Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacarıq Ferması
Yeni istedadlar akademiyası - Zak və Kodinin gəmidəki macəralarının prodüserliyi ilə Den Siqner tərəfindən yaradılmış orijinal Disney Channel serialıdır. 2010-cı ilin noyabr ayının ortasında serialın anonsu verilmiş və çəkilişlər 2011-ci ildə başlanmışdır. Serial 17 iyun 2011 - də ekrana çıxmışdır. Serialın premyerası 6 may 2011-ci ildə Zak və Kodinin gəmidəki macəralarının final hissəsindən sonra olmuşdur.
Cəsəd ferması
Cəsəd ferması çürümənin (insan vücudunun çürüməsinin) müxtəlif parametrlərdə öyrənilə biləcəyi tədqiqat ərazisidir. Bu ərazilər 1972-ci ildə Viliam Bas adlı antropologist tərəfindən insan vücudunun cürümə prosesi haqqında nə qədər az məlumata sahib olunduğunu görəndən sonra ixtira edilmişdir. Bundan əvvəl 1970-ci illərdə hələ də çürümə prosesinin öyrənilməsində donuzlar istifadə edilirdi. Məqsəd çürümə prosesinin daha yaxşı başa düşülməsi, insan qalıqlarından ölümün necə və nə vaxt baş verdiyi kimi informasiyaları əldə etmək üçün olan texnikaların inkişafına zəmin yaratmaqdır. Cəsəd ferması tədqiqatı ədli antropologiya və əlaqəli sahələrdə maraq doğurur və hüquq-mühafizə və ədli tibb sahələrində tədbiq edilir. Cəsədləri işçilərin qarşısına çıxacaq şəkildə yerləşdirmək tədqiqatçıların çürümə prosesini daha yaxşı anlamalarına şərait yaradır.
Fəramiz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. == Həyatı == Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Atatürk Meşə Ferması
Atatürk Meşə Ferması (əvvəllər Meşə Ferması və Qazi Meşə Ferması) — Mustafa Kamal Atatürkün 5 may 1925-ci ildə, Ankarada müasir bir ferma qurulması üçün verdiyi təlimat ilə qurulmuşdur. Türkiyəni müstəqilliyə qovuşdurduqdan sonra, "Milli iqtisadiyyatın təməli əkinçilikdir. Bunun üçündür ki əkinçilikdə inkişafa böyük əhəmiyyət verməliyik. Kəndlərə qədər yayılacaq proqramlı və praktik işlər bu məqsədə çatmağı asanlaşdıracaq. Lakin bu həyati işi isabətlə məqsədə çatdıra bilmək üçün, əvvəlcə ciddi dərslərə söykənən bir əkinçilik siyasəti tətbiq etmək və onun içində hər kəndlinin və bütün vətəndaşların asanca qavraya biləcəyi və sevərək tətbiq edə biləcəyi bir əkinçilik rejimi qurmaq lazımdır" deyərək əkinçiliyə verdiyi prioriteti ifadə etmişdir. "Yaşılı görməyən gözlər rəng zövqündən məhrumdur. Buranı elə ağaclandırın ki kor bir insan da yaşıllıqlar arasında olduğunu fərq etsin" deyərək Atatürk Meşə Fermasının qurulmasına öncüllük etmişdir. Atatürk ölkənin tanınmış əkinçilərini Çanqaya köşkünə çağıraraq Ankara ətrafında müasir bir ferma qurmaq istədiyini bildirmiş və bu məqsədəuyğun bir ərazi tapmalarını əmr etmişdi. Tamamlanmasının ardından Atatürk, bu fermanı dövlət xəzinəsinə bağışlamış və bu gün də "Dövlət Əkinçilik İşlətmələri" adı altında fəaliyyətini davam etdirməkdədir.
Dayo vasabi ferması
Dayo vasabi ferması (大王わさび農場, Daiō Wasabi Nōjō) – Yaponiyanın Naqano prefekturasının Azumino şəhərində yerləşən, əsası 1915-ci ildə qoyulan vasabi ferması. Ferma su dəyirmanlarına və çaylarına görə turistlərin axınına məruz qalır.Fermadakı bir restoran vasabi dadlı dondurma və digər vasabi məhsulları təklif edir.Yaponiyadan xaricdə ferma Akira Kurosavanın "Yuxular" filmində (1990) "Su dəyirmanları" seqmentində görünməsinə görə tanınır.Dayo Yaponiyanın ən böyük ferması, eləcə də, ən böyük vasabi fermasıdır. Sahəsi 15 hektardır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Dayo vasabi ferması ilə əlaqəli mediafayllar var.
Xanımın ferması (roman)
Xanımın ferması — Orxan Kamalın üç cildlik romanıdır. Kitab Hadisə var, Xanımın ferması və Qaçaq cildlərindən ibarətdir. == Məzmun == Romanın birinci cildi olan Hadisə var, müəllif tərəfindən 20 gündə yazılmışdır. Əsər məşhur mədəniyyət sahəsində də diqqəti cəlb etmişdir; Türkiyə televiziyasında serial olaraq iki fərqli adaptasiya yayımlandı. Romanda Çukurovadakı insanların həyatından bəhs edilir. Romanın cildlərindəki süjet bir-biri ilə bağlıdır. Məsələn: Hadisə var romanında başlayan süjet Xanımın fermasında davam edir.