Elgiz İbrahim oğlu Hüseynzadə (28 oktyabr 2001, Bəyimsarov, Tərtər rayonu, Azərbaycan — 22 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elgiz Hüseynzadə | |
---|---|
Elgiz İbrahim oğlu Hüseynzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bəyimsarov, Tərtər rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Tərtər |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Elgiz Hüseynzadə 28 oktyabr 2001-ci ildə Tərtər rayon Bəyimsərov kəndində dünyaya gəlib. Əslən kəlbəcərli idi.[2]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elgiz Hüseynzadə Füzulinin azad edilməsində savaşıb. 22 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Tərtərdə dəfn edilib.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Hüseynzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]