FAKÜLTƏ

[alm.] факультет (чӀехи школада са жуьредин илимар чирун патал тайин авунвай отделение, хел).
FAKULTATİV
FAQOT
OBASTAN VİKİ
Fakültə
Fakültə (alm. Fakultät‎, lat. facultas - "mümkünat, qabiliyyət") — ali məktəblərdə tələbə, magistr hazırlığını və ali təhsildən sonrakı ixtisas artırmanı həyata keçirən elmi- tədris və inzibati struktur. Fakültələrdə bir qayda olaraq bir və ya bir neçə yaxın ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. Fakültələr həmçinin onların tərkibində olan kafedraların elmi- tədqiqat fəaliyyətinə də rəhbərlik edirlər. == Dünya universitetlərində kafedra analoqları == Dünyanın bir çox ölkə universitetlərində fakültələr mövcuddur. Ancaq bəzi universitetlərdə onlar departament, institut və kollec də adlana bilərlər.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
ADNSU Neft-mexanika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-mexanika fakültəsi (NMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir. Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur. Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər. == Təhsil == === Bakalavr ixtisasları === Materialşünaslıq mühəndisliyi Enerji maşınqayırması mühəndisliyi Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Mexanika mühəndisliyi Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Sənaye mühəndisliyi === Magistr ixtisasları === Materialşünaslıq mühəndisliyi Materialşünaslıq və materiallar texnologiyası Kompozisiya materialları Alət materialları.
ADNSU İnformasiya texnologiyalarının idarəetməsi fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == Elektronika və avtomatika; Kompüter mühəndisliyi; Cihaz mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
ADNSU İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi

Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.
Harvard Universitetinin Hüquq fakültəsi
Harvard Universitetinin Hüquq fakültəsi (Harvard hüquq məktəbi, ing. Harvard Law School) — Harvard Universitetinin bir hissəsi olan ABŞ-də ən qədim hüquq məktəbi, Kembricdə (Massaçusets) yerləşir. 1817-ci ildə əsası qoyulmuş, dünyanın ən böyük hüquq kitabxanasına malikdir və dünyanın ən nüfuzlu kitabxanalarından biri hesab olunur. == Tarixi == 1870-ci illərdə Dekan Kristofer Lenqdelin rəhbərliyi altında Amerika hüquq məktəblərində hələ də üstünlük təşkil edən hüququn tədrisi metodu işlənib hazırlanmışdır. 1900-cü ildə Amerika Hüquq Məktəbləri Assosiasiyasının yaradılmasından bəri o, akkreditasiya üçün ona müraciət etmiş hüquq məktəblərində də bu metodu təbliğ etmişdir. Bu üsul bəzi hüquqşünaslar tərəfindən tənqid olunsa da, XX əsrdə Harvard Hüquq Məktəbinin tədrisində üstünlük təşkil edirdi. 2000-ci illərdə Dekan Yelena Kaqan Lenqdel kurrikulumundan sonra əhəmiyyətli elmi dəyişikliklərə kömək etdi. 2006-cı ildə fakültə növbəti bir neçə ildə bir neçə mərhələdə həyata keçirilən və 2011-ci ildən tam tətbiq olunan yeni kurrikulumun təsdiqinə yekdilliklə səs verdi.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi
Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi (rus. Географический факультет Московский государственный университет имени М. В. Ломоносова) — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fakültələrindən biri. Fakültənin əsası 23 iyul 1938-ci ildə qoyulmuşdur. Fakültənin yaradıcısı Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmiş rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf Aleksandr Borzovdur. Tədris proqramı 4 təhsil fənnindən ibarətdir - humanitar, fundamental təbii və fundamental coğrafiya kursları, ixtisaslaşma üzrə təlim kursları. 1938—1940 — Semyon Luçkiy 1940—1941 — Boris Orlov 1941 (oktyabr — noyabr) — Andrey Qedımin 1941—1943 — İvan Vitver 1943 — Mariya Karandayeva 1943—1945 — Sergey Muraveyski 1945—1955 — Konstantin Markov 1955—1966 — Aleksandr Ryabçikov 1966—1970 — Andrey Kapitsa 1970—1980 — Aleksandr Ryabçikov 1980—1990 — Georgi Rıçaqov 1990—2015 — Nikolay Kasimov 2015-ci ildən — Sergey Dobrolyubov Hər il 15 kafedrada 1100-dən çox tələbə və 200-ə yaxın magistr təhsil alır, təxminən 230 mütəxəssis Coğrafiya fakültəsindən məzun olur. Fakültədə 9 tədqiqat laboratoriyası, 5 təhsil və elmi baza, 28 kafedral laboratoriyası fəaliyyət göstərir. Bütün coğrafi ixtisaslar üzrə doktorluq və magistr dissertasiyalarını qəbul edən 4 ixtisaslaşdırılmış şurası var.
Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi
Atatürk Pedaqoji fakültəsi (türk. Atatürk Eğitim Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1998-ci ildə Atatürk Pedaqoji fakültəsi Ali Təhsil Şurası tərəfindən ölkənin bütün təhsil fakültələri ilə birlikdə yenidən qurulmuşdur. Bu nizamlanma ilə orta təhsildə sosial, elm və riyaziyyat sahələrində müəllim hazırlayan tələbələr fənn-ədəbiyyat fakültələrində təhsil almaqları əsasa bağlandı. 2019—2020 tədris ili etibarilə Atatürk pedaqoji fakültəsinin 44 professor, 48 dosent, 40 doktor müəllim, 27 mühazirəçi, 52 tədqiqatçı köməkçi, 14 xarici mütəxəssisdən ibarət 225 nəfərlik akademik heyəti var. Bundan əlavə, 160-ı xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6402 tələbə ixtisaslı təhsil və təlim prosesi yolu ilə yaxşı təchiz olunmuş müəllim namizədi kimi yetişdirilir. Təhsil 4 ildir. Türkiyənin ən qədim və köklü pedaqoji fakültələrindən biri olan Atatürk Pedaqoji fakültəsi, Mərmərə Universitetinin İstanbulun Asiya hissəsindəki Göztəpə şəhərciyində yerləşir. Atatürk Təhsil Fakültəsinin tarixi 1848-ci ildə açılan Darülmuallimin-i Rüşdiyə əsaslanır. 16 mart 1848-ci ildə İstanbulda açılan bu məktəbin qurulmasında məqsəd Osmanlı İmperiyasının ilk mülki və müasir təhsil ocaqları olan lisey şagirdləri üçün müəllim yetişdirmək idi.
Mərmərə Universiteti Diş Həkimliyi fakültəsi
Diş Həkimliyi fakültəsi (türk. Diş Hekimliği Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 2015-ci ildə köçdüyü Mərmərə Universiteti Başıböyük səhiyyə şəhərciyində 20.000 m2 sahəsi və son nəsil texnoloji infrastrukturu ilə Avropanın aparıcı stamatoloji fakültələrindən biridir. Hər sahədə dünya səviyyəli təhsil verən, ağız və diş sağlamlığında müasir müalicə yanaşmalarını tətbiq edən fakültə, xarici ölkələrdən məzun təhsili üçün yüksək tələbat alır. 1982-ci ildə yaradılan fakültə, qədim və köklü bir tarixə sahib olan universitetdən güc alaraq sürətlə gələcəyin müasir fakültəsi səviyyəsinə çatmışdır. Bununla yanaşı, fakültədə elmi iclaslara, mədəniyyət, incəsənət və idman tədbirlərinə xüsusi əhəmiyyət verilir. Fakültə tələbələri milli və beynəlxalq tədbirlərdə iştirak edir və ev sahibliyi edir. 40 illik tarixə sahib olan diş həkimliyi fakültəsi, Ali Təhsil Şurası tərəfindən keçirilən universitet imtahanı nəticələrinə görə sıralamasında ən üst sıradadır. Bundan əlavə, stamatologiya üzrə ixtisas imtahanı nəticələrinə görə ən uğurlu fakültələrdən biridir. Mərmərə Universiteti Stomatologiya fakültəsində ağız və diş sağlamlığı xidmətləri ilə yanaşı, diş həkimliyi bakalavr təhsili, məzun təhsili və müxtəlif sahələrdə ixtisas proqramları həyata keçirilir.
Mərmərə Universiteti Tibb fakültəsi
Tibb fakültəsi (türk. Tıp Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1983-cü ildə Heydərpaşa şəhərciyində qurulmuşdur. 170 nəfərlik akademik heyəti ilə 1000-dən çox tələbəyə ev sahibliyi edir. Avropa universitetləri sisteminə oxşar olaraq komitə sistemini tətbiq edilmişdir və təhsili Beynəlxalq Akkreditasiya Şurası tərəfindən təsdiqlənmiş İstanbulda ilk və yeganə tibb fakültəsidir. Mərmərə Universiteti Tibb Fakültəsi akademik və müvəffəq ixtisaslı tibbi kadr yetişdirmək ideologiyası ilə fəaliyyət göstərir. 30 ildən artıq uzun tarixçəsi və dinamik quruluşu ilə fəaliyyət göstərən tibb fakültəsi, Şərqi Aralıq dənizi universitetləri ilə əməkdaşlıqla yanaşı Erasmus proqramı çərçivəsində "Beynəlxalq Tip Təhsil Proqramı"nı koordinasiya edir. Hər il başda ABŞ və Avropa universitetləri olmaqla, 10-dan çox Tibb fakültəsi ilə 150-dən artıq tələbə mübadiləsi həyata keçirilir.
Mərmərə Universiteti İdarəetmə fakültəsi
İdarəetmə fakültəsi (türk. İşletme Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. Dünya səviyyəsində öz iddiasını davam etdirən Mərmərə Universiteti İdarəetmə fakültəsi, 137 illik köklü bir tarixə, 2 fərqli kafedrada, türk, ingilis və alman olmaq üzərə 3 dildə, 7 bakalavr proqramı ilə 5000-dən çox tələbəyə təhsil verir. Həm qlobal, həm də türk iş dünyasının üstünlük verdiyi məzunları yetişdirən fakültə, 2018-ci ilin əvvəlindən bəri Mərmərə Universitetinin Göztəpə şəhərciyində 22.000 m2 sahəyə sahib müasir binasında təhsil və təlim fəaliyyətlərini davam etdirir. İstanbulun ən prestijli bölgələrindən biri olan Kadıköy ilçəsinin Göztəpə səmtində yerləşən şəhərciyə həm avtobus həm də metro ilə gəlmək mümkündür. 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Mərmərə Universitetinin məzunları, iş sahiblərinin türkcə idarəetmə ixtisası üzrə 1-ci, ingiliscə idarəetmə ixtisası üzrə isə Boğaziçi Universitetindən sonra 2-ci seçimi olmuşdur. Mərmərə Universiteti İdarəetmə fakültəsidir sadəcə Türkiyənin deyil, həm də dünyanın ən qədim və köklü idarəetmə məktəblərindən biridir. Dünya miqyasında idarəetmə məktəbləri 1820-ci illərdən sonra qurulmağa başlamış, ABŞ-da ilk idarəetmə fakültəsi 1881-ci ildə Pensilvaniya Universitetinin nəzdində açılmışdır. Mərmərə Universiteti İdarəetmə fakültəsinin tarixi isə 1883-cü ildə fransız təhsil sistemi nümunə götürülərək qurulan və "sahibkarlar" yetişdirməyi hədəfləyən Hamidiyyə Ticarət Məktəb-i Alisiyə qədər uzanır. Fakültə, “köklü” olaraq xarakterizə edilən və müəyyən bir təşkilati mədəniyyət və dəyər sisteminə sahib olan, inkişaf etdikləri və kök saldıqları cəmiyyətləri formalaşdıra bilən və sosial dəyişikliklər nəticəsində müasir qalmağı bacaran təşkilatlar arasındadır.
Ulduz Texniki Universitetinin İqtisadi və Siyasi Elmlər fakültəsi
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə. 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir. Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur. Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir. 1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.
Ulduz Texniki Universitetinin İqtisadi və İnzibati Elmlər fakültəsi

Yıldız Texniki Universitetinin İqtisadi və inzibati elmlər fakültəsi

İstanbul Universitetinin hüquq fakültəsi
İstanbul Universiteti Hüquq Fakültəsi — Türkiyənin ilk hüquq fakültəsidir, inzibati və akademik vahidlərlə İstanbul Universitetinin Beyazit meydanında yerləşən əsas korpusunda fəaliyyət göstərir. Türkiyə Barolar Birliyinin 22 kriteriyalı qiymətləndirməsinə görə Türkiyənin ən yaxşı hüquq fakültəsidir. Fakültənin əsasını təşkil edən Mekteb-i Hüquq-i Sultani 1878-ci ildə bağlanmışdır. Yerində qurulan Mekteb-i Hüquq 17 iyun 1880-ci ildə Ədliyyə Nazirliyinin həyətində fəaliyyətə başladı. Daha sonra 1 sentyabr 1900-cü ildə açılan Darülfünun-ı Şahane (İstanbul Darülfününü) bünyəsində bir fakültəyə çevrildi. 11 oktyabr 1919-cu ildə hüquqi və elmi muxtariyyət və 7 oktyabr 1925-ci ildə isə İstanbul Darülfününü Təlimatı ilə inzibati muxtariyyət almışdı. Darülfünun 31 iyul 1933-cü ildə ləğv edildi və İstanbul Universiteti olaraq yenidən təşkil edildi. Bu dövrdən sonra faktiki olaraq qərbli müəllimlər fakültədə işə başladılar. Həmin müəllimlər arasında Andreas Bertalan Şvarz, Ernest Eduard Hirş ve Riçard Honq kimi nasist Almaniyasından qaçmaq məcburiyyətində qalan professorlar da var idi. Fakültədə Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosesi, ümumi Dövlət hüququ, Hüquq fəlsəfəsi, Hüquq sosiologiyası, Roma hüququ, Hüquq tarixi, İnzibati hüquq, İnsan hüquqları, Əmək hüququ, Sosial təminat hüququ, Maliyyə hüququ, Sivil hüququ, Mülki prosessual hüquq, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq, Kommersiya hüququ, Dəniz ticarəti hüququ, Sığorta hüququ, Avropa İttifaqı hüququ, müqayisəli hüquq bölmələri, eyni zamanda Cinayət hüququ, Cinayət prosesi şöbələrinin nəzdində Kriminologiya fəaliyyət göstərir.
Ankara Universitetinin Baytarlıq fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur. 2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır. 18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb. Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir.
Ankara Universitetinin Politologiya fakültəsi
Məktəb-i Mülküyə və ya qısaca Mülküyə — Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinin tarixi adıdır. Osmanlı Dövləti dövründə vətəndaş idarəçi sinifini yetişdirmə məqsədi ilə açılmış olan məktəb Türkiyədə İqtisad, müəssisə, Maliyyə, Beynəlxalq münasibətlər, İş İqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi və Siyasət Elmi sahələrində təhsil verən ən köklü təhsil təşkilatıdır. İstanbulda 1859-cu ildə (I Əbdülməcid dövründə) qurulan Mekteb-i Mülküyə, respublika dövründə Ankaraya daşınmışdır və hal-hazırda, Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinə çevrilmiş olaraq təhsilini davam etdirməkdədir. == Tarixçə == İlk il 50 şagird alması qərarlaşdırılan məktəbin ilk direktoru "Camal bəy" oldu. Camal bəyin bir illik müdirliyinin sonra 1877-yə qədər Müderris Hilmi Əfəndi müdirlik etdi. Qəbul edilən şagird sayı 1864-də 100-ə çıxarıldı. Məktəb, ilk məzunlarını 1861-ci ildə verdi. İki il əvvəl 50 adamın alındığı məktəbdən 33 nəfər məzun olmuşdu. Məktəb birincisi olan Çeşmeli Mehmet Sirri Əfəndi öz tercihiyle Preveze Qəzası Müdiri olaraq təyin edildi və ilk mülkiyeli idarə komandiri olaraq tarixə keçdi. O il nümayiş olunan bir iradə ilə bundan belə qəza Müdirliklərindən və Liva kaymakamlıklarına Mekteb-i Mülküyə məzunu olmayanların alınmayacağı eşitdirildi.
Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi
Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi—Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi (keçmiş Şərqşünaslıq Fakültəsi) Oksford Universitetinin alt bölməsidir. == Fəaliyyət sahəsi == Fakültə siyasət, dil və mədəniyyətə diqqət yetirərək müasir və tarixi Asiya və Yaxın Şərq tədqiqatları üzrə geniş spektrli tədqiqat və tədrislə məşğul olur. Fakültənin əsas binası Eşmol Muzeyi və Sakler Kitabxanasının yaxınlığında, Pyuzi küçəsində (Pusey lane) yerləşir, fakültənin bəzi tədqiqat mərkəzlərinin Oksfordun başqa yerlərində öz binaları var (Oksfordda, Müqəddəs Antoni Kollecində, yerləşən Yaxın Şərq Mərkəzi kimi). Fakültə Oksford Universitetinin Humanitar Elmlər Bölməsinin bir hissəsidir. Fakültənin tələbələr və professorlar üçün öz kitabxanası fəaliyyət göstərir ki, bura həm müvəqqəti materialları götürməyə icazə verən kitabxana, həm də Bodlian Kitabxanasının oxu zalıdır. Fakültə 1 avqust 2022-ci ilə qədər Şərqşünaslıq fakültəsi kimi tanınırdı, müstəmləkəçilik çağırışdıran ifadə hesab edildiyi üçün Şərqşünaslıq fakültəsi adı 2022-ci 1 avqust tarixdə Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi adı ilə əvəz olunmuşdur. == Alt bölmələr == Fakültə tədqiqat sahəsinə görə üç alt fakültəyə ayrılır: === Orta Şərq Araşdırmaları Alt Fakültəsi. Ehtiva edir: === İslam dünyası şöbəsi Müasir Yaxın Şərq Tədqiqatları şöbəsi İbrani və Yəhudi Tədqiqatları Şöbəsi (Oksford İbrani və Yəhudi Araşdırmaları Mərkəzində qərarlaşır) Misirşünaslıq və Qədim Yaxın Şərq Tədqiqatları Şöbəsi (Griffith İnstitutunda qərarlaşır) === Cənubi və Mərkəzi Asiya Araşdırmaları bölməsi. Ehtiva edir: === Hind və Urdu siyasəti, dili və mədəniyyəti Sanskrit (klassik və Vedik) Tibet və Himalay Kulturoloji Araşdırmaları === Şərqi Asiya Tədqiqatları Alt Fakültəsi (Eşmelo Muzeyinin Şərq İncəsənət Departamentində yerləşir). ===
Bakı Slavyan Universitetinin Humanitar və sosial elmlər fakültəsi
Bakı Slavyan Universitetinin Təhsil fakültəsi
Türkiyədə Hüquq fakültələrinin siyahısı
Türkiyədə hüquq fakültələrinin siyahısı məqalədə təqdim olunub.
Türkiyədəki hüquq fakültələrinin siyahısı
Türkiyədə hüquq fakültələrinin siyahısı məqalədə təqdim olunub.

Digər lüğətlərdə