Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.
Gelencik
Gelencik — Rusiya Federasiyasında yerləşən, şəhər Krasnodar diyarına daxildir. == Tarixi == Qara dənizin Gəlincik buxtasında yerləşir. Kırım müharibəsinin məğlubiyyətindən sonra çar hökuməti Qara dəniz sahilləri üzərindəki qalaları möhkəmləndirmək və yeniləşdirmək məqsədilə bu yerlərə hərbiləşdirilmiş qüvvələr köçürüb məskunlaşdırmağı qərara aldı. Kənd və buxta öz təbii gözəlliklərinə görə Gəlincik adlanırdı. Amma bu adı rus dilinə bu yerlər fəth olunandan sonra sadəcə "nevesta" gəlin yox, "belaya nevesta" (ağ gəlin) kimi tərcümə edirlər. Bu da bahar gələndə Gəlinciyin başdan başa ağ çiçəklərə-şükufələrə bürünməsi ilə bağlıdır. "Bizim sanatoriya çiçəklənmiş armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında itib batmışdır. Deyirlər ki, bu yerlərin keçmiş sakinləri olan çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı Ağ gəlin olmuşdur. Necə əziz, necə dəqiq addır. Belə ki, bu addan Padşah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaşa axıb süzülən Şərq poeziyasının koloritli dilinin ətri gəlir" deyə yazıçı Kuprin yazırdı.
Qelencik
Gelencik — Rusiya Federasiyasında yerləşən, şəhər Krasnodar diyarına daxildir. == Tarixi == Qara dənizin Gəlincik buxtasında yerləşir. Kırım müharibəsinin məğlubiyyətindən sonra çar hökuməti Qara dəniz sahilləri üzərindəki qalaları möhkəmləndirmək və yeniləşdirmək məqsədilə bu yerlərə hərbiləşdirilmiş qüvvələr köçürüb məskunlaşdırmağı qərara aldı. Kənd və buxta öz təbii gözəlliklərinə görə Gəlincik adlanırdı. Amma bu adı rus dilinə bu yerlər fəth olunandan sonra sadəcə "nevesta" gəlin yox, "belaya nevesta" (ağ gəlin) kimi tərcümə edirlər. Bu da bahar gələndə Gəlinciyin başdan başa ağ çiçəklərə-şükufələrə bürünməsi ilə bağlıdır. "Bizim sanatoriya çiçəklənmiş armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında itib batmışdır. Deyirlər ki, bu yerlərin keçmiş sakinləri olan çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı Ağ gəlin olmuşdur. Necə əziz, necə dəqiq addır. Belə ki, bu addan Padşah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaşa axıb süzülən Şərq poeziyasının koloritli dilinin ətri gəlir" deyə yazıçı Kuprin yazırdı.
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Alancıq (Mərənd)
Alancıq (fars. النجق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,408 nəfər yaşayır (333 ailə).
Gelencik buxtası
Gelencik buxtası — Qara dənizin şimal-şərq sahilində donmayan buxta. Qədim dövrlərdən hərbi və ticarət məqsədləri üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində ümumrusiya əhəmiyyətli kurort ərazisi kimi inkişaf etməyə başladı. Buxta1829-cu ildə Rusiya İmperiyasının tərkibinə daxil oldu. İnzibati cəhətdən buxta Rusiyanın Krasnodar diyarının bir hissəsidir. Körfəzin su sahəsi donmayan olduğundan, bir çox su quşları üçün vacib qışlama və yuvalama yeridir. Hazırda körfəzin sahilləri sıx məskunlaşıb və güclü antropogen təsirə məruz qalır. == Coğrafiyası == Gelencik buxtası Qara dənizin şimal-şərq hissəsindədir və at nalı şəkilli formaya malikdir. Dərinliyi azdır. Körfəzin qərb sahili alçaq, təpəlikdir və tədricən dənizə enir.
Vasili Erençin
Vasili Erençin (tuvaca: Василий Лүдүп-оглу Эренчин d. 17 fevral 1917 – ö. 21 iyul 1961) – Tuvanın Salçak bölgəsinin Kalbak-Hadı adlı yerdə anadan olmuş tuvalı şair və mənzum əsərlər müəllifidir. == Həyatı == Erençin 17 fevral 1917-ci ildə Tuvanın o zamankı adı ilə Salçak bölgəsinin Kalbak-Hadı məntəqəsində anadan olmuşdur. Yeni Tuva yazısını öyrənmiş və Dağ-Altay ölkəsinin Oyrot-Tura adlı məntəqəsində texniki müəlliklik bölməsini bitirmişdir. Yeni Tuva yazsını xalqa öyrətmişdir. Sagaan-Arıg, Erzin, Teş-Hem məntəqələrində müəllimlik və məktəb müdirlik etmişdir. Tuvanın sənaye nazirliyində, Sıstıq-Hem beldesində çalışmışdır. O, həmçinin “Şın” qəzetində də fəaliyyət göstərmişdir. İlk şerini 1933-cü ildə “Şın” qəzetində yayımlamışdır.
İhsan Əliaçıq
Rəcəb İhsan Əliaçıq (d. 23 dekabr 1961, Kayseri) — türk yazıçı, təfsirçi və mütəfəkkir. Yazılarıyla Antikapitalist Müsəlmanlar adıyla tanınan İslami-siyasi meydana gəlmənin nəzəri infrastrukturunu inkişaf etdirdi və bu hərəkətə sahib çıxdı.Kayseri və Kırşəhərdeki dəyişik məktəblərdə ilk, orta və lisey təhsili 1980-ci ildə tamamlayan Əliaçıq, Ərciyəs Universiteti İlahiyyat Fakültəsində 1985-1990-ci illərdə oxudu. İlahiyyat Fakültəsindən məzun olmadan ayrılaraq müstəqil yazıçılıq həyatına başladı. Kayseri Gündəm, Gerçək Həyat, Dəyişmə, Yer üzü, Məlumat və Düşüncə, Sabah, Özgün İradə, Məlumat Adam, Zaman kimi bir çox qəzet və jurnalda yazdı. 20 qədər kitabı nəşr olunmuşdur. Evli və beş uşaq atası olan Əliaçıq, Ərəb dili bilməkdə və İstanbulda yaşayır. Türkiyə jurnalisti Əhməd Hakan 14 mart 2007-ci il tarixli Hürriyet qəzetində nəşr olunan yazısında İhsan Əliaçıqdan təriflə bəhs edərkən, özünə "tabu yıxan" sifətini uyğun tapmışdır.
Ələviq (Kəleybər)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Ələviq (Vərziqan)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə).
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Fuego (Eleni Fureyra mahnısı)
Fuego (azərb. Atəş‎) — Kiprin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarı Aleks Papakonstantinu və eyni zamanda Qeraldo Sandell, Viktor Svensson, Andej Vretov və Didrik tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012-ci ildə Kiprin Avroviziya mahnılarını yazmışdır.