Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov; 17 dekabr 1964, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983–1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb.
Elbariz Məmmədli
Elbariz Məmmədli — şair, publisist. == Həyatı == Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir. 1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı kitabı 1993-cü ildə, "Mən savaşa çağırıram" kitabı 2006-cı ildə, "Dünya iki rəngdədir" kitabı 2010-cu ildə çap olunub.Sonrakı illərdə Vasif Sülüymanla birgə yazdığı, dəmiryolçuların fəaliyyətindən bəhs edən "Məxmər yolların sirri" , " Bitməyən ömür karvanı" və "Mənim nağıllı dünyam" (2023) kitabları nəşr olunub.
Alarix
Alarix bunlara aid olunur: == Ad == Alarix (ad) — german dillərində ad. I Alarix — vestqotların kralı. II Alarix — vestqotların kralı. Alarix və Erik — İsveçin əfsanəvi kralları. == Digər == HMS Alaric (P441) — Britaniya Kral Donanmasının sualtı qayığı.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Pariz
Pariz və ya Bariz— İranın Kirman ostanının Sircan şəhristanının Pariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,527 nəfər və 1,231 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiəmüsəlmandırlar.
Larix
Qara şam (lat. Larix) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Elbric Cerri
Elbric Cerri (ing. Elbridge Thomas Gerry 17 iyul 1744 – 23 noyabr 1814) — Amerika Birləşmiş Ştatlarının 5-ci vitse-prezidenti.
I Alarix
Alarix (ən tezi 365 və ən geci 370 – dekabr 410, Kosensa, Qərbi Roma imperiyası) — Vestqot hökmdarı və sərkərdəsi. == Haqqında == Alarix germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfalarından biri olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin başçılığı ilə üsyan etdilər və onu konunq - kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu. Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq, Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini vestqotların məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qalları Alarixin tərəfinə keçdilər.
Ipomoea learii
Hindistan ipomeyası (lat. Ipomoea indica) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011)—Azərbaycan şairi. == Həyatı == Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb. Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Elara (peyk)
Elara — Yupiterin təbii peyklərindən biridir. Çarlz Dillon Perrena tərəfindən 1905-ci ildə kəşf edilmişdir. Yupiterin 8-ci ən böyük peykidir. Adı Yunan tanrılarında Zevsin sevgililərindən biri olan Elaradan gəlir. 1975-ci ilə qədər Yupiter VII olaraq adlandırılmışdır.
Elgiz Abbaslı
Elgiz Abbaslı (21 may 1998, Sabirabad rayonu – 8 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elgiz Fuad oğlu Abbaslı 1998-ci il mayın 21-də Sabirabad rayonu Cavad kəndində anadan olub. == Hərbi xidməti == Elgiz Abbaslı 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgiz Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elgiz Abbaslı oktyabrın 10-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.
Elgiz Hüseynzadə
Elgiz İbrahim oğlu Hüseynzadə (28 oktyabr 2001, Bəyimsarov, Tərtər rayonu, Azərbaycan — 22 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Hüseynzadə 28 oktyabr 2001-ci ildə Tərtər rayon Bəyimsərov kəndində dünyaya gəlib. Əslən kəlbəcərli idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elgiz Hüseynzadə Füzulinin azad edilməsində savaşıb. 22 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Tərtərdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Hüseynzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgiz Kərimov
Elgiz Kərimov (5 yanvar 1971, Bərdə rayonu – 12 mart 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı. == Döyüşlərdə iştirakı == Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi.
Elgiz Mehtiyev
Elgiz Şahin oğlu Mehtiyev (1 mart 1999, Bəylər, Saatlı rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1 mart 1999-cu il tarixində Saatlı rayonunun Bəylər kəndində anadan olub. 2006—2014-cü illərdə Bəylər kənd ümumi orta məktəbində təhsil alıb. 2016-cı ildə hərbiyə yollanan Elgiz, TərTər rayonunun "N" saylı hərbi hissəsində qulluq edib. === Ailəsi === Atası - Şahin Mehdiyev Anası - Elbəniz Mehdiyeva == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elgiz Mehtiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgiz Mehtiyev noyabrın 5-də. Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgiz Salahlı
Elgiz Nurəddin oğlu Salahlı (11 sentyabr 1992; Beyləqan, Azərbaycan — 6 oktyabr 2020; Füzuli-Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Salahlı 11 sentyabr 1992-ci ildə Beyləqan şəhərində Nurəddin Salahovun və Afət Salahovanın ailəsində anadan olmuşdur. 1998-2009-cu illərdə Beyləqan şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2016-cı il təvəllüdlü Dəniz adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Elgiz Salahlı 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elgiz Salahlı müddətdən həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Elgiz Əkbər
Elgiz Əkbər (1974, Yaroslavl vilayəti) — aparıcı. == Haqqında == Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan,hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır. Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub.
Fariz Abdullayev
Fariz Abdullayev — Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi. 4 qat Beynəlxalq Seminar təmsilçisi, 2 qat Beynəlxalq Döyüş Növləri Festivalı iştirakçısı, Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustası. == Həyatı == Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Həmçinin 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2010–2011-ci illərdə hərbi xidmətini başa vurub. Evlidir, bir övladı var. Həvəskar olaraq musiqi fəaliyyəti ilə də məşğuldur. == Karyerası == Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə Real Aykido idman növünə gətirir.
Fariz Babayev
Fariz Babayev (nefroloq)
Fariz Bədəlov
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.
Elazığ
Elazığ — Türkiyənin Elazığ ilinin inzibati mərkəzi. Şərqi Anadolu regionunun Yuxarı Fərat bölməsində yerləşir. == Etimologiya == Elazığ ili eramızdan əvvəl 4000-ci ildə qurulan Harput şəhərinin düzənlikdəki davamıdır. Bu səbəbdən illər boyu Harput adlanırdı. Böyük Səlcuq imperatorluğunun hökmranlığının Anadoluya keçməsi ilə Harputun türk yurduna çevrilməsində ən mühüm döyüşün Malazgird döyüşü olduğu şübhəsizdir. Əslində Harput və ətrafı Malazgird döyüşündən sonra türklərin əlinə keçdi və bölgədə Böyük Səlcuq imperatorluğuna tabe olan Çubukoğulları bəyliyi quruldu (1085). Harput türklər tərəfindən alınana qədər sadəcə möhkəmləndirilmiş qala olaraq qalan bu yer türklərlə böyüyən bir şəhərə çevrildi. Çubukoğulları bəyliyinin hakimiyyəti uzun sürməmiş, daha sonra 1110-cu ildə Artukoğulları dövrü başlamışdır. Bir müddət sonra Harput Artuqluları kimi tanınan müstəqil bir bəylik quruldu. Harput 1230-cu ildə monqollar tərəfindən tutuldu və 1234-cü ildən etibarən Anadolu Səlcuqlu İmperatorluğunun hakimiyyəti altına keçdi.
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Elazıq (il)
Elazığ ili — Türkiyədə il. Elazığ şərqi Anadolu bölgəsində yerləşmiş olub, şimalında Tunceli, şərgində Bingöl, cənubunda Diyarbəkır və qərbində Malatya illəri yerləşir.
Elazığ ili
Elazığ ili — Türkiyədə il. Elazığ şərqi Anadolu bölgəsində yerləşmiş olub, şimalında Tunceli, şərgində Bingöl, cənubunda Diyarbəkır və qərbində Malatya illəri yerləşir.
Poyraz, Elâzığ
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Poyraz (Elazığ)
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Əlvari çayır