MANIFEST

manifest1

n deklarasiya; bəyannamə (gəmidə yükün, təyyarədə sərnişinlərin, qatarda aparılan malların adlarını bildirən siyahı)

manifest2

adj açıq-aşkar; hamnın qəbul etdiyi; a ~ truth hamının qəbul etdiyi həqiqət

manifest3

v 1. açıb göstərmək; 2. işarə vermək; əlamətlərini göstərmək, meyl etmək

MANICURIST
MANIFESTATION
OBASTAN VİKİ
Manifest
Manifest (lat. manifestum — çağırış): Dövlət başçısının və ya ali hakimiyyət orqanının əhaliyə çağırışı. Hansısa vacib hadisə, təntənəli tarix münasibətilə qəbul edilir. Siyasi partiyanın proqram və fəaliyyət prinsiplərini nəzərdə tutan çağırışı; Bir qrup insanın hansısa məsələ üzrə fikrini bildirməsi.
Manifest (teleserial)
Manifest — 24 sentyabr 2018-ci ildə NBC-də premyerası olan Ceff Rake tərəfindən yaradılmış Amerika fövqəltəbii dram televiziya serialıdır. Hadisələr qəfildən yoxa çıxan kommersiya təyyarəsinin beş il yarımdan sonra peyda olmasından sonra sərnişin və ekipaj üzvlərindən bəhs edir. Baş rollarda Melissa Roksburq, Coş Dallas, Afina Karkanis, J. R. Ramirez, Luna Blez, Cek Messina, Pərvin Kaur, Mett Lonq, Holli Taylor, Daryl Edvards və Tay Doran çəkilib. 2018-ci ilin oktyabrında NBC birinci mövsüm üçün əlavə epizodlar sifariş etdi və daha sonra serialı 2020-ci ildə yayımlanan ikinci, 2021-ci ildə isə üçüncü mövsüm üçün yenilədi. 2021-ci ilin iyununda NBC serialı üç mövsümdən sonra ləğv etdi. Ləğv edilməzdən qısa müddət əvvəl Netflix-ə əlavə edildi və dərhal izləmə cədvəllərində birinci yerə çıxdı. Buna görədə Netflix Manifest-i iyirmi epizoddan ibarət dördüncü və son mövsüm üçün yenilədi. Dördüncü mövsüm iki hissədən ibarət olmaqla, birinci hissəsi 4 noyabr 2022-ci ildə, ikinci hissə isə 2 iyun 2023-cü ildə nümayiş olundu. == Mövzu == Yamaykadan Nyu York şəhərinə səyahət edərkən Montego Air 828 Təyyarəsi qısa müddət ərzində şiddətli turbulentlik yaşayır. Nyu-Yorkun Nyuburq şəhərindəki Stüart Beynəlxalq Hava Limanına enən zaman təyyarənin 191 sərnişini və ekipajı NSA-nın direktor müavini Robert "Bobbi" Vensdən öyrənirlər ki, beş il yarımdan çox vaxt keçib və bu müddət ərzində onlar ölü güman ediliblər.
121-lər manifesti
121-lər manifesti (fr. Manifeste des 121, tam başlıq:fr. Déclaration sur le droit à l’insoumission dans la guerre d’Algérie, ing. Declaration on the right of insubordination in the Algerian War, azərb. Əlcəzair müharibəsində tabe olmama haqqı bəyannaməsi‎) - 121 ziyalı tərəfindən imzalanmış, 6 sentyabr 1960-cı ildə Vérité-Liberté jurnalında dərc edilmiş açıq məktubdur. Fransız hökümətini, Qollçu Mişel Debreni və ictimaiyyətini Əlcəzair İstiqlaliyyət müharibəsini qanuni istiqlaliyyət müharibəsi olaraq tanımağa çağırmışdır. Fransız ordusunun işğəncələrini qınayan, Fransa dövlət məmurlarını vicdani rəddə (siyasi, əxlaqi və ya dini səbəblərə görə hərbi xidmətdən boyun qaçırmaq) hörmət etməyə dəvət edən açıq məktubdur. Bəyannamı Dionys Maskolo, Maurise Blanşot və Jan Şüster tərəfindən hazırlanmışdır.
93 manifesti
93 manifesti 4 oktyabr 1914-cü ildə orijinalda "Mədəni Dünyaya" adını daşıyan, 93 alman alim,akademik və sənətkarın Birinci Dünya Müharibəsinin başlanğıc dövründə Almaniyanın hərbi əməliyyatlarına birmənalı olaraq dəstək verdiklərini bəyan edən sənəddir.Manifest ölkənin məktəb və universitetləri tərəfindən dəstəklənsə də,bir çox əcnəbi intellektuallar tərəfindən qəzəblə qarşılanmışdı. Vilhelm Förster sənədi imzalamasından çox keçməmiş peşman olmuş və tezliklə Georq Fridix Nikolayla birliklə Avropalılara Manifesti hazırladılar.Onlar " bütün millətlərin təhsilli adamlarının öz təsirlərini gələcək müharibələrin qarşısını almaq üçün sülhün şərtlərinə yönəltmələrini sadəcə yaxşı bir şey yox eyni zamanda zərurat olduğunu ,bu müharibənin bütün Avropa münasibətlərini eyni dərəcədə qeyri-sabit və plastik bir dövlətə qərq etməsi yerinə Avropadan üzvi bir bütövlük yaratmaq üçün istifadə edilməlidir. " fikirlərini ortaya atdılar.Müxtəlif insanlar bu fikirlərə rəğbət bəsləsə də yalnız Otto Buek və Albert Eynşteyn imzalamağa razı oldular və bu halda nəşr olunmamış vəziyyətdə qaldı.Lakin,daha sonra Eynşteyn tərəfindən işıq üzü gördü. 1921-ci ildə The New York Times qəzetində çıxan bir hesabatda, sağ qalan 76 imzaçıdan 60-ı müxtəlif dərəcədə peşman olduqlarını dilə gətirmişdi.Hətta bəziləri imzaladıqlarını belə görmədiklərini iddia etmişdilər. == Mətn == == İmzaçılar == 93 imzaçı arasında Nobel mükafatı laureatları, sənətkarlar, həkimlər, fiziklər, kimyaçılar, ilahiyyatçılar, filosoflar, şairlər, memarlar və tanınmış universitet müəllimləri var. Adolf fon Bayer,Kimyaçı,1905-ci ildə Kimya üzrə Nobel mükafatı almışdır Peter Berens,memar və dizayner Emil fon Berinq Vilhelm fon Bode Alois Brandl Lujo Brentano Yustus Brinkman Yohannes Konrad Franz fon Defreqqer Riçard Demel Adolf Deysman Vilhelm Dörpfeld Fridrix fon Dun Paul Erliş Albert Erhard Karl Enqler Cerhard Esser Rudolf Eyken, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1908) Herbert Oylenberq Henrix Fink Emil Fişer,kimyaçı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laueratı Vilhelm Förster Lüdviq Fulda Eduard fon Qebhardt,rəssam Yan Yakob Mariya de Qrut Fris Haber,Kimya üzrə Nobel mükafatı laureatı (1918) Ernst Hekkel,alim və filosof, “ekologiya” termininin müəllifi. Maks Halbe Adolf fon Qarnak Karl Haumptman Gerhart Hauptman Qustav Helman Vilhelm Herman Andreas Heusler Adolf fon Qildebrand Lüdviq Hofmam,memar Engelbert Humperdink,Henzel və Qretelin bəstəkarı Leopold Qraf fon Kalkreyt Artur Kampf Fridrix Avqust fon Kaulbax,rəssam Teodor Kip Feliks Kleyn,Kleyn butulkasının yaradıcısı Maks Klinqer Aloïs Knoepfler Anton Kox Paul Laband Karl Lamprext Filipp Lenard,Fizika üzrə Nobel mükafatı laureatı (1905) Maksimilian Lenz Maks Liberman Franz fon List Lüdviq Manzel Yosef Mausax Georq fon Mayr Sebastiyan Merkle Eduard Meyer Henrix Morf Frifrix Nauman Albert Neysser Valter Nernst,Kimya üzrə Nobel mükafatı laureatı (1920) Vilhelm Ostvald,Kimya üzrə Nobel mükafatı laureatı (1909) Bruno Paul Maks Plank,Fizika üzrə Nobel mükafatı laureatı (1918) ALbert Plon Georq Reike Maks Reinhart Alois Ril Karl Robert Vilhelm Rentgen,Fizika üzrə Nobel mükafatı laureatı MaksRubner Fritz Şaper Adolf Şlatter Avqust Şmidlin Qustav fon Şmoller Reynhold Siberq Martin Span Frans fon Ştuk Herman Zuderman Hans Toma Vilhelm Trubner Karl Volmöller Riçard Foss Karl Fossler Ziqfrid Vaqner,Rixard Vaqnerin oğlu Vilhelm Valdeyer Avqust Vasserman Feliks Vaynqartner Teodor Viqand Vilhelm Vin Ulrix fon Vilamovits-Moellendorf Rixard Vilştetter,Kimya üzrə Nobel mükafatı laureatı (1915) Vilhelm Vindelband Vilhelm Vundt == Ədəbiyyat == Herbert Gantschacher "Warpropaganda and the manifesto of the Ninety-Three" in Herbert Gantschacher "VIKTOR ULLMANN ZEUGE UND OPFER DER APOKALYPSE - WITNESS AND VICTIM OF THE APOCALYPSE - Testimone e vittima dell'Apocalisse - Prič in žrtev apokalipse - Svědek a oběť apokalypsy" - Complete original authorized edition in German and English language with summaries in Italian, Slovenian and Czech language, ARBOS-Edition ISBN 978-3-9503173-3-6, Arnoldstein-Klagenfurt-Salzburg-Vienna-Prora-Prague 2015, səh 185.
Bir gəncin manifesti (roman)
Bulbophyllum manifestans
Bulbophyllum callichroma (lat. Bulbophyllum callichroma) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum callichroma növü Yeni Qvineyadan Bismark arxipelaqına qədər yayılmışdır. == Sinonim == Bulbophyllum calothyrsus Schltr. Bulbophyllum manifestans J.J.Sm.
Hakerin manifesti
Hakerin Manifesti (ing. The Conscience of a Hacker) — Haker Manifesti daha çox "The Mentor" ləqəbi ilə tanınan Amerikalı Lloyd Blenkenşip tərəfindən yazılmışdı. Manifesti yazan zaman Haker'ın 11 yaşı var idi və manifest yazıldıqdan sonra FBI tərəfindən həbs edilmişdi. Bu manifest dünyadakı ən məşhur "Haker Manifesti" olaraq qəbul edilmişdir və 8 Yanvar 1986-cı ildə Amerika Birləşmiş Dövlətlərində yayımlanmışdır. Manifesti hazırlayan kişinin məqsədi gerçək haker fəlsəfəsini və dünya anlayışını dünya xalqına və Dövlət Orqanlarına göstərmək və yayımlamaq idi. O gündən sonra "Haker Manifesti" digər bütün böyük Hakerlərin — örnək olaraq "Astalavista" və ya "CCC" (Chaos Computer Club) qruplarının tanıdığı bu idarəçiliyə Hakerlar uymaq məcburiyyətindədirlər. Bu idarəçiliyə sadəcə profesional Hakerlar deyil bütün həvəskar Hakerlar da uymağa çalışırlar. Manifest Haker etikasının əsasında duran sənədlərdən biri kimi hesab edilir. Haker Manifesti: Bugün bir digəri daha tutuldu, başdan başa bütün qəzetlərdə idi. "Kompüter cinayətindən gənc biri həbs edildi", "Bank təxribatından sonra haker tutuldu"...
I Pyotrun manifesti
I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün "məqsədləri" ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu sənəd. == XVIII əsrin əvvəllərində Rusiya-Səfəvi münasibətlərinin kəskinləşməsi == Səfəvi dövləti XVII əsrin sonları - XVIII əsrin əvvəllərində gərgin dövr yaşayırdı. Şah Sultan Hüseyn (1694-1722) dövləti böhrandan çıxarmaq üçün ciddi tədbirlər həyata keçirə bilmədi. Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması də ağırlaşdı. Dövləti üsyanlar bürüdü. 1719-cu ildə Şirvanda başlayan üsyanlardan birinə Müşkür mahalından olan Hacı Davud başçılıq edirdi. 1720-ci ildə Xudatı və Şabranı ələ keçirən Hacı Davud Səfəvilərə qarşı mübarizədə Rusiyaya müraciət etdi, lakin I Pyotr onu cavabsız qoydu. Qazıqumuqlu Surxay xandan kömək alan Hacı Davud 1721-ci ildə Şamaxını mühasirəyə aldı və onu tutdu, buradakı rus tacirlərini qarət etdi. Burada yarım müstəqil siyasi qurum - Şirvan xanlığı yaradan Hacı Davud kömək üçün Osmanlı dövlətinə müraciət etdi. Qəndəhar vilayətində gilzay tayfalarının çıxışları da Səfəvilərin paytaxtı İsfahan şəhərinin ələ keçirilməsi ilə nəticələndi.
Kommunist Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Kommunist Partiyasının Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Poliperxon manifesti
Əlcəzair xalqının manifesti
"Əlcəzair xalqının manifesti" — 10 fevral 1943-cü ildə Fərhad Abbas tərəfindən yayımlanmış, "Əlcəzair milləti" üçün yeni statusun verilməsini tələb edən və 28 seçilmiş müsəlman səlahiyyətlisi tərəfindən imzalanmış manifest. Manifest müstəmləkəçiliyi pisləyir və Əlcəzair xalqının özünü idarə etmək hüququnu təsdiq edir. Burada irqindən və dinindən asılı olmayaraq bütün insanların azadlıq və bərabərliyinə təminat verən konstitusiya layihəsinin hazırlanmasını, ərəb dilinin fransız dili ilə eyni statusa malik rəsmi dil kimi tanınmasını, kilsə ilə dövlətin ayrılması ilə dini etiqad azadlığı tələb edilir. Manifestin əlavə hissəsi müharibənin sonunda Əlcəzair Məclisinin yaradılmasını tələb edir. Mətn həm Məssali Hacının, həm də Fərhad Abbasın davamçılarının nailiyyətlərini təcəssüm etdirir. Bu, Bencamin Storanın ifadəsinə görə, Əlcəzair xalqının siyasi əksəriyyətini müəyyən edir.
Bir Müəllimin Manifesti
Bir gəncin manifesti
"Bir gəncin manifesti" — Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin romanı. 1938-ci ildə yazılıb. == Tarixi == İlk dəfə 1937–1939-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri yazıçının həyatında böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdı. Mir Cəlal Paşayevin 1939-cu ildə yazdığı "Bir gəncin manifesti" əsəri onun yaradıcılığının kulminasiyası, zirvəsidir! 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından kənarda da müxtəlif dillərdə çap olunmuşdur. == Haqqında == "Bir gəncin manifesti"ndə Mir Cəlal Paşayev geniş xalq kütlələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. "Bir gəncin manifesti" romanı həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycanədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. "Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir.

Digər lüğətlərdə