Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eşafot
Eşafot (fr. Échafaud) — taxta meydança deməkdir. Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança.
Edafon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. == Xülasəsi == Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsi ilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
Aleksandr Şafto Duqlas
Aleksandr Şafto Duqlas (ing. Alexander Shafto Douglas) – ingilis ixtiraçısı, OXO adlı qrafik interfeysə malik ilk kompüter oyununun yaradıcısı, kompüter elmləri üzrə professor 21 may 1921-ci ildə anadan olmuşdur. OXO oyunu insan və kompüterin qarşılıqlı əlaqəsi mövzusu üzrə nümunə kimi hazırlanmışdı. OXO oyunu satışa çıxarılmadı, belə ki, o, EDSAC kompüteri üçün yazılmışdı və bu kompüter Kembric Universitetinin kitabxanasında yerləşən, oyunun yazıldığı yeganə unikal kompüter idi. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Bernar Dü Şafo
Bernar Dü Şafo (fr. Bernard Amaudric du Chaffaut; 17 noyabr 1942) — Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2006-2007) == Həyatı == 17 noyabr 1942-ci ildə anadan olmuşdur. Hüquqşünas dərəcəsi almışdır. Həmçinin Şərq dilləri Məktəbini rus, polyak dilləri üzrə bitirmişdir. Xarici İşlər Müşaviri (Şərq) yüksək dərəcəsini almışdır. 1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1970-1971-ci illərdə Varşavada səfirlik attaşesi, 1972-ci ildə həmin səfirlikdə üçüncü katib, 1972-1975-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında iqtisadiyyat və maliyyə məsələləri üzrə işləmiş, 1975-1977-ci illərdə Vaşinqton Səfirliyində ikinci katib, 1977-1978-ci illərdə həmin səfirlikdə birinci katib, 1978-1980-cı illərdə Dövlət Katibi Kabinetində texniki məsələlər müşaviri çalışmışdır. 1980-1985-ci illərdə Elf Akiten dövlət şirkətinin Beynəlxalq əlaqələr şöbəsində fəaliyyət göstərmiş və 1986-1993-cü illərdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri işləmişdir. 1993-1994-cü illərdə Fransa XİN Mərkəzi Aparatda idarə rəisi yanında missiya rəhbəri (Afrika və Madaqaskar işləri üzrə), 1994-1999-cu illərdə Qərbi Afrika İdarəsində direktor müavini, 1999-2003-cü illərdə Ranqunda fövqəladə və səlahiyyətli səfir, 2003-cü ilin sentyabrından Fransa XİN Mərkəzi Aparatda, 2003-cü ilin sentyabr-oktyabr aylarında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında fransız nümayəndə heyətinin Baş katibi, 2004-cü ildə Fransa XİN Şarm əl Şeyx aeroportundakı qəzanın araşdırılması üzrə koordinator, 2005-ci ilin yanvarından Fransa XİN Cənubi Asiyada sunamidən zərər çəkmiş dövlətlərə fransız yardımı üzrə nazirliklərarası missiyanın üzvü çalışmışdır. 2006-cı ildə Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Estafet
Estafet (fr. estafette - elçı, mesajçı) — komanda üzvlərinin müəyyən bir yarış marşrutunun hissələrini tamamladığı yarışmadır. Estafet yarışları peşəkar yarışlar və həvəskar oyun forması kimi keçirlir. Estafet zamanı qaçış, oriyentasiya, üzgüçülük, xizək sürmə, biatlon və ya konkisürmə geniş yayılmışdır. Olimpiya Oyunlarında yüngül atletikanın bir hissəsi olan bir neçə növ estafet yarışları mövcuddur. Əksər estafetlərdə komanda üzvləri bərabər məsafələri əhatə edir: həm kişilər, həm də qadınlar üçün olimpiada tədbirlərində məsafə 400 metr (4 × 100 metr) və 1600 metr (4 × 400 metr)-dir. Bəzi qeyri-olimpiada estafetləri 800 m, 3200 m və 6000 m məsafələrdə keçirilir. == İdman yarışlarında estafet == === Üzgüçülük === Dörd üzgüçüdən ibarət üzgüçülük estafeti adətən bu strategiyanı izləyir: ikinci ən sürətli, üçüncü ən sürətli, ən yavaş, sonra ən sürətli (lövbər). Bununla belə, ya ikinci yarıqda ən yavaş üzgüçünün yarışmasını (ən sürətli ikinci, ən yavaş, üçüncü ən sürətli və daha sonra ən sürətli sıralama yaratmaq) və ya ən yavaşdan ən sürətliyə (ən yavaş, üçüncü ən sürətli, ikinci ən sürətli, ən sürətli).[sitat lazımdır] FINA qaydaları tələb edir ki, gələn komanda yoldaşı divara toxunarkən (və ondan əvvəl) ikinci, üçüncü və ya dördüncü üzgüçünün ayağı platforma ilə təmasda olmalıdır; başlanğıc üzgüçü artıq hərəkətdə ola bilər, lakin bu, adi startla müqayisədə 0,6-1,0 saniyəyə qənaət edir. Bundan əlavə, bir çox üzgüçülər komanda ruhu atmosferi sayəsində estafetdə fərdi yarışdan daha yaxşı çıxış edirlər.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. == Karyerası == === Erkən karyerası === Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
İlqar Safat
Məmmədov İlqar Kamil oğlu və ya İlqar Safat (23 yanvar 1972, Bakı) — kino və teatr rejissoru, ssenarist, yazıçı, şair, rok-bard. == Həyatı == İlqar Safat 1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə "rus dili və ədəbiyyatı" ixtisası üzrə M. F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 2012-ci ildə ailə həyatı qurub. Bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 1995-ci ildən 2000-ci ilə qədər şeirləri Bakıda müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunub. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Yüzə yaxın mahnının müəllifidir. 2002-ci ildə Moskvada SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirib: V. İ. Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş "Dağın nəvəsi" filmini çəkib.
Şavyer Espot
Şavyer Espot Zamora (kat. Xavier Espot Zamora; 30 oktyabr 1979, Eskaldes-Enqordan[d]) — andorralı siyasətçi, Andorra Knyazlığının Baş naziri.Antoni Marti hökumətinin rəhbərliyi altında 2012-2019-cu illərdə Roza Ferrer Obiolsdan sonra Sosial İşlər, Ədliyyə və Daxili İşlər Naziri oldu. 2019-cu ildə baş tutan seçkilərdən Baş nazir postuna namizədliyini irəli sürərək 29 fevral 2019-cu ildə nazir vəzifəsindən istefa verdi. Zamora ESADE Biznes Məktəbindən hüquq ixtisası üzrə magistr dərəcəsi almışdır. Bundan əlavə, Barselonadakı Ramon Lul Universitetinin Fəlsəfə fakültəsində humanitar elmlər üzrə də təhsil almışdır.
Safet Zek
Safet Zek (5 dekabr 1943) — Bosniyalı rəssam və qrafika rəssamı. == Bioqrafiyası == Safet Zek Bosniya və Herseqovinanın SR Rogatica şəhərində bosniyalı ailədə anadan olub. 1964-cü ildə Sarayevodakı Tətbiqi Sənətlər Məktəbini bitirib. 1969-cu ildə Zek Belqraddakı Gözəl Sənətlər Universitetini, daha sonra 1972-ci ildə həmin universitetdə aspirantura təhsilini başa vurub. Yetmişinci illərdə Safet Zek poetik realizmin əsas nümayəndələrindən birinə çevrildi. 1989-cu ilə qədər o, ailəsi ilə birlikdə Belqradda yaşayıb işləmiş, sonra Sarayevoya qayıtmışdır. 1992-ci ildə Bosniya müharibəsi səbəbindən Sarayevonu tərk edərək İtaliyanın Udine şəhərinə qaçıb. O, 90-cı illərin əvvəllərində Yuqoslaviyanın ən məşhur rəssamlarından biri idi. Safet Zek Bosniya və Herseqovinada və dünyanın böyük şəhərlərində 70-dən çox fərdi sərgi hazırlayıb. O, həmçinin Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının üzvüdür.
Estafet (film, 1982)
== Məzmun == Elə bir ev tapmaq çətindir ki, orada saralmış əsgər məktubları-ata və babalarımızın üçbucaq cəbhə məktubları saxlanılmasın. Əfsanəvi general Həzi Aslanov, qorxmaz Qafur Məmmədov, Gəray Əsədov, minlərlə digər cəsur azərbaycanlı öz əzizlərinə cəbhədən məktublar göndərmişdir. İndi həmin qəhrəmanların övladlarının taleyi necə qurulub? Övladlar öz atalarının yolunu necə davam etdirirlər? Film-reportaj, film-axtarış bu barədədir. Stalinqrad ətrafında faşist işğalçılarının darmadağın olunmasının 40 illiyinə həsr edilən kinolentdə ata-babalarımızın şöhrət yolundan, gənclərin şanlı ənənələri ləyaqətlə davam etdirmələrindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov, Rəfael Şik Operator: Əlibala Ələkbərov Səs operatoru: Firudin Hüseynov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Əsarət (Rövşən Abdullaoğlu)
Əsarət — Rövşən Abdullaoğlunun 2019-cu ildə nəşr edilmiş "Tanrı - mif, yoxsa həqiqət?" silsiləsindən olan ilk kitabı. == Məzmun == Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq? Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik. Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
Karlos Ruis Safon
Karlos Ruis Safon (25 sentyabr 1964, Barselona) İspaniya yazıçısı. Əsasən roman janrına üstünlük verir. Romanları 45 ölkədə 30-dan çox dilə tərcümə olunub. Xavyer Syerra və Xuan Qomez Xurado ilə birlikdə müasir İspaniya ədəbiyyatının ən tanınmış simalarından biridir.
Şavyer Espot Zamora
Şavyer Espot Zamora (kat. Xavier Espot Zamora; 30 oktyabr 1979, Eskaldes-Enqordan[d]) — andorralı siyasətçi, Andorra Knyazlığının Baş naziri.Antoni Marti hökumətinin rəhbərliyi altında 2012-2019-cu illərdə Roza Ferrer Obiolsdan sonra Sosial İşlər, Ədliyyə və Daxili İşlər Naziri oldu. 2019-cu ildə baş tutan seçkilərdən Baş nazir postuna namizədliyini irəli sürərək 29 fevral 2019-cu ildə nazir vəzifəsindən istefa verdi. Zamora ESADE Biznes Məktəbindən hüquq ixtisası üzrə magistr dərəcəsi almışdır. Bundan əlavə, Barselonadakı Ramon Lul Universitetinin Fəlsəfə fakültəsində humanitar elmlər üzrə də təhsil almışdır.
12 illik əsarət (film)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
12 illik əsarət (film, 2013)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
Esat Oktay Yıldıran
Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. == Fəaliyyəti == Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir.Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.İddialara görə, İldıran 1980-ci ildən sonra Diyarbəkir həbsxanasına təyin olunduqdan sonra həbsxanada fukoçu intizam üsulları tətbiq olunmağa başlanmışdır. Onun türk dilini bilməyən məhbusları bir gecədə İstiqlal Marşı, Andımız, Gəncliyə xitab və Atatürk prinsiplərini əzbərlətdirdiyi haqqında məlumatlar mövcuddur.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədi ilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)