Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekzarasiya
Ekzarasiya (lat. exaratio — qazımaq) — hərəkət edən buzlağın süxurları dağıtmasına və qırıntı materiallarını buzlağın kənarına və ya ucuna çıxarmasına deyilir. Ekzarasiya zamanı buzlaq öz yatağını təşkil edən süxurları dağıdır və dağılma məhsullarını valun, çaqıl, qum, gil, buzlaq südü şəklində buzlağ kənarına aparıb çıxarır. Ekzarasiya nəticəsində dağlarda troqlar, düzənlikdə isə "qoç alnı", "qıvrım qayalar", buzlaq şırım və cizgiləri və b. əmələ gəlir, eyni zamanda süxurların cilalanması və pardaxlanması da baş verir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Deklarasiya
Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]: bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat; gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı; xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi; vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat; bəyannamə, bəyanat; rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd; hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı; hökumət və ya partiyanın bildirişi, bəyanatı; gömrük bəyannaməsi; poçt sənədi; vergi bəyannaməsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Xartiya (deklarasiya)
Xartiya — beynəlxalq hüquqda hüquqi qüvvəyə malik olamayan sənəd. Hər-hansı beynəlxalq razılaşmalarda ümumi prinsipləri və məqsədləri ifadə edir. Misal olaraq Yeni Avropa üçün Paris xartiyasını göstərmək olar.
Tripanasoma karasiya
Tripanasoma karasiya (lat. Trypanosoma carassii )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən nazik və və uzunsovdur, ilanabənzər sıxılmış, sivriləşmiş arxa qutaracağa malikdir, yaxşı inkişaf etmiş titrək membranı var, çox nadir hallarda bədən orta hissədə yoğunlaşmış olur. Kinetoplastdan arxa tərəfdən uzaq yerləşib. Bədənin uzunluğu 13.0-60.0, eni – 0.8-6.0, titrək membranın eni 0.7-2.2, qamçının sərbəst hissəsinin uzunluğu 9.0-22.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 3.0, kinetoplastdan nüvəyə - 0.9-19.8, nüvədən ön qutaracağadək – 3.7-22.0, nüvəni uzunluğu 1.3-4.5, nüvənin eni – 0.9-2.8 mkm-dir. == Yayılması == Tripanasoma karasiya Lənkəran çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Sahibləri: qafqaz ilişkəni, durna balığı, lil və çəki balığı balıqlarıdır.
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. == Dəstəklənməsi == Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.