Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Masonluq
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Nasoslu
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-cı ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.Əvvəlki adı Nasoslu olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək azərbaycanlı neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə "Hacı Zeynalabdin" adlandırılmışdır.
Masonçu
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Nasoslu silah
Nasoslu silah, istifadə edilmiş olan bir döyüş sursatının gilizini çıxarmaq və yeni bir döyüş sursatını atəş açmağa uyğunlaşdırmaq üçün bir irəli və geriyə hərəkət etdirmək mexanizmi ilə işləyən bir silahdır. Yenidən yükləmə zamanı tətiyin buraxılmasını tələb etmədiyindən, qurmalı silahdan və manivelalı silahlardan daha sürətlidir.
Sasunlu igidlər
Sasunlu David (erm. Սասունցի Դավիթ, Sasuntsi David; digər adlar Սասնա ծռեր, Sasna tserer, «Sasunlu igidlər», «Coşğun sasunlular» və Ջոջանց տուն, Cocants tunı, «Böyüklər evi», «Əcdadlar evi») — orta əsr erməni dastanı. Dastan Sasun (tarixi Ermənistan vilayətində yer, indi Türkiyədə yerləşir) döyüşçülərinin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edir. VIII–X əsrlərdə formalaşmışdır. Dastan dörd qoldan ibarətdir: birincisi – Sanasar və Bağdasar, ikincisi – Böyük Mher, üçüncüsü – David, dördüncüsü – Gənc Mher. Dastan ilk dəfə 1873-cü ildə xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alınmışdır. Hal-hazırda Ermənistanın müxtəlif bölgələrində qeydə alınan dastanın əlli variantının akademik nəşri mövcuddur. == İstinadlar == == Xarici keçidlər == Под ред. Е. М. Жукова. "давид сасунский" // Советская историческая энциклопедия.
Sasunlu David (dastan)

Sasunlu David (personaj)
Sasunlu David (erm. Սասունցի Դավիթ, Sasuntsi Davit) — Ermənistanın eyniadlı dastanının əsas qəhrəmanı. Dastanda personaj ərəb işğalçılarını Ermənistandan qovmuşdur.
Sonlu elementlər üsulu
Sonlu elementlər üsulu (SEÜ)- tətbiqi fizikanın ədədi həll üsuludur. Deformasiya oluna bərk cism mexanikası, istilik mübadiləsi prosesləri, hidrodinmaika və elektrodinamikada bu üsuldan geniş istifadə olunur. Qoyulmuş çətin həll olunan texniki məslələrin həlli təqribi olaraq sərhəd şərtlərinə malik elliptik differensial tənliklərin köməyi ilə aparılır. Bu mühəndislikdə müasir hesablama üsullarından sayılır. == Üsulun mahiyyəti == Hesablama riyaziyyatı baxımından sonlu elementlər üsulunun mahiyyəti ondan ibarətdir ki, məsələnin funskionallığının minimallaşdırılması ayrı-ayrılıqda alt sahələrdə müəyyən olunmuş funksiyalar toplusu kimi baxılır və sistemin ədədi anlaizi onu tam bir vahid kimi nəzərə alır. == Üsulun yaranma tarixi == Sonlu elementlər üsulunun yaranması 1950-ci ildə kosmik məsələlərin həlli ilə bağlıdır. Bu üsul tikinti mexanikası və sərtlilik nəzəriyyəsindən məlum olmuş, sonralar isə onun riyazi əsası işlənmişdir. SEÜ əsas təkanı 1963-cü ildə tikinti mexanikasında potensial enerjinin minimallaşdırlması ilə sisitemin həllini tarazlığın xətti asılılıqları ilə əvəz olunmasına gətirilməsinin Reley-Rits üsulunda sübutundan sonra almışdır. SEÜ minimallaşdırma ilə əlaqəsini sübut edəndən sonra o Laplas və Puasson düsturları ilə ifadə olunan məsələlərə də tətbiq olunmağa başaldı. Getdikcə SEÜ geniş tətbiqi və onun riyazi əsasınn genişləndirilməsi bu üsulla çətin həll olunan differensial tənliklərin həllinə də şərait yaratmışdır.