ələkçi

is. tamiseur m

◊ ~nin qıl verəni flagorneur m, flatteur m, laudateur m

ələk-vələk
ələkçilik
OBASTAN VİKİ
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Ələkçilər (Kurbe)
“Ələkçilər” (fr. Les Cribleuses de blé) — 1853 cü ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə realizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Nant İncəsənət muzeyində sərgilənən bu tablonun ölçüləri 131 × 167 sm-dir. Tablo Qüstav Kurbenin Ornan kənd həyatından bəhs edən silsilə əsərlərindəndir. Kurbe əsərdə çətin kənd həyatını təsvir etməyə çalışmışdir. Digər tərəfdən isə o, çalışmışdır ki, təsvir olunan qadın əməyini bir o qədər də yorucu göstərməsin. Kurbe kənd qızının öz işinə həvəslə yanaşmasını lirik bir əhval ruhiyyədə təsvir etmişdir. O, məhdud qammalı rənglərdən istifadə edərək, mərkəzi fiquru isə qırmızı rəngli paltarda təsvir etmişdir. Kurbe bu əsərindəki personajları təsvir etmək üçün öz bacıları: Zoya (xəlbirli qız) və Jülyettadan ( yerdə oturaraq bğda arıtdayan) model kimi istifadə etmişdir.

Digər lüğətlərdə