FİRAVAN

sif.zərf [ fars. ] Çox, bol, çoxlu, varlı. Firavan həyat. Firavan dolanacaq.
– Uşaqlığında ata-ananın nəvazişindən başqa heç nə görməyən Səltənət ərə gedəndən sonra çox firavan yaşamışdı. Ə.Vəliyev.
Daha da firavan, xoşbəxt görürəm; Bizim hər şəhəri, hər kəndi bu gün. O.Sarıvəlli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FİRAVAN varlı — zəngin

Antonimlər (əks mənalı sözlər)

  • FİRAVAN FİRAVAN – ACINACAQLI Onlar əvvəlcə acınacaqlı günlər görürdülər, indi firavandırlar (“Ulduz”)
FİNKA
FİRAVANLIQ
OBASTAN VİKİ
Firavan Əsgərov

Digər lüğətlərdə