Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faust
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər. == Qəhrəman haqqında == 1540-1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş,səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır.
Fausto Zonaro
Fausta Zonaro — (d. 18 sentyabr 1854, Padua — ö. 19 iyul, 1929 San-Remo), italyan rəssam. II Əbdülhəmidin dövründə saray rəssamı olaraq Osmanlı sarayında çalışmış orientalist bir rəssamdır. Tarix, müharibə, dəniz, mənzərə və portretlə yanaşı xüsusilə "türk rəssamı" olaraq tanınır. == Həyatı == 1895-cü ildə Avstrya imperiyasının bir hissəsi olan Padova şəhərinin Masi bölgəsində dünyaya gəlmişdir. Atası, hörgü ustası olub. Gəncliyində atasının yanında divar və bina qurulması işlərində çalışmış və məşhurlaşmışdır. 1879-ci ildən etibarən Masi yaxınlarındakı Lendinarada bir texniki məktəbdə 3 il rəsm dərsi aldı. Bu məktəbi bitirdikdən sonra dövrün irəlidə gedən rəsm akademiyalarından olan Akkademia Cignaroliyə qəbul olmuş, məşhur rəssam Napaleon Naninin şagirdi olmuşdur.
Con Faulz
Con Faulz (ing. John Robert Fowles ; 31 mart 1926[…], Li-on-Si[d], Birləşmiş Krallıq – 5 noyabr 2005[…], Laym-Recis[d], Birləşmiş Krallıq) — İngiltərə yazıçısı. == Həyatı == == Yaradıcılığı == İngilis yazıçısı Con Faulz, "Fransız generalın qadını" adlı romanında, Çarlz adlı varlı bir zadəganın Sara adında bir xidmətçiyə bir anda aşiq olub, onun birdən-birə itməsindən sonra içindəki o haradan gəldiyi müəyyən olmayan böyük bir inamla illərcə bu əsrarəngiz qadının axtarmağa başlayır. Həyatda olduğunu belə bilmədən, şəhər – şəhər gəzərək, günlərlə, aylarla onu axtarır . Nə olursa olsun Çarlzın içindəki inanc bitmir, çünki tək dayağı o idi. Təəssüf ki, görə bilmədiyi bir şeyə inanmışdı.
Faust (opera)
"Faust" ya "Marqarita" (fr. Faust) — fransız bəstəkarı Şarl Fransua Qunonun 4 pərdəli opera əsəri. Operanın librettosu Jül Barbye, Mişel Karre tərəfindən Yohann Volfqanq Götenin "Faust" dram poemasının birinci hissəsinin süjeti əsasında yazılmışdır. "Faust" operasının ilk primyerası Parisin “Teatr lirik” səhnəsində 19 mart 1859-cu ildə oynanılmışdır. == Yaranma tarixi == Götenin “Faust” dram-poemasının süjeti əsasında Qunonun opera yazmaq fikiri hələ 1839-cu ildə olmuşdur. Lakin həyata keçirmək 17 il sonra mümkün olmuşdur. Librettonu yazmaq üçün Jül Barbye, Mişel Karre böyük həvəslə razılıq verirlər. Bəstə üzərində iş bitər-bitməz Parisin teatrlarında melodram Faust peyda olur. Sifarişçi rəqabətdən ehtiyatlanaraq operanı tamaşaya qoymaqdan imtina edərək Qunoya yeni bir opera yazmağı təklif edir. Bundan ruhdan düşməyən Şarl Quno operanın üzərində axıra qədər işləyərək bitirir və 19 mart 1859-cu ildə Parisdə səhnəyə qoymağa müfəssəl olur.
Dryu Qilpin Faust
Dryu Qilpin Faust (18 sentyabr 1947[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ tarixçisi, Harvard Universitetinin ilk qadın rektoru. 8 fevral 2007-ci ildə Lavrens Summersin ardından rektorluğa seçilmişdir. İlk açıqlamasında Mən Harvard Universitetinin qadın rektoru deyiləm, Mən Harvard Universitetinin rektoruyam deyərək gərginliklərin onun dövründə yumşayacağını bildirdi. == Seçilmiş əsərləri == This Republic of Suffering: Death and the American Civil War (Knopf, 2008) ISBN 978-0-375-40404-7 Mothers of Invention: Women of the Slaveholding South in the American Civil War (University of North Carolina Press, 1996) ISBN 978-0-8078-5573-7 Southern Stories: Slaveholders in Peace and War (University of Missouri Press, 1992) ISBN 978-0-8071-1606-7 The Creation of Confederate Nationalism: Ideology and Identity in the Civil War South (Louisiana State University Press, 1982) ISBN 978-0-8071-1248-9 James Henry Hammond and the Old South: A Design for Mastery (Louisiana State University Press, 1982) A Sacred Circle: The Dilemma of the Intellectual in the Old South, 1840–1860 (University of Pennsylvania Press, 1977) ISBN 978-0-8122-1229-7 == Xarici keçidlər == Official website Arxivləşdirilib 2007-06-30 at the Wayback Machine — Harvard Universiteti Drew Gilpin Faust ’68 to Lead Harvard Arxivləşdirilib 2007-03-11 at the Wayback Machine The Search for Harvard's Next Leader: The inside story on how the Corporation's second choice became the next president of Harvard.
Drü Qilpin Faust

Mantissa (Con Faulz)
Mantissa — Con Faulzın 1982-ci ildə nəşr olunan kitabı == Məzmun == Müəllif və onun ilham pərisi arasında mürəkkəb, lakin eyni zamanda zorakılıq və şəfqətlə dolu olan qədim münasibətini təsvir edir. Pərinin rəssamla münasibəti gərgin həssaslıqla dolu olsa da, mövcud həyatda daha mürəkkəb bir emosional dalğaya çevrilir. Con Faulz Mantisada toxuduğu nazik, lakin güclü torda ədəbiyyatı, sevgini və erotizmi müxtəlif müstəvilərdə bir araya gətirsə də, həm əyləndirməkdən, həm də oxucunu düşündürməkdən əl çəkmir.
Faust və Marqarita (film, 1897)
Faust və Marqarita (fransızca: "Faust et Marguerite") — qısametrajlı ilk filmlərdən biridir. Səssiz filmdir. Rejissoru Jorj Melyesdir. İstehsal edildiyi 1897-ci ildə göstərilən film kino tarixinin ilk filmləri sırasındadır. == Xarici keçidlər == Faust və Marqarita — Internet Movie Database saytında.
Fakültə
Fakültə (alm. Fakultät‎, lat. facultas - "mümkünat, qabiliyyət") — ali məktəblərdə tələbə, magistr hazırlığını və ali təhsildən sonrakı ixtisas artırmanı həyata keçirən elmi- tədris və inzibati struktur. Fakültələrdə bir qayda olaraq bir və ya bir neçə yaxın ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. Fakültələr həmçinin onların tərkibində olan kafedraların elmi- tədqiqat fəaliyyətinə də rəhbərlik edirlər. == Dünya universitetlərində kafedra analoqları == Dünyanın bir çox ölkə universitetlərində fakültələr mövcuddur. Ancaq bəzi universitetlərdə onlar departament, institut və kollec də adlana bilərlər.