Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firavan Əsgərov
Firavan Xanbala oğlu Əsgərov (14 mart 2001, Surra, Sabirabad rayonu – 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. == Hərbi xidməti == 2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Andiçmədən sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az.-əbcəd سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Firuzan
Firuzan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Xəzəl bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,054 nəfər və ya 1,069 ailədən ibarət idi.
Gilavan
Gilavan (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Xanəgah-i Gilavan — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Goravan
Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan, Qafqazın 5 verstlik xəritəsində Goravan kimi qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə , urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimi qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edir. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.
Mirhavan
Mirhavan — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Noravan
Noravan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Xiyavan
Xiyavan - Təbriz şəhərinin məhəllələrindən Xiyavan (həmçinin Xiyaban, Farsça: خیابان) Təbrizin ən əhəmmiyətli və tarixi məhəllələrindəndir və Təbrizin mərkəzindədir. Xiyavan məhəlləsi, Mydan çay, Maralan məhəlləsi və Azadlıq bulvarının arasındadır. İranın Məşrutə inqilabı zamanında, Xiyavan, Bağır Xanın muqavimət noqtasıymış və məşrutənin qazanmasında boyuk rolu olmuşdur.
İrəvan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — Ermənistanın paytaxtı və ən böyük şəhəri. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı. İran və Rusiyanın hakimiyyəti altında 1736–1828-ci illərdə İrəvan xanlığının və 1850–1917-ci illərdə İrəvan Qubernatorluğunun mərkəzi olmuşdur.
Şirvan
== Tarixi yaşayış məntəqələri == Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. == Müasir yaşayış məntəqələri == Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Ciyavan (Ərdəbil)
Ciyavan (fars. جياوان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 20 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 226 nəfər yaşayır (47 ailə).
Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Faraman (İzer)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38161. Kommunanın 1999-cu il üçün əhalisi 734 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 342 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Fərahan şəhristanı
Fərahan şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fərməhin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,152 nəfər və 8,900 ailədən ibarət idi.
Gilavan (Ərdəbil)
Gilavan (fars. گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (92 ailə).
Goravan səhrası
Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir. Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır. == İqlimi == Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir.
Piralvan (Ərdəbil)
Piralvan (fars. پيرالوان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (22 ailə).
Siyavan (Salmas)
Siyavan (fars. سياوان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 214 nəfər yaşayır (36 ailə).
Siyavan (Üşnəviyyə)
Siyavan (fars. سياوان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (91 ailə).
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Vilavan Apinyaponq
Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır. == Karyerası == Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır. Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir. Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi.