifadə edilirdi.
Assimmetrik ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Assinovskaya
Assinovskaya (Çeçen. Эха-Борзе) kəndi Çeçenistan Respublikasının Sunja rayonunda yerləşir. Yeganə yaşayış məntəqəsi olan Assinovski kənd bələdiyyəsidir. == Coğrafiya == Kənd Assa (adını aldığı yer) çayının sol sahilində yerləşir. Sernovodskoye kəndinin rayon mərkəzindən 6 kilometr cənubda və Qroznı şəhərindən 45 km qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda - Sernovodskoye, şərqdə - Yeni Şaroy, cənub-şərqdə Açxoy-Martan, cənubda Bamut, qərbdə Quş-Yurt və Nesterovskaya kəndi. == Tarix == Assinovskaya kəndi 1847-ci ildə Ax-Borzoyun Qarabulaq kəndinin ərazisində qurulmuşdur. Kartoqrafiya materiallarına görə, aul və kənd eyni vaxtda mövcud idi, buna görə 1871-ci il üçün Strelbitskinin xəritəsində, Assinski kəndi və Axbarzoy aul mövcuddur hansı ki, Assa çayının sağ sahilində (solda kənd) yerləşir. Sunja xəttinin kəndləri don və digər kazaklar tərəfindən məskunlaşdı, onlar çar ordusunun köməyi ilə Şimali Qafqaza göndərildi. Yeni kazak kəndlərinin yaranması ilə dağlılar ən yaxşı torpaqlarını itirdilər.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.